Tək ümid

27 8 0
                                    

 Son bir həftə...

Professorun vəziyyəti daha da ağırlaşdı. Qızdırma içində yatağında uzanmış, tir-tir əsirdi. Gəminin heyəti tez-tez ona baş çəkir, halını yaxşılaşdırmaq üçün əlindən gələni edirdilər. Gəmidə keçirdiyi 4 ay onun vəziyyətində ağırlaşma yaratmışdı, üstəlik vitamin və təmiz hava çatışmazlığı da xəstəliyin ağırlaşmasına öz təsirini göstərirdi. Neon professorun həyatının bitmək üzrə olduğunu bilirdi.

Qəflətən eşidilən bərk öskürək səsi Neonu təlaşa saldı. Sürətlə professorun kabinəsinə qaçaraq açıq qapıdan içəri girdi. Professor uzandığı yerdə ikiqat əyilərək ciyərləri bədənindən çölə tökülürmüş kimi öskürürdü. Gəminin həkimi ona öskürək dərmanı vermək istəyirdi, lakin yüksək qızdırmada çox dərman verməyə cürət etmirdi. Professor ölürdü və heç kim ona kömək etmirdi.

-Güllərdən istifadə edək! Niyə güllərdən istifadə etmirik? O, professordur! Seçilmiş əlli nəfərdən nə əskiyi var?-Neon öskürək səsinin üstündən qışqırırdı.

-Neon, səni başa düşürəm,-həkim yumşaq səslə dilləndi,-amma gülləri yığmağımızın xüsusi səbəbi var. Onları vaxtından əvvəl işlətməyə icazəmiz yoxdur. Bəlkə də eniş zamanı xəstələrdən birinin öldüyünü eşidərik. O zaman gülü professor üçün istifadə etmək şansımız olar.

-Məgər görmürsünüz? Professor enişə qədər sağ qalmayacaq! Gülü indi istifadə etmək lazımdır, seçilmiş adamlar vecimə də deyil!

-Oğlum, sən professoru çox istəyirsən, ona görə belə davranırsan. Başa düş, onu biz də sevirik. Amma ki..

-Siz əgər onu bir az da olsa sevsəydiniz, onda onu xilas edərdiniz!-deyə Neon boğulurcasına cavab verdi. Heç kəs onu başa düşmürdü. Hər kəsin fikrində yalnızca əmrlər, qadağalar vardı. Hər kəs qorxaq idi.

Bəlkə də hər kəs yox. Kierraya dönüb baxdıqda onun yaşla parıldayan gözlərində anlayış gördü. Gözləri ilə sanki onu nəyə isə məcbur edirdi. Gözləri ilə ondan yardım istəyirdi...

Neon ildırım kimi otaqdan çıxdı və öz kabinəsinə girib yatağının altında gizlətdiyi gülü çıxardı. Uzun müddət ona baxdı. Bu gülü istifadə edə bilərdi. Bu gülü istifadə edərək professoru xilas edə bilərdi. Tam da Kierranın gözləri ilə ona başa salmaq istədiyi kimi. Bəs onda atası necə olsun? Enişdə professorun müalicə almaq şansı, hətta güldən istifadə etmək şansı vardı. Ancaq atasının belə şansı yox idi.

Neon iki düşüncə arasında ilişib qalmışdı. Sanki bir tərəfdən kimsə ona professoru xilas etməli olduğunu fısıldayırdı. Professor ona əziz idi, onu oxutmuş, botanik olmasına kömək etmiş, hətta kosmik araşdırmalar proqramına daxil etmişdi. Digər tərəfdən isə kimsə qulağına başqa şeylər pıçıldayırdı: gülü əvvəldən niyə oğurladığını ona xatırladırdı. O, atasını xilas etməli idi, ailəsindəki sağ qalan tək adamı. Uşaqlıqdan onu saxlayan, anası öldükdən sonra ona həm də analıq edən, onu yaz günü çiçəklərlə dolan çəmənliyə, qış günü qarlı dağların ətəyinə -təbiətin ən gözəl guşələrinə aparan, Neon qaçıb-oynayarkən o da boyaları ilə əlləşərək gözlərinin qarşısındakı mənzərəni kağıza köçürtməyə çalışan o adamı xilas etməli idi. Çünki bu uzun səfərə çıxmamışdan qabaq ona söz vermişdi: o uzaq dünyanın gülünü atasına gətirəcəyinə söz vermişdi. Yox, gülü heç kimə verə bilməzdi, atasından başqa heç kimə.

Günbatımı gülləriDonde viven las historias. Descúbrelo ahora