İnsan nəyəsə inanmalıdır . Elə bir şeyə ki , onun hərəkətlərini düzənləyir , çərçivəyə salır . İndi hansısa sərbəst qərar vermə hüququmuzdan ,müstəqil hərəkət edə bilmə haqqımızdan danışacaqsınız . Amma müstəqilliyin də bir həddi var . Həddini aşmış sərbəstlik özbaşınalığı da özüylə birgə gətirir və söhbət insan adlı özünü güclü bilib amma dünyanın ən zəif varlığından gedirsə bu özbaşınalıqla üzləşmək qaçılmazdır.
İnsan bir şeyə bütün qəlbiylə bağlanmalıdır . Elə bir məfhuma ki , ona vicdanının hələ də içində bir yerlərdə olduğunu xatırlatsın .
Həmişə ağız büzdüyümüz o qanunların olmadığı bir dünya düşünün. Ya da bəzilərimizin xurafat adlandırdığı dinlərdən xəbərsiz bir dünya ... Necə olardı o zaman ? Cavabı ki , özünüz bilirsiniz . Həm qanunlarla , həm də dinlərlə mühasirəyə alınmış bir dünyada bu qədər ürəkbulandıran hadisələr baş verirsə ... onlarsız bir dünyanın necə bir yer olacağını təsəvvür etmək elə də çətin deyil . Daha qəddar , daha bədbəxt ...
İnsan qorxmalıdır . Edəcəyi hərəkətlərin nəticələrinin gətirəcəyi uğursuzluqlardan , cəzalardan qorxmalı ...
Uşaq olarkən həyatının haradasa bir yerdə yayımlanmaqda olan film olduğunu düşünmüş tək insan mən deyiləm , yəqin ki . "Belə bir şey etsəm filmimi izləyənlər haqqımda nə düşünər ?" sualı dolanırdı başımda . Sırf bu " film"ə baxanlar məni mənfi xarakter seçməsin deyə qardaşıma acıqlansam da mülayim davrandığım hallar olub. İndi də həmin günləri xatırlayanda üzümdə təbəssüm yaranır . O zamanlar dahamı məsumdum ? ... Bu hadisəni niyə yazdım ki , mətnə ? İnsanın bir şeydən çəkinib davranışlarına diqqət yetirməsini balaca bir uşaq misalında göstərmək istəmişdim sadəcə ...
Və sonda insan sevməyi bacarmalıdır . Sevilməsi ən çətin olanları sevməlidir ... Sevgiyə layiq olmayanları ...
YOU ARE READING
Boş Səhifələr
RandomBir neçə il əvvəl üzəri bəzəkli bir dəftər almışdım oxuduğum məktəbin önündəki mağazadan . Gün ərzində yaşadıgım hadisələrin məndə doğurduğu hissləri yazırdım həmin dəftərə . Yadımda deyil amma yəqin ki , bir neçə səhifəni yazıb bitirmişdim anam dəf...