XVIII əsr idi... Ölkəmizdə əmin amanlıq deyilən şey qalmamışdı. Səfəvilər dövlətinin sonuna yaxın idi(1721-ci il). Medyum deyildim amma ölkədəki çəkişmələr, feodal münasibətlərin çöküşü hər şeyi açıqlayırdı.
Mən sarayda əsas mühafiz işləyirdim. Əmək qarşılığı aldığım maaş çatmırdı ama birtəhər dolanırdım. Bir anam var idi,birdə mən.
Atam illər öncə mənim olduğum vəzifədə işləyirdi. Çox savadlı bir insan olduğunu bütün əhali bilirdi. Məndə ona oxşamışdım. Və buna görə də sarayda işləyirdim.
Bir gün işə gec getdim. 3 saat yuxu yatmışdım. Mühafizlərə salam verib təşvişlə içəri keçdim. Hökmdarın yaxın adamı məni görüb salam verdi. Məndə münasibəti pozmayıb cavab verdim. "Aleykum salam."
"Səni hökmdar çağırır. Bugün nədənsə əsəbidir. Gülərüzlə danış"
"Yaxşı. Salamat qal".
Ürəyim saniyə əqrəbinin 5 qat artmış formasında döyünürdü. 100% işdən azad olunacaqdım. Həmdə hökmdar əsəbidir. Güclə anamla özümü dolandırırdım. İndi neyləyəcəkdim.
Üzüntülü halımı gizləyib gülərüzlə otağa daxil oldum. Hökmdar arxası çönük pəncərədən çölə baxırdı. Qapını döyməyimə sanki böyük bir yuxudan oyanırmış kimi baxdı. Yanıma gəldi və oturmağımı istədi. Oturdum...
"Oğlum. İşə gec gəlməyinə görə səni işdən azad edəcəyini anlayıb üzülməyini hiss etdim. Narahat olma. Elə şey etməyəcəm. Atanın əməyi çoxdu bu sarayda. Ona görə səni qova bilmərəm.
"Sağolun. Var olun"
"Gələk əsas məsələyə. Sənə verəcəyim əmanəti Frəngistana(Fransaya) aparmağını istəyirəm. Əgər apara bilsən sənin maaşını 3 qat artıracam."
"Əstəfurullah. Əlbəttə apararam. Siz təki əmr edin."
"Buyur sənə 1000 dinar. Gedib gəlməyinə kömək edər."
"Çox sağolun."
Pulu alıb otaqdan çıxdım. Faytondan məni stansiyaya aparmasını xahiş etdim. Yarım saata orda oldum. Və tez qatara minib yola çıxdım.
Sərhədi keçən kimi yuxuladım. Qara dənizə qədər gəlib çatmışdımki "qara dəniz" sözləri eşitdim. Düşüb gəmiyə yaxınlaşdım. Pulu verib gəmiyə girdim. Heç yatmadım və sona qədər oyaq qaldım. Sərhədinə girən kimi stansiyada biraz yatdım və qatara mindim. Mən minənə qədər qatar yox idi. Sonra qatar gəldi minib çıxıb getdim. Fransanın ən gözəl şəhəri Parisdə qatardan düşdüm. Şəhəri dolaşmağa çıxdım.DƏVAM EDƏCƏK.
