1

50 4 2
                                    

05.10.2020

Bakı-Sumqayıt yolu...Axşam radələri...Sakit hava...Ənənəvi tıxac...Avtobus və...İçində sükut...Bu sükutu yalnız baş aparan motor uğultusu və sürücünün arabir öskürəkləri pozurdu.Şahruz ən arxa sırada pəncərə tərəfdə əyləşmişdi.Yanında da həm dostu, həm iş yoldaşı, həm də dərdini, sərini deyə biləcəyi və sirrini bölüşə biləcəyi bir adam-Ziyad oturmuşdu.Hər ikisi arxeoloq idi.Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda işləyirlər.Şahruz Daş dövrü arxeologiya şöbəsinin, Ziyad isə Etnoarxeologiya şöbəsinin arxeoloqudur.Təxminən on ildir ki, birlikdə bu sahədə can qoyublar.Tarixi əhəmiyyətli araşdırmalar aparmış və Azərbaycan tarixinin öyrənilməsinə bir sıra töhfələr vermişdilər.Hər gün bu işin dalınca Sumqayıtdan Bakıya, Bakıdan Sumqayıta gedib-gəlirdilər.Şahruz başını arxaya söykəyib gözlərini yummuşdu.Gah mürgüləyir, gah da gözlərini xəfif aralayıb pəncərədən çölə baxırdı.Ziyad isə gözlərini harasa dikib durmuşdu.Bayaqdan yolboyu, fasilələrlə davam edən sükutu sürücünün radiodan qoşduğu bayağı toy mahnısı tamamilə pozdu.Şahruzun yuxusu qaçdı, gözlərini açıb dilinin altında çıqqıldadı.Başını Ziyadın qulağına yaxınlaşdırıb:

-Bu nə mahnıdır?-dedi.Cavabında isə Ziyad çiyinlərini çəkdi.Şahruz dərin ah çəkib gözlərini yenidən yumdu.Sürücü sanki acıqla bu xoşagəlməz melodiyaya malik mahnının səsini daha da artırdı.Mahnının təsirindən başını dəli kimi tərpədə-tərpədə dodaqaltı zümzümə etməyə başladı.Şahruzun səbri çatmadı.Səsini qaldırıb sürücüyə tərəf boylandı:

-Ağsaqqal, bu nə mahnıdır?Sən Allah, dəyiş, ya da söndür bunu!Müharibə gedir, sən burada özünə əl qatmısan.Gündə şəhid gəlir.Heç olmasa, qoşursansa, vətənpərvər musiqi qoş.

Nə sürücüdən, nə də başqa sərnişinlərdən səs çıxdı.Ancaq sürücü radio kanalını dəyişdi.Bu dəfə artıq gözəl, həmçinin onun sevdiyi bir musiqi eşidildi.Sözləri Piruz Dilənçiyə,musiqisi isə Eldar Mansurova məxsus olan gözəl
musiqi...Şahruz razı halda gözlərini yenidən yumdu və musiqidən həzz almağa başladı.Musiqi və Mübariz Tağıyevin səsi sanki beynində axırdı:

"Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm, gəlməsəm, yada sal məni"

Gözləri biixtiyar yaşardı.Bu vaxt Ziyadın nəsə dediyini sezdi.Amma yaxşı eşitmədi.Şahruz:

-Necə?-deyə vaxt qazandı və guya saçını düzəldirmiş kimi gözlərini sildi.Ziyad dilləndi:

-Deyirəm ki, evdəkilərə demisən?

-Yox...

-Sabah gedirsiniz axı.Nə vaxt deyəcəksən?

-Bu gün deyəcəyəm,-deyə Şahruz bir neçə saniyə fasilə verdi,-Nə deyəcəklər
ki?Razı olarlar da.

-Razı olmağına olarlar, amma gərək tez deyərdin.Birgünlük getmirsən
axı.Özü də uzaq yol...

Şahruz dostunun dediklərini başıyla təsdiqlədi.Çünki dostunun bu fikirdə yanılmadığını çox yaxşı bilirdi.Yadına başqa bir şey düşdü və Ziyaddan soruşdu:

-Yaxşı yadıma düşdü,sizin qrup Gəncə-Qazaxdakı işini bitirdi?

-Az qalıb.Mənə aradabir məlumat göndərirlər.Deyirlər ki, yaxşı materiallar, bəzəkli əşyalar, cürbəcür qablar, fərqli alətlər tapmışıq.Gələn kimi yoxlanışa verək, hansı dövrə aid olduğunu müəyyənləşdirək.Təxmini deyirlər ki, qədim Albaniya dövrünə aid ola bilər.

Şahruz sevincək dilləndi:
-Lap yaxşı.İşləri avand olsun!

Yenə sükut...Avtobus yol açılanda tez yerindən götürülür, tıxacda isə asta-asta hərəkət edirdi, heç demək olar ki, hərəkət etmirdi.

İbrahim Mustafazadə-"YADA SAL MƏNİ"حيث تعيش القصص. اكتشف الآن