Hər Şeyin Başlanğıcı...

464 46 15
                                    

Salam Dost ...

Mənim adim Ümid 19 yaşım var. Uşaqlığım Gənclik-də Millionerlər küçəsində böyük villamızda keçib. Atam Azərbaycanın tanınmış və ən öndə gedən iş adamlarından biri, bəlkə də birincisi idi. Anam isə öz şəxsi biznesi olan və övladı ilə çox mehriban bir ana idi. Uzun sözün qısası həyatda heç bir problemim yox idi. Hamının istədiyi və arzu etdiyi nağıllar aləmində yaşıyırdım. Hər şey super idi həyatımda. Taki O Günə Qədər...

Günlərin bir günü "Dostum" Azər mənə zəng etdi ki, qardaşı Fikrətin doğum günüdür və bütün heyət yığışıb məni gözləyirlər. Saat çox gec idi. Təxminən 12-ə işləyərdi. Valideyinlərimdən getmək üçün icazə aldım. Amma boş idi ( klassik azərbaycanlı valideyinlər ). Məndə dalaşdım və evdən çıxdım. Taksi cağırdım və dostlarımın yanına getdim. Super əyləndik. O qədər içmişdim ki, səhər oyanarkən Dünən nələr baş verdiyini belə unutmuşdum. Axşam çox içkili olduğumdan, Azər məni öz evlərinə gətirmişdi.

Səhər çox gec oyandım. əl-üzümü yuyub Süfrəyə oturduq. Səhər yeməyi yeyərkən heç gözləmədiyim 1 zəng gəldi. Həmin zəng həyatımı qaraldan zəng idi. Zəng şəhər polis idarəsindən gəlmişdi. Məni morga cağırırdılar. Heç yubanmadan dostumla morga getdim. Və o an həyatımın ən ağır saniyələrin yaşayırdım... Valideyinlərim həyatda ən çox sevdiyim 2 insan: Anam və Atam vəfat etmişdi. Gözlərimə inana bilmədim həyatım alt-üst oldu.

Polislər və həkimlər məni güclə sakitləşdirib hadisənin necə baş verdiyini danışdılar. Axşam anam mənim üçün narahat olub və atamla mənim olduğum yerə gələn zaman yolda qəzaya uğrayıblar hər ikisi də qəza yerindəcə vəfat ediblər.

Nə demək olar haqsız həyatdı. Heç kimə şans vermir.

Çox keçmədi həyat yenə məni sınaqa çəkdi. Bu dəfə həyatdakı özümə ən yaxın bildiklərim məndən uzaqlaşmağa başladılar. Hətda çox sevdiyim sevgilim belə məndən ayrıldı.

Deməli bunlar hamısı mənə yox cibimə görə mənim yanımdaymışlar. Təkcə Yanımda yeganə dostum Azər varıydı..

Oda çox keçmədi. Artq hiss edirdim ki əvvəlki kimi aramız yaxşı deyil. Çox soyumuşdu o da məndən. Əvvəlki kimi tez-tez zəngləşmirdik, görüşmürdük və zaman keçdikçə oda məndən uzaqlaşdı...

Və bununla da yeni həyatım başladı...


Salam Dost...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin