Lənətlənmiş Gözəllik

853 97 143
                                    

   İllər-illər öncə, uzaq diyarlarda, dünyanın dərinliklərində yaşayan, gözəlliyi ilə hər kəsin dilinə dastan olan, bir qız var idi. O qız, ətrafındakı digər qızlardan, həm gözəlliyi, həm də fərqli bacarıqları ilə seçilir, adından tez-tez söz etdirirdi. O qız bilirsiniz kim idi? O, dəniz qızı Helena idi. Dənizlərin əsrarəngiz şəhzadəsi. Dəniz qızlarının ən gözəli və ən lənətlisi!

Helena digər dəniz qızlarından fərqlənirdi çünki, dəniz qızı olmasına baxmayaraq, dənizin dəriliklərindən çox, sahili daha çox sevirdi və digər dəniz canlılarına nəzərən, suyun üzündə daha uzun müddət dayana bilirdi. Onun sahili sevməsi üçün, çox böyük bir səbəbi daha var idi. O, bir insanı sevirdi. Bunun səhv olduğunu və bir sonunun olmadığını bilə-bilə onu sevməyə davam edir, sevgisinə qarşı qoya bilmir, o adamı ürəyindən ata bilmirdi. Adını belə təsadüf nəticəsində, dostlarının ona səslənməsi ilə öyrəndiyi o adamı, yəni ki, Jack'i çox sevirdi.

  Günlərin bir günü o, sahildə ki, böyük qayalardan birinin arxasına gizlənərək, sahildə o tərəf-bu tərəfə gedən insanları seyr edərkən, gözləri Jack'ə sataşdı. Jack sahildə balıq tutmağa gələn balıqçılardan bir idi. Helena onu ilk gördüyü andan etibarən, günəşin şüaları altında parıldayan açıq qəhvəyi rəngli gözlərinə, dağınıq saçlarına aşiq olmuşdu. O, hər gün sahilə çıxır, böyük qayaların arxasına gizlənir, isti qumun üzərində gəzişən insanları və gözlərini qısaraq balıq tutmağa çalışan sevgilisini seyr edir, - "kaş məndə onlar kimi insan olsaydım!" - deyə düşünürdü.

  Bir insanı sevdiyi, hətta ona aşiq olduğu üçün özünü danlayır, amma onu sevməkdən vaz keçə bilmirdi.

Hər zaman olduğu kimi, Helena onu görmək üçün yenə sahilə tərəf üzərək, böyük qayalardan birinin arxasına gizləndi və başladı sevgilisini seyr etməyə. Bəzən, onu gördükdə, özünü qumların üstünə atmaq və Jack'ə onu nə qədər çox sevdiyini söyləmək istəyirdi lakin, daha sonra bu fikirdən daşınırdı.

  "Axı o məni görsə qorxacaq! İnsanlar dəniz qızlarını çox da sevmirlər! Onlar haqqında heç bir zaman yaxşı düşüncələrə sahib olmayıblar! Nə üçün axı bu belədir? Dənizdəki digər canlıları sevərlərkən, niyə axı bizə qarşı bu nifrət!? "-deyə, düşüncələrə dalar və bu ona çox əzab verərdi.

***

  Bəlkə də, eşitmisinizdir. Dəniz qızlarının çox gözəl , bəzən isə çox çirkin olduqları söylənilir. Amma, əslində onlar, lənətli bir gözəlliyə sahibdirlər. Elə bir gözəllik ki, insanı dərinliklərə sürükləyir, nəfəsini kəsir və insanı yavaş-yavaş məhv edir. Helena da, bu gözəlliklərə malik idi.

  Helena, hər gecə olduğu kimi, sevgilisini düşünür və onun kimi insan olması üçün, Tanrıya dualar edir, xəyallar qururdu. Bu gecə də, xəyalının nə vaxt isə gerçəkləşəcəyini arzulayaraq, özünü yuxunun şirin qollarına buraxdı bizim gözəl dəniz qızı. Hər gecə təkrarlandığı kimi, bu gecə də yuxuda insan olduğunu görən Helena, yuxudan oyandıqda, hələ də dəniz qızı olaraq qaldığını gördük də, çox məyus oldu. Lakin bir səhər tam fərqli bir şey baş verdi.

***

  Günəşin ilk şəfəqləri ilə yuxudan oyanan Helena, özünü çox fərqli hiss edirdi. Gözlərini yavaş-yavaş açmağa zaman, nəfəs ala bilmədiyini fərq etdi. Dənizin dərinliklərində sanki, kim isə onun boğazını əllərinin arasına almış və möhkəmcə sıxırdı. O, nə qədər müqavimət göstərməyə çalışsa da, alınmırdı. Nəfəs ala bilmirdi. Bir tərəfdən nəfəs almağa çalışan Helena, bir tərəfdən də, suyun üzünə çıxmağa çalışır, əllərini suya möhkəmcə çırpırdı. Helena insana çevrildiyi andaca, ölümlə üzləşmiş və həyatla mübarizəyə o andaca başlamışdı. Hələ Helenanın heç xəbəri yox idi ki; "ölməyin ən qorxunc üsulu, məhz suda boğulmaqdır!" ( Dan Browun-Yalan Nöqtəsi kitabından). Helena suyun dərinliklərində çırpındıqca batır, nəfəs borusu sanki, açılıb-yumulur və bu onun sinəsində, möhkəm bir göynəltiyə səbəb olurdu. Necə ki, bu göynəlti, qar yağdıqda, soyuq havanın və qar dənəciklərinin, isti nəfəsimizə təmas edib, boğazımıza daxil olaraq, nəfəs borumuzdan aşağıya doğru sürüşməsi nəticəsində, sinəmizdə yaranan göynəltiyə bənzəyirdi.

Lənətlənmiş Gözəllik #Watty_Aze2016Tempat cerita menjadi hidup. Temukan sekarang