Qapaq ucun tesekkur xpertisapro
" Bu yağış haradan çıxdı?" – deyə deyindi Chris maşını işə salarkən.
" Ümid edirəm, biz göl qırağındakı evə çatana qədər dayanar." – dedi Daniel. " Yoxsa gəzintimizin bir mənası qalmaz."
Dostlar bir neçə həftədir, planladıqları istirahət üçün Danielgilin şəhərdən olduqca uzaqda yerləşən evlərinə doğru gedirdilər. Hər iki tərəfdən sıx ağaclıqlarla əhatə olunmuş yolda irəliləyərkən Jasmine arada hansı döngədən hara dönmək lazım olduğunu xəritədən baxaraq Chrisə deyirdi. Daniel pəncərədən yola baxıb ona az da olsa, tanış gələn mənzərələrə gözünü zillədi. Yeddi ildən çox müddət ərzində bura gəlmədiyi halda ətrafı qismən də olsa, tanıması onu sevindirmişdi. Öndə oturan Chrisin çiyninə toxundu.
" Dostum, qarşıdakı torpaq yola dön."
Chris heç nə demədən surəti azaldıb sağa dönərkən Jasmine əlindəki xəritəyə yenidən baxdı. " Ancaq xəritədə elə yol yoxdur."
Chris çaşqın baxışlarla öndəki güzgüdən Danielə baxdı. " Buna əminsən?"
Daniel başını tərpətdi. " Sənə dediyimi et. Xəritədə olmaya bilər, amma bu yol mənə tanış gəlir."
" Tanış gəlir? Tanrım... Daniel sən yeddi ildən çoxdur ki, bura gəlmirsən." – dedi Amanda.
" Amma əvvəllər tez-tez gəldiyimi də unutmayın." -əlavə etdi. " Ora kəsdirmə yoldur. Həmin yol ilə normalda gedəcəyimizdən bir saat tez çata bilərik."
Chris önündə uzanan asfalt yola və sağında görünən getdikcə hündür ağacların arasında itən torpaq yola baxdı. " Dediyin kimi olsun." Maşını həmin yola sürdü. Digərləri kələ-kötür yollarda maşının silkələnməsi ilə özlərini tullanmamaq üçün oturacaqları bərk-bərk sıxmışdılar. Əslində bunu nəzərə almasalardı, yol heç də düşündükləri kimi deyildi. Bayaqdan dayanmadan leysan gedən yağış artıq sakitləşmişdi. Yaşılımtıl sıx ağacların arası ilə gedərkən üzərində gördükləri kiçik heyvanlar və quşlar, gənclərin gözlərini yoldan çəkməməsinə səbəb olmuşdu və bəlkə də məhz buna görə Danielə içlərində təşəkkür edirdilər.
Gənclər öz aralarında söhbət edərək uzun yollarını qısaltmağa çalışırdılar. Jasminin danışdığı bir əhvalata Chrisdən başqa hamı gülmüşdü, onun fikrinə görə, bu lətifədən çox dram idi. O, insanların başqalarının pis vəziyyətini görüb uğunaraq gülməklərinə heç cürə haqq qazandıra və digərlərinin isə bunu bir lətifə kimi danışmalarını anlaya bilmirdi.
Birdən maşının dayanması ilə Chrisin üz ifadəsi dəyişdi. " Benzin qurtardı."
" Yəni? Bayaqki yerdən almışdın." – dedi Daniel. Chrisdən səs çıxmayınca əlavə etdi. " Chris, sənə az öncəki dayanacaqdan benzin almağını dedim."
" Mən..."
" Sən nə? Tanrım... Almadığını demə..."
" Chris, bütün fikrin qarnını boşaltmaq və yenidən tələsik gələrək o boş yeri doldurmağın yanındadır." – azarladı onu Jasmin.
" Nə üstümə gəlirsiz..." Özünü haqlı göstərməyə çalışsa da, elə olmadığını özü də bilirdi. " Mən düşündüm ki, Daniel özü alacaq."
" Sənə , həqiqətən də, söz tapa bilmirəm." – maşından düşdü Daniel.
" Əla..." Amanda və Jasmin də onun arxasınca maşından çıxdılar.
" Yeriyərək getsək də, benzin doldurma mərkəzinə iki saatdan tez çatan deyilik. Günəş də batmaq üzrədir. Zəng belə etsək, iş vaxtının bitdiyini deyəcəklər." Maşının təkərinə bir təpik vurub söydü.
Jasmin onu sakitləşdirmək üçün əlindən tutdu. " Ən azından bir yoxla."Daniel telefonu götürüb zəng etdi və nəticə düşündüyü kimi oldu.
Chris bir çıxış yolu tapmaq üçün maşından düşdü. Amma meşənin ortasında bir neft quyusu, yanında isə nefti benzinə çevirən bir qurğu olmadığı müddətcə bir çıxış yolu da yox idi.
Chris gözünə sataşan bir qaraltını görüb sevindi. Bunun , həqiqətən də, düşündüyü şey olub-olmadığına baxmaq üçün bir az irəli getdi. Əmin olduqdan sonra geri qayıdıb " orada bir ev var." – dedi. " Bəlkə gedib pul qarşılığında benzin ala bilərik."
Daniel qəzəbli bir səs tonu ilə " elə isə qabı götür, get, al, gətir..." – dedi hər sözü xüsusi vurğu ilə.
Chris qabı götürüb uzaqlaşarkən Amanda da onunla getmək üçün qaçaraq özünü çatdırdı. Chris evin qarşısında durub ətrafa baxdı. Heç kimi görməyincə taxta qapını döydü. Bir neçə cəhdin ardından qapını orta yaşlı bir kişi açdı. Gözünü kişinin kirli üst-başından çəkib istəyini dilə gətirdi. Bu dəfə şansları üzlərinə gülmüşdü. Kişi müəyyən məbləğ qarşılığında istədikləri qədər benzin verərək onları yola saldı. Chris və Amanda qalibiyyət sevinci ilə evdən uzaqlaşarkən kişi arxalarından " burada çox qalmayın. Günəş batmaq üzrədir. Gecələri heç də çöldə gəzmək üçün uyğun deyil." – səsləndi.
" Bizim də burada qalmaq fikrimiz yoxdur." – qarşılıq verdi Amanda.
( HEKAYƏ ÇOX UZUN OLDUĞU ÜÇÜN BÖLƏRƏK BİR NEÇƏ BÖLÜM ETDİM)
YOU ARE READING
SONSUZ GECƏ #Watty_Aze2016
HorrorONLAR ÜÇÜN GECƏ BİTMƏK BİLMƏYƏN BİR SONSUZLUĞA BƏRABƏR İDİ...