Məktəbdən çıxan kimi üstümə axın edən küləklə gözlərimi yumuram.Əlimdəki şarfı tez boğazıma dolayıb yoluma dəvam edirəm.Bakının küləklər şəhəri olduğunu hər gün sübut etməsən olmaz,sevgili külək?
Beynəlxalq bankın yanından yolu keçib Elmlər metrosuna gedə gedə insanlara baxıram. Bu sarışın qızın ağlı harda qalıb görəsən? İnsan bu havada saçların düzləşdirər heç?.Mənim günümdə gəz demirəm amma yenə də bu küləkdə sənin o gözəl ukladkan qalar mı? Hələ çəkdiyin makiyaj?Yağış yağsa 20mi nömrəlidən çıxan uşaqalar Qulyabaninin varlığına inanar
Yada sevgilisinin yanında o qıza baxan oğlan? Zəmanə dağılsın deyən nənələr düz deyir.
Axır ki metroya çatanda kartımda pul olmasının sevinci ilə ekskalatora minirəm.Little mixin Little me mahnısı metronun uğultusun batıranda utancla əlimi şişmə gödəkçəmin cibinə atıb telefonumu götürürəm. Galaxynin sıxıcı melodiyasın dəyişəndə belə olar Lamiyə xanım.
Elnarə yazısın görəndə telefonu açıram.140? Həqiqətən Elnarə?Mən kim kontur almaq kim? Balansı daima sıfırda olan şəxsəm e mən.Məndə ona 140 atdıqdan sonra ekskalatordan düşürəm. Təkrar Elnarədən zəng gələndə telefonu açıram
"Salam"-deyir a'ları uzadaraq
"Salam.Mal! Konturun var niyə 140 atırsan?"
"Konturum getməsin deyə ola bilər?"
"Məni dəli etmə sağ tərəfimdəki oğlana nömrəni verərəm!"
"Sağ tərəfindədirsə yaxşı insan olar"-sözünün üstünə gülürəm və ümid edirəm ki sağ tərəfimdəki qaqaş eşitmədi.
"Konturu gedən qız,qatar gəlir.İcazənlə söndürürəm"
"Ay dur dur! 28Mall'dayam gəl səndə!"-üzümə söndürdü!Əlbəttə ki etmədiyi şey deyil.Elnarədi bu.İstiqamətimi dəyişib Həzi Aslanov tərəfə gedəndə əlimə yapışan əlin sahibinə baxan kimi əlimi özümə çəkib qucaqlayıram.Bu hərəkətim isə oğlanı güldürür.
"Xanım rəfiqənizin nömrəsin verəcəkdiz mənə"-gözlərimi iri iri açıb ölümcül baxışlar atmağa çalışıram. Niyə mənim səs tonum gurdu hə? Yaxşı bu sual olmadı.Mən niyə bu qədər səy hərəkətlər edirəm?
"A tərbiyəsizə bir bax sən! Nə əlaqəsi var? Sən kimsən ki mənim rəfiqəmin nömrəsini almağa çalışırsan!? Hansı cürətlə qolumdan tuta bilirsən?"
"Xanım sakit.Xahiş edirəm"-yox yox artıq gecdi, yanlış qıza ilişdin kömür göz.
"Tərbiyəsiz!"-deyib arxamı dönürəm. Əlbbəttə ki millət gözlərin zilləyib bizə baxır.Metronun ortasında bir qız tərbiyəsiz bir oğlana dişinin dibindən çıxanı dedi.Yazıq oğlanın o qədər də günahı olmadığını heç kəs anlamadı böyük ehtimalla.Qatar gələndə özümü içəri soxub oturası yer axtarsam da axtarışım yersiz olur.Birdən qatar hərkət edəndə qamətimi saxlaya bilməyib xalanın üstünə yıxılıram.Yenə və yenə!
#
Mall'ın dördüncü mərtəbəsinə çıxanda Gloria Jeansın yanındaki stolların yanına gedirəm. Elnarə həmişəki kimi hündür stullardan birinin üstünə çıxıb nəsə qaralıyır.Ayı kimi öskürdüyündə hələ də sağalmadığını anlayıram.
