Salinas çayının göy rəngə çalan suyu axşamüstü sakit axırdı. Qabilan dağlarının arxasından boylanan günəşin şüaları dərələrin, təpələrin üstünü çəhrayı rəngə boyamışdı. Kölgələr get-gedə uzanırdı. Suilanı suyun üzərində bir tərəfdən o biri tərəfə üzürdü. Zəif əsən külək ağacların yarpaqlarını tərpədir, arabir saralmış və qurumuş yarpaqlar axan çayın üzərinə tökülürdü.
Çayın kənarında kolların arasından Lenni peyda oldu. O, ehmalca çayın kənarına gəlib su içməyə başladı.
Su içib qurtardıqdan sonra suyun kənarında dizlərini qucaqlayaraq oturdu və öz-özünə dedi:
- Mən yadımdan çıxartmamışam. Corc mənə demişdi ki, əgər çətinliyə düşsən, gəlib kolların arasında gizlənim.
O başını qaldırıb dağın başına baxdı:
- Mən düz ora gedib, orada mağara tapa bilərəm, amma mən tomatlı konserv yeyə bilmədim. Əgər Corc mənə icazə versəydi, çıxıb gedərdim və özümə mağara tapardım. Onda mən bir daha Corca əziyyət vermərəm. Çox adam deyir ki, mən guya Corca iplə bağlamışam və birgə gəzirəm. Mən indi çıxıb gedə bilərəm, çünki, Corc məni dovşan saxlamağa qoymayacaq.
Lenninin fikrindən Klara xalası da gəlib keçdi, sanki Klara xala deyirdi: sən ağılsız adamsan, yaxşısı budur ki, dovşanları fikrindən çıxarasan, qoy onlar aç qalsınlar təki sən onlara yaxınlaşma.
- Mən yaddan çıxaracağam, - Lenni uca səslə dedi, - mənə elə gəlir ki, Corc dovşan saxlamağa qoymayacaq.
Yox, Corc belə etməz, çünki mən Corcu tanıyıram. O mənə qarşı yaxşıdır, mən ona inanıram. Biz həmişə bir yerdə gəzirik, o belə etməz.
O, əllərini ağzına tutub, - Corc, Corc, deyə çağırmağa başladı. Bu zaman onu axtaran Corc yavaşca kolun arxasından çıxdı. Lenni isə yenidən dovşanlar haqqında fikirləşməyə başladı. Corc sakit tərzdə dedi:
- Niyə belə qışqırırsan?
Lenni ayağa qalxdı.
- Sən məni tərk etmək istəyirsən, eləmi Corc? Məncə, yox.
Corc onun lap yanına gəldi və aşağı oturdu.
- Yox, Lenni.
- Mən bilirdim ki, məni tərk etməzsən.
Corc sakit dayanmışdı. Lenni onu çağırmağa başladı. Corc dedi:
- Nə deyirsən?
- Mən başqa bir pis iş görmüşəm.
- Eybi yoxdur.
Günəşin şüası yalnız dağın başında bilinirdi. Kölgələr daha uzun və qaranlıq idi. Uzaqdan adamların səs-küyü bir-birlərinin çağırdıqları eşidilirdi. Corc uzaqdan eşidilən çağırtılara qulaq asırdı.
- Corc, - deyə Lenni müraciət etdi.
- Hə, nə deyirsən?
- Mənə cəza verəcəksən, hə?
- Sənə cəza verəcəyəm? Yox, Lenni – deyə Corc əlləri ilə başını tutdu və sözünə davam etdi, - mən tək olsaydım rahat yaşayardım, mənim işim olardı.
- Davam elə, Corc, sonra
- Mənim evim olardı...
Corc söhbət edərkən birdən dayandı. Lenni onun dayandığını görüb soruşdu:
- Sən mənə cəza verəcəksənmi, Corc?
- Yox, Lenni.
- Onda mən çıxıb gedə bilərəm. Mən düz o təpələrin arasında bir mağara taparam, əgər sən məni istəyirsənsə.
ŞİMDİ OKUDUĞUN
İNSANLAR VƏKƏSƏYƏNLƏR
AléatoireİNSANLAR VƏ KƏSƏYƏNLƏR (ingilis dilindən tərcümə edən Mirsadiq Mircəfər oğlu Cəfərov)