İNSANLAR VƏ KƏSƏYƏNLƏR

104 4 5
                                    

MÜNDƏRİCAT

I FƏSİL ...................................................... 3

II FƏSİL ....................................................20

III FƏSİL ....................................................... 40

IV FƏSİL ..................................................63

V FƏSİL ................................................... 91

VI FƏSİL ................................................

Bir neçə kilometr cənuba tərəf irəlilədikcə, Salinas çayı daha sakit axır, sahilləri getdikcə yaşıllaşırdı. Çayın bir tərəfində Qabilan dağlarının şiş qayaları, o biri tərəfində isə yaşıl ağaclar vardı. Ağacların altında, qumlu sahildə yarpaqlar yeri elə örtmüşdü ki, sanki yerə salınmış xalçaya bənzəyirdi. Axşamlar dovşanlar kolların, otların arasından çıxaraq qumlu sahildə gəzişir, marallar isə çaya su içməyə gəlir, kolların, ağacların arasındakı cığırla isə oğlanlar çimməyə gəlirdilər.

İsti günün axşamı zəif əsən külək əsərək yarpaqları tərpədirdi. Kölgə get-gedə uzanırdı. Qumlusahildə gəzişən dovşanlar çığırla yeriyən adamların səsini eşitcək öz yuvalarına qaçmağa cəhd göstərirdilər.

Bir-birinin ardınca gedən iki nəfərin addım səsləri buralara çökən sükutu pozdu. İrəlidə gedən qısa boylu, cəld hərəkətli, qara sifətli və iti baxışlara malik idi. Arxada gedən isə yekəpər, iri sifətli, geniş solğun gözləri, enli kürək bir oğlan idi. Onun ağır yerişi onu ayıya oxşadırdı. Hər ikisi qara, nimdaş paltarda idilər. İrəlidə gedən bir qədər açıqlıqda dayandı, arxadakı isə geri qaldığından, ona çatmaq üçün iri addımlarla irəliləməyə başladı. İrəlidəki şlyapasını başından götürüb, alınının tərini sildi. İri cüssəli yoldaşı isə əlindəki çantasını yerə qoyub, su içmək üçün çaya yaxınlaşdı. Balaca boylu ona tərəf gedərək əsəbi halda dedi:

- Allah xatirinə, Lenni çox içmə. Keçən gecəki kimi yenə də xəstələnəcəksən.

Lenni su içməkdə davam edirdi. O, su içib qurtardıqdan sonra başını suya soxdu, sonra isə qumlu sahildə oturdu, saçından damcılayan damlalar isə onun kürəyini, paltarını isladırdı.

- Nə yaxşıdır, Corc, sən də bir az iç, o, sevinc içərisində dedi.


Corc çantasını yerə qoyaraq dilləndi:

- Mənə elə gəlir ki, bu içməli sudur. Təmiz suya oxşayır.

Lenni sudan bir ovuc götürüb Corca göstərdi.

- Bax, Corc, gör necə də yaxşı sudur.

Corc dizi üstə suyun, kənarında əyilərək, ovcu ilə su içməyə başladı. O, bir-iki ovuc su içdikdən sonra üzünü yudu və qumun üstündə dizlərini qucaqlayaraq oturdu. Ona baxan Lenni Corcu yamsılayırmış kimi o da dizlərini qucaqlayıb oturdu əşlyapasını gözlərinin üstünə çəkdi.

Corc gözlərini süzərək axan çaya baxırdı. Onun gözləri günün istisindən qızamışdı.

O, acıqlı-acıqlı dedi:

- Biz belə isti havada dörd mildən çox yol gəlmişik, lənətə gəlsin bu istini.

Lenni ona utancaqlıqla baxdı və müraciət etdi.

- Corc?

- Hə, nə istəyirsən?

- Biz, hara gedirik, Corc?

İNSANLAR VƏKƏSƏYƏNLƏRHikayelerin yaşadığı yer. Şimdi keşfedin