Sonsuz kainatımız var , amma sonlu həyatlar. Sadəcə həyatı yaşamalıydıq, amma zaman deyilən anlayışı hələ də tam, aydın anlayan yox idi. Mən anlamağa qərar vermişdim . Baş verən hadisələr əslində həddən artıq məntiqsiz gəlirdi mənə. İnsanlar keçmişdən bu vaxta kimi bir sistem qurmuş və onunla yaşamağa davam edirdilər. Həmişə sonsuzluğu anlamaq və hiss etmək istəmişəm. Sonsuz kainatı anlamaq.. Sonsuz kainatın bütün dərinliklərini bilmək istəmişəm. Amma sadəcə öz təsəvvürlərimlə kifayətlənmişəm. Bir gün bu dünyada bu düşüncəmlə var olmasam da , hiss etmək isteyirəm . Mən bu dünyaya aid deyiləm...
İnsanların davranışları , düşüncələri belə duyğularına bağlı idi . Bir insan digər insanın həyatında rolunun olması belə qəribə gəlirdi mənə. Bir söz bir insanın həyatını çox dəyişə bilərdi. O səbəbdən insanlar insanları dəyişir və ya dəyişməyə çalışır , bununla da bir-birlərini məhv edirdilər və bunun fərqində deyildilər. Mən isə öz dünyama daxil olub sadəcə digər insanları müşahidə edirdim. Müşahidə etdikdə həmin baş verən hadisənin sanki səndə içində olursan və bununla çox şey öyrənirsən. Məni də ya duyğularım idarə edirdi ki, həqiqətəndə onun qarşısını o an ala bilmirdim , amma çox çalışmışam . Təsir deyilən bir anlayış var ki hər soz insanın beyninə təsir edir . Mən duyğularımı beynimlə idarə etmək istəyirdim. Sonsuza qədər səssizlik olsaydı belə, mən daha xoşbəxt olardım , çünki toplumdan nifrət edirəm . İnsan sadəcə tələsirmiş kimi hər zaman öz istəklərini edən bir varlıq idi, çünki zaman az idi.Çünki bu dünya da həmişə qanunlar və qadağalar olmuşdu. Zamanı dayandır və nəfəs al. Bu həyat davam edir...
ŞİMDİ OKUDUĞUN
Gerçəklərlə başlayaq
RandomDüşüncələr və duyğular.Bəzən anlamaq olmur ya da onları idarə edə bilmirik. Tam ortadayıq. Tam ortada hiss edirik. Nə edəcəyimizi , necə davranacağımızı bilmirik. Ya bəs edəcək qədər bir şeyləri bilmirəmsə ya yalnış davranaramsa? İnsanlar , bir-biri...