Kafir

118 8 2
                                    


Bir saatdı gözlərin üstümə zillətən qızın Allah bəlasını verdi deyəsən,yerə yıxıldı.Rəfiqəsi gülməyə başlayanda qızın üzündəki ifadə unudulmaz bir hal alır.Mavi gözləri iri iri açılıb alov topları saçır.Burun deşikləri əsəbdən genişlənir və dodaqları düz bir xətt halına gəlir.Onsuzda dağınıq saçlarını tok vurmuşa bənzəyir.

İncəsənətdə oxuyan qızların belə mimikaları bu dərəcədə inkşaf etməyib.Bəlkə də universiteti bitirib, sadəcə yaşı az görsənir.Hansı cast şirkəti ilə müqavilə bağladığını soruşsam ayıb olar görəsən?

Qız rəfiqəsinin əlini itələyərək deyinməyə başladı.Yerdən dəstək alaraq qalxdı və məni görəndə üz mimikaları dəyişdi.Hansısa serialda çəkilsə o serial Azərbaycanda məhşur olardı və sorağı bizə çatardı.

Üzündə eyni anda bir neçə hiss əks olunur və bunu çox gözəl göstərə bilir.Üzün çevirib rəfiqəsinə nəsə deyərək əl qol hərəktləri ilə də nəsə başa salır.Pozulmuş keyfimi düzəldən qıza bir yaxşılıq edib arxmamı dönüb gedirəm.

Liftə mindiyimdə dönüb arxama baxmaq istəsəm də baxmıram. İnsanları daha da çox utandırmaqa ehtiyac yoxdur.

#

Maşınımı binanın qanağında saxlayıb Arzunu gözləməyə başlayıram. Bir qəza həyatımızı necə də dəyişdi?Hər oyandığımda eyni anlar gözümün qabağında canlanır və nəfəs almaqda çətinlik çəkirəm. Mən nə etdim? Səbəbi hər nə olursa olsun o qıza bunları etməli deyildim.Gələcəkdə öz həyatımdan belə film yaza bilərəm.Sadəcə sonunu görməyə ehtiyacım var.

O gecə..Mən sadəcə Arzunun həyatını salmadım o maşının altına.Özümü, qarnındaki körpəni, o qızın gələcəyini.Arzu mənim üzümdən amnezia xəstəsidi və olanların yarısını xatırlamır.Keçən il Emilin mənə göstərdiyi video ilə özümdən çıxmışdım və Arzuyla birlikdə çıxılmaz bir yola girmişdim.Emil mənə Arzunun başqası ilə öpüşdüyü video göstərmişdi məndə sərxoş olub Arzunun evinə getmişdim.Sonrası tam olaraq yadımda deyil.

Kamazın altında qalmışdıq.Kamaz sürücüsü heç bir xəsarət almadan xilas olsa da mən neçə ay komada qalmışdım, Arzu isə qarnındaki uşağı itirmişdi..hə birdə amneziya xəstəsi oldu bir müddət olanları xatırlamırdı.Xatırladıqdan sonra ağır depressiya keçirdi.Bu müddət içində əlini bir an belə buraxmadım.Buraxmaq niyətində də deyiləm.

Sadəcə tutduğum əlinin istisin hiss etmirəm. Tutduğum əl bütün həyatımı çəkib alır.Amma o əlinin sahibindən aldığım həyatın qarşılıqıdır mənim həyatım.

Maşının açılma səsi ilə özümə gəlib Arzuya baxıram. Arzu heç vaxt baxımsız qız olmayayıb.Filmlərdəki baxımlı, həmişə gözəl qızlar kimidi Arzu.Onu mənə cəlb edən də bu oldu.İnsanlar sadəlik axtararkən mən qeyri adilik axtardım..tapdımda.

Yanağını öpüb geri çəkildiyimdə gülümsəyərək dodağıma kiçik bir öpüş qondurur.

