8 - Məclis alanı

37 3 0
                                    

Biz artıq getməyə hazır idik. Hər zaman hər şeyin hazır olduğundan əmin olandan sonra hərəkətə başlayan İsaac getmək üçün otağına girdi. Girməmişdən qabaq mənə astral çıxış edərək otaqda onu gözləməsini söylədi. Məndə böyük sözü olaraq dediyinə əməl etdim. Yerimə uzanıb İsaac'ı düşündüm. Yuxuya təzəcə dalmışdımki özümü evin zalında tapdım. Yanımda birdən İsaac peyda oldu. Əlimdən tutub havaya qalxdıq. Artıq göydə surətlə uçurduq. Həyatımda istədiyim tək şey göyərçin kimi səmalarda süzülmək idi. Artıq bunu etmişdim. "Boş-boş şeylər fikirləşmə Nadir" dedi İsaac. Onun belə münasibəti məni düşündürdü. Nə isə var idi? Niyə belə çıxış etmişdi. Yəqin uçmağı xoşlamır...

"Ciddi ol! Gülmə! Ciddi iş üçün yol gedirik. Məclis alanı təhlükə altındadı. Hər an Əbyəd və qoşunu ora hücum edə bilərlər."
"Doğurdan? Onda biz oranı qorumaq üçün ora gedirik.?"
"Bir növ hə. Çünki Əbyədə ən çox zərər verən mən olmuşam. Onu illərlə hərəkətsiz qoymuşam. Mənim Məclis alanında minlərlə dostum var. Mənə görə ora hücum edir. Mənə əzab vermək üçün..."
"Bəs ondan qorunmaq olmurki.?"
"Sənin kimi adamlar qoruna bilmir. Ama mən qoruna bilərəm." İsaacın bu özündən razılığı məni əsəbiləşdirirdi. Həmişə özünü fikirləşirdi.
"Bilirsənsə öyrət."
"Bax. Mən müqəddəs sözlər bilirəm. Üzərimdə təsiri böyük əşyalar daşıyıram. Bax bunlar mənə kömək edir."
"Mənə də verdə o əşyalardan."
"Yaxşı. Amma birinci Məclis alannına getməliyik. Nə olduğunu öyrənməliyik."
"Yaxşı."

               ***************
Söhbətimizin bitimindən 5 dəqiqə sonra mənzilə çatdıq. Havadan yerə enib yeriməyə başladıq. Biraz yerimişdik ki, qabağımıza  zərif, qaraşın, gözəl geyimli bir xanım çıxdı. "Oo salam İsaac. Görünmürsən neçə vaxtdı. Haralardasan?" Dedi xanım.
"Salam. Başıma gələnlərdən dolayı buralara gələ bilmədim." Dedi kövrələn İsaac.
"Nə gəlib başına? Niyə xəbər etmirsən? Yoxsa... Əbyəd..." dedi qorxuyla xanım.
"Hə. Gəlib. Evimi yandırdı. Yanımdakı oğlanın yuxularına girdi. Mənə zərər veribsə, sizədə zərər verər deyə durub gəlmişəm. Buralara gəlməyib?"
"Gəlib. Xeyrəbanu xanımla qarşı-qarşıya gəliblərmiş. Əbyəd nə qədər səy göstəribsə Xeyrəbanu xanım onu yaralayıb."
Dediylərinə görə Xeyrəbanu xanım güclü biriymiş. Həm bu ad Səfəvi adı deyilki? Yoxsa  oda Səfəvilidir?
"Xanım. Bağışlayın sözünüzü kəsirəm. Bu Xeyrəbanu xanım Səfəvi dövlətindən deyil?"
"Ay necədə mədəni oğlandı. Bəli. Səfəvi dövlətindəndir."
"Nə gözəl. Məndə oradanam."
"Bilirəm. İsaac danışmışdı."
İsaac nə ara vaxt edib danışmışdı. Xanım adının Ella olduğunu söylədi. Mənimdə adımın söylənilməsi pis çıxırdı. Çünki zatən bunlar hər şeyi bilirdi.
"Gəl səni Thomas'la tanış edim. Mənim ən yaxın dostumdu. Mən olmayanda o sənə kömək edər." Dedi Ella.
"Yaxşı. Necə istəyirsiniz."

Biz ordan ayrılıb Thomasın yanına getdik. Lakin onun yerinə çatanda bir qalmaqal gördük. Demək olar hər kəs oradaydı. Ella və İsaac qaça-qaça Thomasa yaxınlaşdılar. Thomas yerdəydi. Thomas Əbyədin onu vurduğunu söylədi. Yaralıydı. Və məni görüb "Özünü gözlə" dedi. O sözlə gözlərini əbədi yumdu. Əbyəd birini daha öldürmüşdü. Bunun bir daha baş verməyəcəyinə söz verdim. Və əyağa qalxıb Ellanın qolundan tutdum. "Başın sağolsun Ella. Onun yoxluğunda mən sənə kömək edərəm"
"Çox sağol Nadir. Təşəkkürlər" dedi ağlayan Ella. Və biz onun cənazəsi olduğu yerə yollandıq. Berlinə...

DAVAM EDƏCƏK.

Paris GözəliWhere stories live. Discover now