Artıq hava qaralmışdı. Kilsədəki işlər hələ bitməmişdi. Mən isə kahin İsaac'ın işlərini bitirməsini gözləyirdim. Həmən ərəfədə kilsədəki portretlərə,atributlara baxırdım. Bizim məscidlərdən çox fərqliydi. Ama çox səliqəliydi. Bu kahinin məharətiydi ya bütün kilsələr belə səliqəliydi? Demək olar kahinin ikinci eviydi. Belə getsə mənimdə olacaqdı.
Kahin İsaac işlərini bitirərək gəldi. "Hə. Gedək?"
"Gedək." Dedim və çıxdıq. Kahin qapını bağlayandan sonra getməyə başladıq. Nədənsə faytona minmədik. Məndə sual vermədim. Çünki o kahin idi. O bilirdi."Nadir. Niyə belə kefsizsən?'
"Nəbilim. Belə havada ürəyim sıxılır. Pis bir şey olacaqmış kimi içimdə bir hiss olur."
"Həə. Yaşayarıq görərik"Ay belə çıxmamışdı. Yoxe nə isə olacaq.
"Fikir vermə Nadir. Mən hiss eləmirəmsə bir çey olmayacaq."
Kahin bilikli olmaqla yanaşı həmdə lovğaydı.
"Lovğa deyiləm. Sadəcə çox bilirəm."
"Bəlkə ağlımı oxumayasan.?"
"Ağlın fikirlərini özü mənə ötürür. Mən bunu oxumalıyam"
"Off. Yaxşı."Evə gəlib çatdıq. Kahin haçarını çıxarıb qapını açmaq istəyəndə qapının açıq olduğunu gördü. Dönüb mənə baxdı.
"Nə olub İsaac?
"Qapı... Qapı açıqdır. Evə oğuru girib."
"Nə. Necə yəni? Sən qapını bağlamamışdınki?"
"Bağlamışdım... Amma... Necə giriblər içəri?"
İçəri girib pəncərələrə baxdı. Pəncərələrin hamısı öz qaydasında qalmışdı. Bəs haradan girmişdi?
"Sən kahin deyilsən? Fikirləş bax gör kim giribdə evə?
"Düz deyirsən." Dedi oturub düşünməyə başladı. Ona elə diqqətlə baxırdımki evə ikinci oğuru girsə hiss etməyəcəkdim. Kahin düşündü... düşündü... düşündü və nəhayət gözünü açdı.
"Görə bilmirəm..."
"Aydaaa. Neynəyəciyik indi?"
"Bilmirəm. Birdə nə apardığlarına baxım." Dedi və ayağa durub axtarmağa başladı. Nəqədər axtardısa nir nəticəyə gələ bilmədi.
"Hə. Nə aparıblar"
"Heçnə."
"Necə yəni? Bu oğuru nəyə girib onda?"
"Bilmirəm. Bu işdə bir iş var? Nəysə. Yeməyimizi yeyib yataq. Sabah kilsədə aydın başla düşünərik."
"Yaxşı. Bəs sən necə olduki görə bilmədin?"
"Bunu məndə bilmirəm. Sabah bir "Məclis alanına gedib bir şeylər öyrənəcəyəm."
"Məclis alanı?"
"Bəli. Məclis alanı ruhani aləmin ən gözəl nümunəsidir. Ruhani insanlar(kahinlər,rahiblər,mollalar və s.) Orada oturub söhbət edirlər,problemlənlərini müzakirə edirlər. Və ora çox etibarlı yerdir. Heçkim ora icazəsiz girə bilməz.
"Nə gözəl. Üçüncü göz açılan kimi ora gedərik."
"Yaxşı. Söz verirəm."
"Sən mənə buralı deyiləm demişdin. Bəs haralısan?"
"Avstriyalıyam."
"(mmm) Bəs burada niyə yaşayırsan?"
"Burada bir qız sevmişdim. Onda hələ oxuyurdum. Məktəbi bitirdikdən sonra onunla evləndim. Bir övladımız oldu. 12 il rahat yaşamışdıq. Lakin gecə eşitdimki Məclis alanı təhlükədədir. Cinlər və bütün şər qüvvələr ora hücum etmişdi. Cinlərin başında olan ən qəddar cini əlimdə olan silahla yaraladım. O isə mənə "böyük bir ordu ilə gələcəm. Onda intiqamım çox pis olacaq. Ömür boyu səni rahat qoymayacam." dedi. Ordusunu yığıb gəldi. Ailəmə müsəllət oldu. Ağrı acılarla öldürdü. Mənə bir şey edə bilmədi. İndi olabilsin gəlib."
"Uuuu. Bir cin əskik idi. Oda gəldi."
"Hələ nəqədəri var. Adamı nəfəs almağa qoymurlar. Gərək tətikdə olasan. Yoxsa həyata əlvida..."
Həə. Yemək bişmədi?"
"Yaxşı yadıma saldın. Yanmasa yaxşıdı."
Durub yeməyə baxmaqa getdi. Yeməyi məcməyiyə qoyub gətirdi. Süfrəni hazır edib oturduq. Və yeməyə başladıq. Bitirdikdən sonra İsaac mənə yatacağım otağı göatərdi. Mən isə təşəkkür edib otağa keçdim. Və əynimi dəyişib uzandım. Biraz keçdikdən sonra yuxuladım.
Birdən oyandım. Və hər yerin yandığını gördüm. Alovların içindən çıxan qap-qara bir şey gördüm. Sifəti çox eybəcər idi. Və mənə "Səndə kahinləsən. Sənidə kahinidə əzabla öldürəcəm. Əlimdən qaça bilməyəcəksiz." Və alovları topalayıb üstümə atdı. Və bu mənim sonum oldu.DAVAM EDƏCƏK.
Qeyd: Yeni bölümün gəlməyi biraz vaxt alacaq. Ara vermişəm...
![](https://img.wattpad.com/cover/58923032-288-k804132.jpg)