"Bax sənə nə almışam"-əlimi arxaya atıb kurasanlar olan paketi Arzuya verirəm.20yə yaxın kurasan almaqla abardmış ola bilərəm amma arxadakı cırtdan üzündən elə etdim.Elə diqqətlə insanların hərəkətləri ilə məşğul idi ki..Özü də heç kəsin fikir vermədiyini düşünür.Bəlkə də fikir verən yoxdu.Diqqətli olan mənəm sadəcə.

"Nə edim mən bu qədər kurasanı?"

"Yeyə bildiyin qədərini ye, qalanını evə apararsan.İndi de görüm hara gedək?"

"Əlbəttə ki..Botanika bağına"

#

Botanika bağında gəzindiyimizdə telefonum çalır və Emilin zəng vurduğunu görəndə sıxıntı ilə nəfəsimi üfürürəm.Başlayacaq indi.Arzunun əlini buraxmadan telefonu açıram.

"Hardasan?"

"İşim var.Nə istəyirsən? "-hə birdə günlər keçdikcə ən yaxın dostumu itirirəm.Emil heç bir məcburiyyətim olmadığını dediyi üçün və məndə onun sözünə qulaq asmadığım üçün aramız pozuldu.Onsuzda Emil ilk gündən bəri Arzuya bəyənməmişdi.Ailəm də əlbəttə ki.Arzuyla aramızda kitablardaki kimi bir münasibət yox idi.Sadəcə kimyası, enerjisi tutan iki genc idik.Arzudan ayrılmaq istəmirdim amma ailəmi qarşıma almazdım.Amma indi Arzunu heç vaxt buraxmaram.

"O qızlasan hə?"-deyir əsəblə.Arzunun əlini buraxıb biraz uzaqlaşıram.Arzu hara deyəndə bir dəqiqə deyib uzaqlaşıram.

"Nə istəyirsən Emil?"

"Bir oğlan tapdım.Mənim fakultədən.Sənin qızla gəzir.Nəyi ki var.Bir həftə olar ki fırlanırlar"

"Of Emil! Get başımdan"

"Nə? Qızın etmədiyi şeydi sanki"

"Emil qızın bir adı var.Arzu"

"İndi o çox qiymətli sevgilini qoy və gəl! 90 dəqiqən var Orxan!"-və telefonu üzümə söndürdü. Nə çəkdim səndən Emil?

"Arzu çox vacib işim çıxdı.Atam çağırır.Bu günlük səni evə aparsam olar?"

"Əlbəttə həyatım"-dedikdən sonra məni öpür.Kurasanları zibil qabıya atacağı sırada düdükdən çıxan səsi belə batıracaq səs gəlir.

"Nemətdi o.Allah belindən vurar!"-bir qız ayaqların yerə vira vura gəlib Arzunun qarşısında dayandı-"Sənin xəbərin var insanların necə ehtiyacı var o bir tikə çörəyə? Sən burda ağac diblərində sevgilinlə yiyiş ancaq! Amma səni pozan budu.Siz oğlanlar beləsiz də! Bizi də azdırırsız.Kafir! Qıza sən dedin hə at neyməti?"-Arzunun dəlirmək üzrə olduğunu gördüyümdə, onu qolumun altına alıram.

"Xanım tələsirik biz"

#

Universitetə çatan kimi Emilə zəng vuram.Götürmədən üzümə söndürəndə ağzımın içində söyərək birdə yığıram.

"Partlama gəldim! Gedib oğlan.Min maşına min min!"

"Nə atırsan e?"-dediyindən kəlimə belə dərk etmirəm.

"Zaurun evinə gedirik"

Salam:))Bir gündə iki hissə yazdım.Oxuyan hər kəsdən xahişim rəy bildirməsidi sadəcə. Yaxşı pis fərqi yoxdu.Hissəni Orxanın ağzından yazdım necə idi?

Nazlı Əliyeva

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Dec 20, 2015 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

XəyalpərəstHikayelerin yaşadığı yer. Şimdi keşfedin