18.10.2020
Sumqayıt səhəri zəif dumana bürünmüşdü.Qabil siqaretdən bir qullab da aldı.Fikirli idi.Birdən coşan küləyin bir az aralı qalmış eyvanın qapısını çırpmasından diksinib başını geriyə çevirdi.Əvvəlki vəziyyətinə qayıdıb yenə fikirləşməyə başladı.Şahruz artıq beş gün idi ki, zəng etmirdi.Narahat olmağa başlamışdılar.Bu gün, bəlkə də, yüzüncü dəfə eyni şeyi fikirləşdi: "Yəqin işləri çoxdur da".Siqaret kötüyünü külqabıya atıb içəri girdi.Bu vaxt qapının zəngi
çalındı.Züleyxa ilə Gülnar təmizlik işi ilə məşğul olduqlarından özü qapıya tərəf getdi.Əvvəlcə qapının gözlüyündən baxıb öz-özünə:
-Xeyir ola...-dedi, sonra kilidi açıb qapını araladı.Qapının kandarında Ziyad əlində bir kağız parçası başı aşağı dayanmışdı.Başını qaldırdı, Qabili görüb zəif səslə
dedi:-Salam, Qabil dayı.
-Aqibətin xeyir, Ziyad.Buyur, keç içəri,-deyə Qabil kənara çəkildi, Ziyadın keçməsinə icazə verdi.Ziyad mənzilə daxil olub qadınlarla da salamlaşdı.Keçib
divanda əyləşdi.Qabil isə oturacaqda əyləşib onun işindən-gücündən suallar verdi,
Ziyad da kefsiz vəziyyətdə cavablandırdı.Mətləbə keçmək istəyirdi.Bu söhbəti açmaq üçün özündə güc tapıb başladı:-Qabil dayı, Şahruzla danışmısınız?
-Bala, gedəndən bəri 2 gündən bir zəng edirdi.Amma son 5 gündür ki, zəng etmir.Sən danışmısan?
Gülnarla Züleyxa söhbətə qulaq verib yaxın gəldilər.Ziyad dilləndi:
-Əslində mən də 5 gün əvvəl axşam tərəfi danışmışam.Demişdi Füzuli
uğrunda döyüşlər gedir.Siz axşam danışmışdınız, yoxsa...-Ziyad, sən nə danışırsan?Füzulinin nə dəxli var?Şahruz Qazaxda qazıntılarda
deyil?-deyə Qabil dözməyib Ziyadın sözünü kəsdi.Ziyad çaşqın vəziyyətdə təəccüblə soruşdu:-Şahruz sizə deməmişdi?
-Nəyi?
-Şahruz nə deyibsə, yalan deyib.O, könüllü orduya yazıldı.Mənə demişdi ki, evdəkilərə deyəcəyəm.Mənə də yalan deyibmiş...İndi başa düşdüm ki, niyə məndən başqa heç kim onu yola salmadı...
Qabil ayağa qalxaraq əlini masaya vurub dedi:
-Köpək oğlu yalan danışdı.Elə ürəyimə dammışdı...
Gülnar ağlamağa başladı.Züleyxa isə yerində donub qalmışdı.Nə edəcəyini bilmirdi.Qabil otaqda gəzişə-gəzişə Gülnara əsəbləşdi:
-Nəyə ağlayırsan?İstəməyib də narahat olaq...
Ziyad əlindəki qatlanmış vərəqi Qabilə uzadıb dilləndi:
-Qabil dayı...Bunu getməzdən əvvəl mənə vermişdi ki, sizə verim...
Qabil vərəqi açar-açmaz Ziyad:
-Necə olubsa, mənə zəng edib deyiblər.Başınız sağ olsun...-deyib artıq yaşarmış gözlərini əlləriylə sıxdı.Qabilin gözləri qaraldı, vərəqdə yalnız son üç sözü
görə bildi...Yada sal məni...İbrahim Mustafazadə, 5-17 noyabr,2024, Sumqayıt

BINABASA MO ANG
İbrahim Mustafazadə-"YADA SAL MƏNİ"
Spiritual"Yada Sal Məni" hekayəsi 44 günlük Vətən müharibəsi(İkinci Qarabağ müharibəsi) dövründə Şahruz adlı gənc arxeoloqun bir axşam tıxacda başlanan və ailəsinə bir məsələni açmağa hazırlaşdığı günləri anladır. Həyatının adi axışında, sevdikləri ilə birli...