Nəhayət, yarım saat ərzində Sumqayıta çatdılar.Avtobusdan düşəndən sonra Şahruz və Ziyad "Heydər Əliyev parkı"-nda sağollaşdılar.Şahruz bir az da yol
getməliydi.Ona görə də yaşadığı küçəyə yaxın yerə gedən şəhər avtobuslarından birinə mindi.O, Məşədi Əzizbəyov küçəsində(indiki Polad Həşimov küçəsi) çoxmərtəbəli binada yaşayırdı.Avtobusdan düşdü, evə tələsirdi.Çünki sabah uzun bir
yola çıxacaqdı, istirahət etməliydi.Hətta hələ ailəsini bu barədə xəbərdar etməmişdi...
Qapı döyüldü.Züleyxa mətbəxdən gəlib qapının gözlüyündən baxdı.Üzündə təbəssüm oyandı.Qapını açdı.Züleyxa Şahruz içəri daxil olar-olmaz qayınatası və qayınanası eşitməsin deyə yavaş səslə və gülərüzlə dedi:
-Necəsən, həyatım?Şahruz da eyni səs tonu ilə cavab verdi:
-Əla...- və fürsətdən istifadə edib Züleyxanın yanağından öpdü.Züleyxa qızarıb gülümsədi:
-Dəlisən?Görərlər...
Şahruz üst geyimini çıxarıb qonaq otağına daxil oldu.Ata və anası divanda əyləşib televizora baxaraq nəyisə müzakirə edirdilər.Onlara səsləndi:
-Axşamınız xeyir!
Qabil və Gülnar səs-səsə verib dilləndilər:
-Axşamın xeyir, bala.
Bu dəfə Gülnar tək:
-Axır bu evin yolun tapdın da, -dedi.Şahruz günahkarcasına dilləndi:
-Nə edim,ana?Bu gün işim çox idi.
-Yaxşı, yuyun, gəl, yeməyini ye.
-Baş üstə,-deyə Şahruz ətrafa göz gəzdirdi və soruşdu,-Bəs Əsmər hanı?
-Nəvəm mışıl-mışıl yatır,-deyə Gülnar səsini uşaq səsinə oxşatdı və güldü.
Şahruz yataq otağına keçib paltarını dəyişdi və yuyundu.Bu vaxt ərzində Züleyxa qonaq otağında yemək süfrəsini hazırladı və həyat yoldaşını səslədi.Şahruz
süfrə başına keçib dedi:-Siz şam eləmisiniz?
Züleyxa cəld dilləndi:
-Hə, narahat olma.Sənə nuş olsun!
Züleyxa bu gün onun ən sevdiyi yeməyi bişirmişdi.Şahruz onu ləzzətlə yeməyə başladı.Sanki neçə gün idi ki, ac idi.Əvvəllər yediyindən daha sürətlə yeyirdi.On beş dəqiqəyə yediyi yeməyi indi beş dəqiqəyə bitirdi.Bəlkə də, söhbəti açmağa tələsirdi.Sabah yola çıxır, amma evdəkilərə heç nə deməmişdi.Hər kəs otaqda idi.Salfetlə əlini, ağzını silib söhbətə başladı:
-Sabah bizim şöbənin qrupu Qazaxa yola düşür.Mənim rəhbərliyimlə Daşsalahlı və Damcılıda arxeoloji qazıntılar aparacıyıq.Çox güman ki, bir neçə ay vaxt aparacaq.Neçə gündür ki, demək yadımdan çıxır.
-Get də, bala, yolun açıq olsun!Həmişə işdə-gücdə,-deyə Qabil xeyir-dua verdi.Gülnar da xeyir-dua verib soruşdu:
-Dediyin yerlər necə yerlərdir?Çətindir gedib çıxmaq?
-Yox, ana.Gözəl yerlərdir.Hər iki mağara Aveydağın ətrafındadır.Bir az relyefi çətindir.Qayalığın üstündədir.
-Sən Allah, ehtiyatlı olun, bala.Əynini də qalın geyin.Dağlıq yerdir, özü də oktyabrdır, soyuq olar.Sabah saat neçədə çıxacaqsan?
-Səhər saat 8-də institutun qarşısında olmalıyam,-deyə Şahruz üzünü Züleyxaya tutub davam etdi,-Züleyxa, çantamı hazırlayarsan, qalın paltarlardan
qoyarsan.Anam narahat olmasın,-atasına göz vurdu.Atası dodaqaltı gülümsədi.Anası dedi:-Başına dönüm!
Züleyxa qalxıb yan otağa keçdi və sabah üçün Şahruzun çantasını hazırlamağa başladı.Qabil televizorda cəbhə ilə bağlı xəbərlərə qaşlarını çatıb daha diqqətlə qulaq asmağa başladı.Teleaparıcının sözü qurtarandan sonra dedi:
-Müharibə yaman gedir a...Dünən Cəbrayılı azad etdik,bu gün də üç-dörd kəndi, bir neçə dənə də yüksəklikliyi.Halal olsun!Onsuz da mən bilirdim ki, bu erməni işğalının bir sonu gələcək.
-Hələ bu harasıdır?Gör, onların başına nə oyun açacağıq.Elə bilirdilər, rahat yaşayacaqlar bizim torpaqlarda,-deyə Şahruz atasının sözünə qüvvət verdi.Gülnar
isə bu xəbərləri eşitdikcə verilən şəhidlər, tökülən qanları fikirləşir və kövrəlirdi.Xalatının cibindən dəsmal çıxarıb gözünün yaşını sildi.Birdən Şahruz stul
arxasından ayağa qalxdı və ata-anasına ucadan səsləndi:-Yaxşı, gecəniz xeyrə qalsın!Sabah tezdən durmalıyam, gedim yatım.
Ər-arvad səs-səsə verib:
-Xeyrə qarşı!-dedilər.
![](https://img.wattpad.com/cover/385155319-288-k12485.jpg)
ESTÁS LEYENDO
İbrahim Mustafazadə-"YADA SAL MƏNİ"
Espiritual"Yada Sal Məni" hekayəsi 44 günlük Vətən müharibəsi(İkinci Qarabağ müharibəsi) dövründə Şahruz adlı gənc arxeoloqun bir axşam tıxacda başlanan və ailəsinə bir məsələni açmağa hazırlaşdığı günləri anladır. Həyatının adi axışında, sevdikləri ilə birli...