2.

388 40 2
                                    

Filmlərin mükafatlandırma mərasimlərinə nəzər salsaq , uğur qazanan işlərin əksəriyyətinin dram filmləri olduğunu görərik . Hələ o filmə ölümlü , göz yaşıyla bol , izləyicini kədərləndirən bir çox səhnələr də əlavə olunmuşsa bu işin rejissoru , ssenaristləri və aktyorları ən ali mükafatlara layiq görülür .
Həmin filmləri digərlərindən üstün hesab etməyimiz həyata olan münasibətimizi əks etdirir . Belə ki , qarşılaşdığımız kiçik bir bədbəxtlik keçmişdəki bütün xoşbəxt anlarımızın üstündən xətt çəkir . Sanki heç vaxt gülməmişik və heç bir zaman da gülməyəcəkmişik kimi hiss etdirir bu hadisə . Hər şey öz qaydasına düşdükdən sonra da növbəti uğursuzluğa nə zaman düçar olacağımızı gözləməklə keçir ömrümüz . Məncə , biz insanlar hər nə qədər xoşbəxtlik arzulasaq və işıqlı gələcəkdən dəm vursaq belə dramatikliyi də sevirik , həyatımızı dram filminə çevirməyi də...


Boş SəhifələrWhere stories live. Discover now