Tak... Tak... Tak...
"Yenə də səhər açıldıda" deyirdim öz-özümə..
Zibilə qalsın bu üst qonşlar hələdə evə köçüb qurtarmaıblar. Daha bəsdi cana gəlmişəm bu qədərdə hörmətsizlik olmaz axı. Gözümün ikisidə aydın köçürsüz. imkan verin yataqda. Səhər saat 8-də 6-cı mərtəbəyə divan daşımaq olar?!
Əsəbi halda yerimdən qalxaraq paltarımı geyindim və yuxarı çıxdım.
Qapını döydüm. Qapını təxminən 1.60 boylarında 50-60 yaş arası yaşlı kişi açdı. Düzü kişinin sifətindən o qədər nuranilik yağırdıki nəsə artıq söz deməyə utandım. Sakitcə kişiyə " Salam dayi. Deyesen yeni köçmüsünüz. Mən Ümid. Sizdən aşağıdakı mərtəbədə yaşayıram. Nəsə kömək lazım olsa mənə bildirməyiniz kifayət edir. " dedim.
Kişi isə öz növbəsində belə dedi: " Çox sağol bala. Hörmətin artıq olsun. Bağışla sənidə səs-küylə narahat edirik. "
Heçnə olmaz deyib Evimə qayıtdım.
Axşam saat 11 olardı. Dərslərimi edirdim ki, bu əsnada qapı böyük həyacanla döyüldü.
Tak... Tak...
-Sındırma gəlirəm..!
Qapını açanda gözlərimə inana bilmədim. Qapıda qəhvəyi saçlı, göy gözlü və süd kimi ağappaq dərili qız dayanmışdı.. Gözlərimi ondan çəkə bilmirdim..
-Hey sənə deyirəm.. Eşidirsən məni?!
-Hə. Eşidirəm..
-Babamın vəziyyəti pisləşib. Kömək et xahiş edirəm.. Xəstəxanaya aparaq, Ambulansa zəng elə. Nə bilim ee bir şey et. TEZ OL!!!
-Bir dəqiqə. Sənin baban kimdi?
-6-cı mərtəbədə qalırıq o gün sənin bizə gəldiyini görmüşdüm. Digər qonşulardan fərqli olaraq sən bizimlə mülayim danışdın. Ordan tanıyıram səni.
-Aha bildim. Onda tez ol. Yubanmayaq.
Evdən tələsi vəziyyətdə çıxdım. Pilləkənlərdə gödəkçəni geyinə-geyinə dostum Orxana zəng etdim ki, tez maşın tapıb gəlsin.
Nəysə uzun sözün qısası sağ-salamat kişini xəstəxanaya çatdırdıq. Həkimin dediyinə görə ağsaqqal ürəkdən infakt keçirdib. Birazda geçiksəymiş vəzyəti daha da pis ola bilərdi.
Əkbər dayını palataya yerləşdirdik və Günəşə kantində bir çay içməyi təklif etdim. Razılaşdı...
Bir az söhbət etdik, özümüz barəsində söhbət etdik. Söhbətimizdən məlum oldu ki, sən demə hər ikimizdə eyni taleyi paylaşırmışıq. Sən demə Günəş kiçik yaşlarında valideynlərin itirib və babası Əkbər dayı onu öz himayəsinə götürüb. Və o vaxtdan bir yerdə yaşayırlarmış. Amma indi artıq Əkbər dayının artıq 72 yaşı var və Günəş onun üçün çox narahatdır. Axı onun həyatda tək sahib olduqu şey babasıdır.
Bu taleni, bu həyatı başa düşmək mənə o qədərdə çətin olmadı. Çünki ən azıdan məndə bu günləri o qədərdə uzaq olmayan keçmişdə yaşamışam. Mən də Günəş kimi valideynlərimi itirmişəm. Mən də bu çətinlikləri keçmişəm.
Uzun söhbətin ardından axşam düşdü. Evə tərəf yollandıq. Yolda Günəş özü barəsində danışırdı mənsə ona maraqla qulaq asırdım. Özümdən aslı olmayaraq ilk dəfə valideynlərimin vəfatından sonra kiminsə yanında özümü rahat, təhlükəsiz hiss edirdim. Sanki onun səsi mənə çox rahatladıcı bir ağrıkəsici kimi təsir edirdi.
Və çox maraqlı bir faktda söhbət əsnasında diqqətimi cəlb etdi. Sən demə indiyə kimi Günəşin həyatında nəyinki bir kişi hətta qarşı cinsi nümayəndəsi belə olmayıb. Hərçənd əvvəlcə buna inanmasamda sonradan inandim.
"Necə ola bilərki bu gözəllikdə bir qızın həyatında heç kim olmasın?" deyə suallar beynimi qarışdırırdı. Amma bu gözəllikdə əxlaqlı qızı tanıdıqdan sonra sanki bütün suallar cavablandırıldı.
Evə çatdıq. Özümdən aslı olmadan qızı evə dəvət etdim. Axı mən onu bu cür gündə evində tək qoya bilməzdim. Əvvəlcə inkar etsədə sonradan razılaşdı. Oturduq yemək yedik. 1 Qazan supum var idi.)) İnandırım sizi yemək yeməyin belə sevməyə başladım.
Artıq saat gec idi. Otaqımı onun üçün hazırladım. Özüm isə divanda yatacaqdım. Amma alınmadı. Yan otaqda olmasına belə baxmayaraq artıq onun üçün çox darıxmışdım. Yata bilmirdim.
Telefonu əlimə aldım ki, bəlkə biraz başımı qatım. Dostum Orxanda 27 cavabsız zəng gəlmişdi. Cəld Orxana zəng etdim telefonu qaldıran zaman Orxanın səsi çox həyəcanlı gəirdi:
- " Qardaşım yaxşısan? "
+ " Hə yaxşıyam. Qaqa nolmuşdu? Üzürrü say zəngəlirinə cavab verə bilməmişəm. Başım qarışıq idi. "
- " Nolub qaqa xeyirdimi ? "
+ " Ehh qardaşım uzun söhbətdi. İşin yoxdusa gəl bizə. Söhbət eləməyə ehtiyacım var. "
- " Yaxşı. 20 Dəqiqiəyə ordayam. "
Çox keçmədi Orxan gəldi. Başıma gələnləri bir-bir danışdım və səhərə qədər dərdləşdik.......
