Yeni Həyat...

260 36 11
                                        


Salam Dost...

Pulun yoxdursa bir gün hərkəs səni tək qoyacaq. Pulun yoxdursa zarafatlarına gülən, getdiyi yerə səni dəvət edən, səni ciddiyə alan olmayacaq. Pulun yoxdursa telefonuna zənglər gəlməyəcək, evinə gələn olmayacaq.

Amma əgər pulun varsa, hərkəs ətafına yığlışacaq, etdiyin düşüy və yersiz zarafatlarına güləcəklər. Hətta sevdiyin qıza elçi getdiyin zaman valideyinləri heç düşünmədən qızların sənə verəcəklər. Hamı arasında birinci sənin hörmətin olacaq. Telefonuna gələn zənglər dayanmayacaq. Hamı sənə qardaş deyəcək, tanımadığın qohumların peyda olacaq.

Bax budur həyat ! Bunları öyərtdi mənə həyat...

Valideyinlərimi itirdikdən sonra həyatım tamamən alt-üst oldu. Hər şeyi itirdim...

Atam çox bacarıqlı iş adamı idi. Amma hər uğurlu iş adamının da, müəyyən qədər borcu olur. Atam öldükdən sonra evimiz, maşınlarımız, şirkətimiz bir sözlə hər şey dövlət tərəfindən müsadirə olundu. Məndə normal olaraq heçnəsiz qaldım.

Həyatım tam olaraq dəyişmişdi. Artıq o öyrəşdiyim dəbdəbəli və rahat həyat yox idi.

Özümə yeni bir həyat qurmaq məcburiyyətində idim. İlk növbədə mənə normal maaşlı iş və balaca xudmani bir ev lazım idi. Məhz bu səbəblərdən özümə Yasamalda yüngül kirayəli ev kirayələdim. İkinci məsələ isə özümə normal bir iş tapmaq idi. Diplomum olmadığı üçün özümə istədiyim kimi və daimi iş tapa bilmədim. Elə bir iş tapmalı idim ki, universitetə getmək üçün mənə problem yaratmasın. Buna görədə mənə axşam növbəli iş lazim idi.

İlk olaraq restoranlarda iş axtarmağa başladım. Bəxtimdən ilk müraciətimdəcə məni işə qəbul etdilər. Gündəlik maaş 20-25 manat arası idi. Düzdür daimi iş olmasada həqiqətən məni çox qane edirdi.

Hər şey hazır idi. Yeni evimə yerləşmişdim. Ev ilk öncələr mənə çox balaca gəlsə də sonradan öyrəşməyə başladım. Artıq gec idi yatmalı idim. Çünki sabah tezdən universitetə sonra isə işə getməli idim. Axı sabah "Yeni Həyat"-ımın ilk günüdür.

Səhər saat 7-ə qalardı yuxudan oyandım əl-üzümü yuyub səhər yeməyi yedikdən sonra evdən çıxmaqa tam hazır idim. Metroya minib universitetə yola düşdüm. Həqiqətən çox sevincli idim çünki yeni həyatımda hələki hər şey tam qaydasında, istədiyim kimi gedirdi.

Universitetə girən zaman sanki hamının diqqətinin məndə olduğu, hamının mənə baxdığı hissinə qapıldım. Düz təxmin eləmişdim. Hamı mənə təəccüblə baxırdı. Birdən qulağım bir-iki söhbət eşitdi.

- Bu Ümid deyil ? Valideyinləri vəfat edən ?

- Özüdürki var. Ümiddi. Allah heç kimə göstərməsin çox pis şeydi.

Dedi-Qodulara heç fikir vermədən sinifə tərəf irəlləməyə davam etdim. Çünki bir neçə boş-boğaz insanin boş söhbətinə ayıracaq və onlarla mübahisə edəcək zamanım yoxdur. Sadəcə o insanlar özlərindəki qüsurları görməyən, ancaq başqaların qüsurların həmin dəqiqə görən və onu böyüdüb əllərində şişirən həyatdakı lazımsız fiqurlardırlar.

Kolidorda keçmiş dirnaq arası dostlaımı gördüm hamısı digərləri kimi mənə təəccüblə baxırdılar. Amma mən buna da məhəl qoymadan birbaşa sinifə daxil oldum. Bunlar hamısı mənim cib dostlarım idilər. Nə vaxt ki, tək və imkansız qaldım hamısı yanımdan yoxa çıxıdılar. Nə vecimə özləri bilər öz Allahları bilər.

Dərs qurtardıqdan sonra heç yubanmadan işə tələsdim çünki ilk iş günüm idi. Gecikə bilməzdim. İşə çatdığım zaman ilk növbədə staşimlə tanış oldum. Belə yaxşı insana oxşuyurdu mənlə biraz söhbət elədi başımdan keçənləri onunla paylaşdım. Sonra işə başladım doğurdanda dünyada fərli tiplərdə insanlar var imiş. Mən bunu ofisant işlərkən bildim...

İlk iş günüm pis keçdi deməzdim. Çünki çox əziyyətli olduğu üçün yorulmuşdum amma çoxlu gözəl insan tanıdım. Evə gələn kimi biraz dərs oxuyub yatdım çox yorğun idim. Başımı balışa atan kimi yuxuya getdim. Və bununlada "Yeni Həyat"-ımın ilk günü yekunlaşdı.....


Salam Dost...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin