Salam Dost ...
Doğulduğum gündən indiyə kimi həyatda çox insan gördüm və tanıdım. Ən azından bunu mənə həyat göstərdi. Düzdü mənimdə səhvlərim çox olub çünki mən həmin insanları lazımlı vaxtda tanıya bilmədim ya da, ola bilər ki, onlar çox yaxşı maskalanmışdılar və rolların çox əla oynayırdılar. Nə biləydim?
Günlərin bir günü yenə yuxudan durub, əl-üzümü yuyub,səhər yeməyimi yeyib universitetə yola düşdüm. Axşam yaxşı yata bilməmişdim, yuxum gəlmirdi. Buna görədə səhər tez durmuşdum.
Nəysə çox uzatmıyım. Uzun sözün qısası universitetə gedərkən yolda bir qrup küçə uşağının 1 cavan oğlanı təkləyib döydüklərin gördüm. Əlbəttə laqeyidcəsinə ordan sakitcə keçə də bilərdim. Başıma iş açmaqa doğurdanda halım yox idi. İlk öncə oradan soyuqanlı bir şəkildə keçmək istəsəm də bunu bacarmadım oğlanlardan ikisini döydüm digərləri isə qaçdı.
Döyülən uşaq doğurdan da çox halsız idi. Onu bir təhər evə gətirib yaraların sarıdım və yatırdım. 2-3 saat sonra həmin oğlan ayıldı. İlk öncə ona harada olduğunu və başına gələnləri anlatdım. Sonra ondan adını və harada yaşadığını soruşdum.
Adı Orxan idi. Orxanın 18 yaşı var idi. Ailəsi onu uşaq yaşlarında Uşağ evinə verib. Və hal-hazıda o valideynlərin axtarır. Özü isə Bakı şəhərində universitetlərin birində təhsil alır. Ancaq imkanı olmadığı üçün biraz çətinlik çəkirdi.
Həqiqətən də talelərimiz çox bənzər idi. Sadəcə bir fərq var idi. Onun Valideyinləri yaşayır mənim valideyinlərim isə yox.
Orxanla biraz söhbətləşdikdən sonra ona kömək etmək istədim və ona təklif etdim ki mənimlə qalsın və mənimlə bir yerdə çalışsın. Ən azından ona valideyinlərin tapmağa bu cür kömək edə bilərdim. Orxan biraz fikirləşdikdən sonra razılaşdı.
Onunla bir yerdə mənim işlədiyim restoranta yola düşdük. Restoranta çatdıqım zaman müdirlə danışdım. Həqiqətən müdirimiz Seymur müəllim çox gözəl və isti qanlı insan idi. Orxanın başından keçələri ona danışdım. Sağ olsun sözümü yerə salmadı. Orxanı çalışdıqım yerdə işə düzəldə bilmişdim. Buna görə bir nəbzədə olsun kiməsə kömək edə bildiyim üçün çox sevinirdim.
Düzdür ilk öncələr Orxanın digərlərindən fərqli olmadığın düşünürdüm. Amma zaman keçdikcə mən Orxanda həmin o istədiyim gerçək və saf dostluğu hiss edə bildim. Həqiqətən də Orxan digər "dost"larımdan seçilirdi. Çünki nə vaxt sıxıntıda olduğumu görsə tez mənlə dərdləşərdi.
Əvvəllər bu mənə qeyri adi gəlirdi çünki indiyə kimi heç kim mənimlə bu qədər maraqlanmırdı amma sonradan bu mənim üçün adiləşdi çünki kiminsə sənə qarşılılıq gözdəmədən səninlə mehriban olması, sənə yanmasın hiss etmək çox gözəl bir hissdir. Hər insana bu cür dost lazımdır məncə.
Zaman keçdikcə Orxanla dostlaşmaqa başladıq və mən özümdə hiss etməyə başladım ki, bizim dostluğumuz sonsuza qədər davam edəcək.
Elə də oldu...
