Artıq binamızın qarşına gəlib çatdım və liftdən istifadə etmədən pilləkənlərə doğru yol aldım.Onsuzdakı mənzilim 2ci mərtəbədə idi.
Yavaş-yavaş pilləkənləri çıxdım və həmişəki kimi qonşu mənzilin uşaqları yenə səs-haray salmağa başlamışdı. Amma bunların heç biri də vecimə belə deyildi. Çünkü hazırdakı düşüncələrim məni öldürəsi vəziyyətdə idi.
Qisas almaq istədiyim adamı tapdım buna baxmayaq, içimdə böyük bi qorxu varıydı. Bu olmamalıydı. Məni 11 ildir ki yetim qoyan Hüseynovlar belə rahatca yaşamamalıydılar.Neçə-neçə borca düşmüş, hətta günahı belə olmayan insanları da öldürürdülər. Kimilərini atasız,kimilərini anasız,kimilərini isə evladsız qoyurdu bu Hüseynovlar.
Onlar da atasızlığın,anasızlığın hətta evladsızlığın nə olduğunu bilməliydilər.
Hirsimlə, göz yaşlarım arasında qaldığım bir vaxt qapımın önünə çatmış oldum. İçəri daxil olub qapını kilidlədim və bir başa çirkli paltarlarımla özümü yatağıma atdım.
Nə edəcəkdim? Hardan,kimdən başlayacaqdım? Və ən əsası da necə edəcəkdim? Düşüncələrim artıq məni boğmaq üzrəydi. Soyuq duş qəbul etməliydim.Həm təmizlənməli, həm də özümə gəlməli idim. Eləki hamama daxil oldum.
Bu məni biraz da olsa rahatlatmışdı. İçliklərimi geyindim və aynadan özümə baxdım. Bədənimi incələdim. Kənardan baxan insanlar məni nə qədər özümdən razı bir qız kimi tanısalar da,buna baxmayaraq mən özgüvənsiz biriydim.
Mavi gözlərimin, narıncı saçlarımın altına bu ətli bədənim yaraşmamışdı. Əvvəllər həddən artıq cılız olmağıma baxmayaraq son 2 ildə kökəlməyə doğru gedirdim. 1.60 boyunda 57 kilo nə qədər gözəl ola bilərdiki? Bilirəm biraz mübaliğə elədim.Düzünü desəm çox gözəl fiquram var amma arıq da olsaydım daha gözəl görünərdim.
Yatağımın üstünə qoyduğum qara pijamalarımı geyindim, saçımı qurulmayıb yana doğru hördüm. Ondan sonra isə yatağımın üzlüklərini dəyişdim və sadəcə istədim ki, yatım.
Bu vaxtı qapım döyüldü. Birdən yerimdə donub qaldım. Bu saatda kim gəlmiş ola bilərdiki?
O... gəlmiş ola bilərdimi? Ondan qaçdığımı bilib arxamca məni izləmiş ola bilərdimi?
Bu düşüncələrimin məni boğmasıyla birlikdə qapıya doğru kiçik-kiçik addımlarımı atdım.
Qapının dəliyindən baxdığımda isə içimdəki bütün həyəcan yerinə Ohh deyərək rahatladım.
Hə, bu Fərhad idi.Fərhad mənim yetimlər evində birlikdə böyüdüyüm, eyni zamanda qonşum olan tək dostum idi. Fərhad hələ körpə ikən vicdansız ana atası onu yetimxanaya qoymuşdular. Fərhad hələ də bunun səbəbini bilmək üçün anası,atasını tapmaq üçün əlindən gələni edir. Onun buna görə də çox təmiz qəlbi var...
Daha sonra qapını açmalı olduğum yadıma düşdü və Fərhad qapıda eləcə gözləyirdi ona görə tez qapını açdım.
Fərhad
"Əla, 5 saat daha gözlədə bilərdin."
"Saat 12də evimə gəldiyində bunu düşünməliydin. Biraz daha gec gəlsəydin həqiqətən 5 saat gözlüyəcəkdin, çünki məndən yaxşı bilirsənki yatanda necə yatıram."
Bu ikimizi də güldürmüşdü. Sonra ikimizdə içəri keçdik. Fərhad divana oturub cibindən bir telefon çıxardı.
Telefonun mənə aid olduğunu gördüm.Mən bunu yolda qoyub gəlmişdimki? Orxanın qorxusundan necə qaçmışdımsa unutmuş olmalıydım.
"Fərhad, bunu necə tapdın? Yoxsa arxamca məni mi izləyirdin?"
Telefonumu əlimə aldığımda ilk günkü kimi təzə olduğunu gördüyümdə şoka düşdüm. Bu necə ola bilərdi? Bayaq tamam qırılmış olan telefonum yepyeniydi.
"Qərənfil, səni niyə gizlicə izləyim? İzləsəm gəlib yaxından o gözəlliyini izləyərəm, buna əmin ol. Bunu mənə qara kostyumlu yaraşıqlı bir gənc verdi.Ondan heçnə soruşa bilmədim çünkü arxa pəncərədən mənə bircə bu telefonu sənə çatdırmalı olduğumu dedi və pəncərəni yuxarı qaldırıb getdi. Çox varlı biriydi böyük ehtimal.O adamı tanıyırsan? Yoxsa təzə sevgilindi?."
Fərhad bunu deyib gülməyə başladı, mənimsə qanım donmuşdu sanki. Bu dediyi adam Orxanıydı. Telefonumu da o düzəltdirmişdi. Bir dəqiqə...O Fərhadı necə tanıyıb? Fərhadın mənim dostum olduğunu hardan bilib? Düşünmədən Fərhada suallarımı yağdırdım.
"Bir dəqiqə,bir dəqiqə, Qərənfil. Nə üçün belə bu qədər təşvişə düşdün?"
Eləki Fərhada olub bitən hər şeyi danışdım. Fərhadın gözləri eşitdikləri qarşısında çıxacaqmış kimi böyüdü.
"Bu necə ola bilər? Bu gün olanlar hamısı bir təsadüf ola bilməz. Ən azından məni sənin yanına gördərməsi..."
Dediyində cümlələrinin məni qorxutduğunu görüb qaşlarını çatdı və dedi;
"Qərənfil bir planım var amma bu o qədər də asan bir plan olmuyacaq"
Fərhadın bir planı var idi. Mənsə düşünmədən;
"Sən sadəcə mənə planını de." dediyimdə saatlarla Fərhad mənə nə etməli olduğumuzu başa saldı.
Dedikləri qarşısında çox təəccübləndim.Bu uşaq tez bir zamanda belə uzun bir planı necə qurmuşdu. Ona bir anlığına heyranlıqla baxdım.Saat gecə 2 olmuşdu.Fərhadla görüşüb onu yola saldım. Artıq rahat bir şəkildə yatağıma uzandım. Rahatıydım, çünkü nə edəcəyimizi bilirdik. Bu planda da həmişəki kimi Fərhad da mənimlə olacaqdı. Rahat bi nəfəs aldım və dərin yuxuya getməyə hazırlaşdım;
" Nadir Hüseynov, sənnən artıq qisasımı alacam.Çünkü sənin oğlun yəni, mənim biricik SEVGİLİM bu dünyadan atasını tək qoyacaq..."
ŞİMDİ OKUDUĞUN
Qərənfil🥀
Misterio / SuspensoXəstə anası və borc içində qalmış atasıyla Həyata tutunmağa çalışan Qərənfil həyatdakı son yaxınlarını da itirir.Öz başına həyat mübarizəsi verməyə məcbur olur.Ama içindəki qisas alovunu da söndürə bilməzdi.Atasının qatilinin oğlunu-Orxan Hüseynovu...