Bu yazının "özünü reklam" adlandırılmasını istəməzdim çünki yaxınlarımın mənə tez-tez verdiyi sualı cavablandırmadan dayana bilməyəcəyəm . Doğrusu cavabı tapmaq və həqiqət olduğuna inanmağım üçün üç ilimi sərf etmişəm .
" Həmin sahəyə həvəsin yox idisə bu universiteti niyə seçdin ?"
Düşün ...düşün ...düşün ... dayan ...ey , düşünmə daha ...düşün dedik daha bu qədər də yox ...İlk cavab : Valideynlərimin xüsusilə atamın məni bu sahədə görmək istəməsi ilə bağlı olmuşdu . Necə deyərlər , özümü dərk edən vaxtdan bəri " Qızıma ağ xalat çox yaraşar ." cümləsini eşidərək böyümüşəm . Təbii ki , mənə heç vaxt təzyiq göstərməmiş , seçimi özüm edə biləcəyimi xatırlatmışdı . Amma onun ürəyindən keçənləri mən ki , bilirdim .
...Və o zamanlar həyatdakı missiyasının yalnızca hər hansı universitetə daxil olaraq görən biri kimi qərar qəbul etdim " Hər hansı universitet məhz atamın sevdiyi universitet olsun..."İkinci cavab : Məktəbdə savadıyla seçilən yoldaşlarımın bu qrupa hazırlaşmağa meyilli olması ..." Filankəs filan qrupa hazırlaşır . Bəhmənkəs o qədər biliklidir ki , bu cür ağır qrupu seçib . Kəskəsdən isə danışmağa dəyməz . Həkim olmaqçün doğulub ."
- Pəh ... Bir alqış ... Böyük qəhrəmanlıq ediblər ... Mənə nə yoldaşlarımın seçimlərindən . Həyatımı bəhs , prinsip motivləri üzərində qura bilmərəm .- deyərdim indiki mən olsaydım ...Amma o illərdə - Hm , qoy bir düşünüm . Filankəs ? Araz sınaqlarında məndən az bal toplayan dikbaşmı ? Bir qaşıq suda bogaram onu möhtəşəm biliyimlə ...Biri Bəhmənkəsmi dedi ? Məktəbdə namını eşitməmişəm . Oxuyan şagirddirki o ?... Kəskəs ? Əh , keç bu mövzuları keç . Bir baxışımla onun saçlarını kimyəvi maddələrlə qırmızıya boyayar , gözlərini təkamülə uğradar , bədənini işıq sürətiylə yerə çırpıb kök altına saldıqdan sonra etdiklərim barədə mürəkkəb cümlələr quraram ...- cavab verirdim - Onların iki əliylə bacara bildiklərini mən bir barmağımla bacararam ...
Ego ? Egom cənnətin tərsi olan yerə ...
Nəticə ? Yaxşı oldu ...Ən azından qarşıma qoyduğum məqsədə bir-iki əksikliklə çata bildim ... Əsas nəticə ? Heç nə ...
Xırda , zərif şarı üfürdüm ... üfürdüm ...şişdikcə gözəlləşdi , üzərindəki gözəl naxışlar üzə çıxdı ... qane olmayıb bir az da şişirdim ... şəffaflaşdı ...və anidən ...Part ...havada uçuşan bir neçə parça ... İndi isə o şarın hissələrini toplayıram dörd bir yandan ...
Bilirsiniz nə var ? Hər kəsin " halaldır ." adlandırdığı şey deyilmiş uğur ...Uğur gözlərini yumub özünə verdiyin " Mən nə istəyirəm?" sualına cavab tapa bilməyindir . Vaxtında ...
İmza : Bu sualın cavabını nə zamansa tapacağına inanan birisi ...
Yazdıqlarımı Filankəsin , Bəhmənkəsin və Kəskəsin heç vaxt oxumaması diləyi ilə . Hə , bir də atamın ...
ESTÁS LEYENDO
Boş Səhifələr
De TodoBir neçə il əvvəl üzəri bəzəkli bir dəftər almışdım oxuduğum məktəbin önündəki mağazadan . Gün ərzində yaşadıgım hadisələrin məndə doğurduğu hissləri yazırdım həmin dəftərə . Yadımda deyil amma yəqin ki , bir neçə səhifəni yazıb bitirmişdim anam dəf...