Bağırışlarını eşitdiyim qızın səsinə tərəf gedəndə yerdə təpiklər altında əzilən adam gördüm. Bu elə o idi. Bağıran qız. Lakin heç kim yaxınlaşmır, hətta vecinə belə almırdılar. Sizcə bu Səfəvilərdə olsaydı belə olardı? Bütün cahıllar yığışıb qan uddurardıq o kəsə. Mən dözə bilməyib özümü vəhşi heyvanın üzərinə atdım. Ancaq məqsədimə nail olacaqdımki İsaac məni qolumdan tutub saxladı. "Başın xarabdı? Sənin nəyinə lazımdır? Qoy öz işlərini özləri görsünlər. Sən öz işinlə məşğul......" deyib qurtarmadan mən özümü vəhşinin üzərinə atdım. O qızı necə döyürdüsə məndə elə onu döyməyə başladım. Kişinin ağzı-burnu qan içində idi. Qız isə çoxdan huşunu itirmişdi. İsaac məni birtəhər məşğulliyətimdən ayırdı. Mən bütün nəzərimi qıza saldım. Onu yerdən götürüb İsaacla birlikdə evə getdik. İsaac qızın yaralarını sağaltmaq üçün əski, soyuq su kimi ləvazimatlar gətirdi. Bütün ləvazimatları düzüb-qoşub işə başladı. İlk öncə qanlar təmizləndi, sonra isə təmizləyici maddə ilə yaraların yaratdığı infeksiyalar zərərəsizləşdirildi. Qızı çarpayıya uzadıb uzun müddət yatmağı üçün otağı tərk etdik. Salonda oturub bu haqda biraz danışmaq istədim.
"Bu qız oyanan kimi onu sorğuya çəkəcəyəm" dedim.
"Tələsmə... Əvəlcə ki olduğunu öyrənməliyik. Amma bunu elə öyrənməliyik ki, qız bis başa düşməsin. Birdən bizdən qorxar edər." Dedi İsaac.
"Əşşi. Nəyimizdən qorxacaq. Yaxşı, elə edərik. Bəs sonra neynəyəciyik?" Deyə mən soruşdum.
"Birinci məqsədimizə nail olduqdan sonra ikinci məqsədimizə keçirik. Yəni.."
"Nə yəni?????" Deyə mən onun sözünü kəsdim.
"İmkan ver sözümü qurtarım." Deyə o, etiraz etdi. Və ardından sözə başladı:
"Sonra isə onunla yaxınlıq qurmağa çalışacağıq." Dedi.
"Bunu etmək nəyə lazımdırki. Bəlkə aşiq zad olmusan... Ay sənii..." dedim gülə-gülə.
"Boş-boş danışma Nadir. Mən bir dəfədən artıq aşiq olmuram." Dedi.
"Yaxşı. O zaman biz qızın oyanmağını gözləyək."
"Yaxşı olar." Deyə dilləndi.
***********
Səhər qız oyanmışdı. Və hər tərəfinin ağrıdığını əlini bədən nahiyələrinə vurduğu zaman anlamışdı. Bu onu biraz qorxutmuşdu. Biz onun yanına gələndə gözlərində "Mənə toxunmayın" deyərmiş kimi bir ifadə var idi. Amma biz onu sakitləşdirməyə çalışırdıq. Daha cəhd etməmişdik ama cəhd etmək istəyirdik. Qız bizdən su istədi. Mən tez gedib su gətirdim. Qız suyu içib qurtardıqdan sonra "Birində gətir" dedi. Gedib yenə gətirdim. Qız suyu içdi və stolun üstünə qoydu. İsaac bir müddət dayanandan sonra sözə başladı.
"Adın nədir sənin?" Dedi mülayim şəkildə.
"Emily" dedi səsində qorxu olan qız.
"Parkda səni döyən kim idi? Səni niyə döyürdü? Ümumiyyətlə sən hardan gəlib hara gedirsən..." dedim dözə bilmədən. İsaac mənə tərs-tərs baxdı. Bu sualın yeri deyildi. Amma neynəyim? Dözə bilmirəm. Emily ağlamağa başladı və dedi:
"Mən əslən Britaniyalıyam. Yəni atam oralıdı. Orada olanda atam ilə dava etmişdim. Və evdən qaçmışdım. O, məni döyəndə qardaşım idi. Mənim dalımca düşüb bura qədər gəlmişdi. Burdada tutub döydü. Yaxşıki siz gəldiniz. Yoxsa mən indi öl..." daha sözünü bitirmədən İsaac sözə başladı:
"Yaxşı. Ağlama. Nadir sənin qardaşını döyəndə onun sənin qardaşın olduğunu bilmirdi. Bağışla lütfən. Ancaq bu Nadirin vətəndaşlıq borcu idi. Onada qarışmaq olmaz. İndi sən de görüm, sən qardaşından necə qaçmağı düşünürsən?" Dedi.
"Bilmirəm. Məni qoruyun lütfən. Qardaşım məni öldürər. Nə olar?" Dedi Emily ağlaya-ağlaya.
"Yaxşı. Mən səni qoruyacağam." Dedim. Bu sözü ürəklə demişdim. Çox xoşum gəlmişdi. Üzü yara olsa belə gözəlliyi itməmişdi. Onun bura niyə gəldiyini soruşanda anasının Fransalı olduğunu dedi.
Günorta yeməyində Emily artıq bizimlə otururdu. Söhbət edirdi, gülürdü. Arada zarafat belə edirdi. Bu da məni çox sevindirirdi. İndi mənə bir şey maraqlı idi. Bu qız xristyan idi. Bunların ibadəti necə olur?
"Bizlərdə ibadət dua ilə olur Nadir. Hətta günah çıxarma belə olur." Dedi İsaac. Yenə ağlımı oxumamışdı. Görər o. Məndə öyrənəcəm.
"Öyrənəndə gələrsən". Dedi gülə-gülə. Bu məni əsəbiləşdirirdi. Amma Emilyə baxanda bütün əsəbilərim düzəlirdi. Üzünü təmizləyib dahada gözəlləşmişdi. Günorta yeməyini yeyəndən sonra dincəlmək üçün bir müddətlik uzandıq. Emily mənim otağımda yatırdı. Bu necə gözəl bir duyğuydu ilahi! Amma məni yuxu tutmadı. Fikirləşdimki astrala çıcım biraz. Həmişəki hazırlıaları edib çıxdım. Çoxdandı etmədiyim üçün biraz yubandım. Amma yenədə uğurlu alındı. Özüm üçün gəzirdim. Fikurləşdimki evimizə gedim. Görüm anam neynəyir. Evi fikirləşdim və 1 saniyədə orada oldum. Anam qəmgin halda yemək bişirirdi. Məndən xəbərsiz idi. Parisdəki işlərimi bitirib buraya gəlməliydim. Anamdan ötürü çox darıxmışdım. Qoxusunu, nəvazişini çox darıxmışdım. Mütləq gəlməliydim. Sonra fikirldimki Məclis yerinə gedim. Yenə 1 saniyəyə orada oldum. Amma girişdən 50 metr uzaqda tapdım özümü. Hər tərəf qaraldı. Birdən Əbyəd çıxdı. Bu məni öldürəcəkdi. Ah, Xeyrəbanu xanım nə demişdi? Saçından bir tel... vaxtı gəlmişdi. Hə Əbyəd. Hey... O nəydi? Teykel. Oda burada idi. Deyəsən sonum gəldi. Deyəsən, yox elə gəldi.
DAVAM EDƏCƏK.
P.s - Bəli. Yeni bölüm bu qədər idi. Bəyənəcəyinizə ümid edirəm. Təşəkkürlər...
![](https://img.wattpad.com/cover/58923032-288-k804132.jpg)