Şeir 1.

318 19 3
                                    

Ayrılığı daddım,sənsiz yaşadım
İçimdə bir daha sevgi bitmədi.
İnan ki,nə qədər həsrət daşıdım
Heç biri sən qədər uzaq getmədi.

Həyat dediyində bax belə olur
Hər çür əzabları görüb keçirsən
Sinə ummadığım dərdlərlə dolur,
Heç vaxt keçmədiyin,yollar seçirsən.

Gecələr ürəyi dağlayıram mən,
Ürək artıq dözmür,çətin ki dözə.
Getdiyin yollarda ağlayıram mən,
Heç yağış yağırmı pəncərənizə?!

SeirlerHikayelerin yaşadığı yer. Şimdi keşfedin