2

29 2 0
                                    

Kruksun daxmaya bənzər balaca bir otağı var idi. Otağının arxa divarı anbir idi. Daha sonra otağın dörd gözlü bir pəncərəsi, dar qapısı var idi. Pəncərənin aşağısında müxtəlif cür alətlər vardı, bundan başqa alma qutusunda həm özü üçün, həm də atlar üçün dərmanlar da qoyulmuşdu.

Kruksun zəngli saatı və balaca bir tüfəngi də var idi. Otaq süpürülümüşdü. O həmişə deyirdi ki, o hamıya hörmət qoyur, gərək hamı da ona hörmət qoysun.

Şənbə gecəsi idi. Kruks otağında oturmuşdu. Səssiz-küysüz Lenni gəlib onun açıq qapısının ağzında dayandı və içəri göz gəzdirməyə başladı. Onun enli çiyinləri qapını örtmüşdü. Bir müddət Kruks onu görmədi, başını qaldıranda onun gözləri Lenniyə sataşdı. Lenni dostcasına gülümsədi. Kruks ciddi surətdə dedi:

- Mənim otağıma girməyə sənin ixtiyarın yoxdur.

Lenni özünü yığışdırdı:

- Mən nə edirəm ki, gəlmişəm küçüyümə baxım.

- Mən istəmirəm ki, heç kim mənim otağıma girsin, elə isə çıx bayıra...

- Nə üçün istəmirsən? – deyə Lenni soruşdu.

- Çünki, mən zənciyəm. Siz isə ağ dərilisiniz. Siz bir yerdə yaşayırsınız, bir yerdə kart oynayırsınız, mən isə yox, çünki mən qarayam. Hələ deyirəm ki, mən murdaram. Mən də deyirəm ki, siz də mənim üçün murdarsınız.

- Düzü hamı şəhərə gedib. Slim, Corc... hamı. Corc tapşırdı ki, evdə qalım. Mən də sənin işığını görüb gəldim.

- Hə, nə istəyirsən? – Kruks soruşdu.

- Heç nə, mən sizin işığınızı görüb gəldim. Elə fikirləşirdim ki, içəri girib oturaram.

Kruks Lenniyə təəccüblə baxaraq dedi:

- Mən bilmirəm sən anbarada neynirsən. Sən ki, heyvanlara baxan deyilsən, sən ki, atlara baxmırsan.

- Mən küçəyə baxmaq istəyirəm, - deyə Lenni təkrar etdi, - Mən küçüyümü görməyə gəlmişəm.

- Onda get öz küçüyünə bax.

- Slim dedi ki, mən onlara baxım, amma əlimə götürüb oynatmayım.

- Sən onları yuvasiından çıxarmışdın, maraqlıdır ki, o heç kəsə onları çölə çıxarmağa qoymur.

- O, mənə icazə verir, - deyə Lenni yenidən otağa daxil oldu.

Kruks ona ciddi baxaraq dedi:

- Gəl bura, bir az otur. Çoxdandır təkəm, deyirsən hamı şəhərə gedib, hə?

- Qoca Kandidən başqa hamı gedib.

O, indi evdə oturub, qələmini götürüb hesabat aparır.

- Hesabat aparır?! Nəyin hesabını, - deyə Kruks bir qədər dostcasına danışdı.

- Dovşanların hesabını aparır.

- Dovşanların?! Siz dəli olmusunuz, nədi. Hansı dovşanların?

- Biz alacağımız dovşanların. Biz dovşan almaq istəyirik.

- Sən məni ələ salırsan?

- Mən heç vaxt heç kimi ələ salmamışam. Yalan yox, düzünü deyirəm. Biz balaca bir yer alıb orada yaşamaq istəyirik.

Kruks oturduğu yerdə özünü daha da rahatlaşdırdı və Lenniyə dedi:

- Əyləş görüm, əyləş.

İNSANLAR VƏKƏSƏYƏNLƏRHikayelerin yaşadığı yer. Şimdi keşfedin