"Heyvan kimi öldürürsən yenə! Demədim dərman iç"
"Çox sağ ol bir dənəm.Şükür yaxşıyam"-gülərək stuldan qalxıb hər iki yanağımı öpür.Dayanmayıb qucaqlayıram səyi.
"Eşşək niyə içmirsən dərman? "
"Yadımdan çıxıb yenə"-dodaqın dişləyib çəkməli pişik baxışları atır.
"Yadına salaram"
"Aha yaxşı.Nə yiyək?"
"Bilmirəm ki.Cappucino içək bəlkə?Yəni sən qəhvə iç mən cappucino"-Elnarə şirin sevmir çünki. İnsan necə şirin bir şey sevməz?
"Olar.Amma növbəyə sən dayanırsan.Ölürəm bax"-yalanda öskürəcəydi ki həqiqətən öskürək tutur və gülməyə başlayıram. Ayağa qalxıb çantamdan pul qabımı çıxarıb sifarişi verdikdən sonra Gloria Jeansdaki üç nəfərdən ibarət növbəyə dayanıram.
#
Qabağımdaki oğlan 18 kurasan alanda gözlərim başarsa təpəmə çıxardı! Zalımın balası!
"Buyrun xanım"-oğlanın səsi ilə özümə gəlin padnosu götürürəm. 18 kurasanlı gedə isə qabağımca gedir.Bəxtim gətirdi ki oğlan bizə yaxın oturdu və nə etdiyin görə biləcəm.Elnarə padnosu əlimdən aldıqdan sonra stula çıxıram, gözlərim hələ də oğlandadı.Paketdəki kurasanları qırağa qoyub İPhone6+ ilə oynamağa başladı.
"Qalmadı!"
"Hı?"
"Deyirəm ki..oğlanı yedin..baxışlarınla.Qalmadı heçnə"-Elnarənin sözü ilə baxışlarımı çəkmədən oğlanı süzürəm.Tipi gəşəngmiş bunun! Mən niyə fikir vermədim görəsən?Nə qədər camış olsa da görüntü mükəmməliyi verir.Ona baxdığımızı hiss etmir görəsən? Ay gic Lamiyə! Əlbəttə ki hiss edir.Sadəcə millət bizim kimi heyvan deyil ki başın qaldırəb pis pis baxsın.Üzümü Elnarəyə çevirəndə şeytan kimi gülümsədiyini görürəm.
"Yozma!"-əlimi qaldırıb qabağında tutdum o isə qaşların qaldırıb gülümsədi-"18 kurasan aldığı üçün elə baxırdım"-Elnarənin heyrətlənməməsi məni heyrətə saldı.Və Azərbaycan dili müəlliməsi bu dediklərimi eşitsə heyrətə düşər.Necə də heyrət dolu bir gün.
"Nə var ki burda? Bəlkə evə aparır? Həm əzələlərə bax.Böyük ehtimal proteinə ehtiyacı olur"
"Kurasanda protein var ki? Birinci olasılıq daha doğrudur məncə"-başım qaşındı lap.Oğlan qalxanda Elnarə də ayağa qalxıb patosun əyninə keçirir.
"Qalx qalx!"
"Hara?"-deyirəm qorxaraq.Elnarədi bu!
"Lamel iş başında! "-deyərək məni qolumdan çəkişdirir və yerə yıxılıram! Çox gözəl.Mükəmməl.
Rəylərinizi gözləyirəm.Multimedia Elnarə. Bilirəm biraz qısa oldu amma bundan sonrasını uzun tutacam.Onda da bir açıqlıq gətirim Lamiyə Türklərin deyimi ilə "sakar" qız deyil.Sadəcə ağlı bir qarış havadadı və diqqətsizdi.
Nazlı Əliyeva

ŞİMDİ OKUDUĞUN
Xəyalpərəst
Teen FictionSevdiyi qız üçün çölə düşən Məcnunu gözləyən qız.. Necə də pis qızsan a sən? Yetim dəli olub yollara düşsün? -Lamiyə Əzizli-