SG 7

78 8 0
                                    

Qolunun ağrısını unudan Daniel addımlayarkən birdən bir səs eşitdi. Dərhal dayanıb qulaq asdı. Bir insan səsinə bənzəyirdi. Daha diqqətlə qulaq asdı. Biri ağlayırdı.

Jasmin. Bu Jasmin idi.

Daniel addımlarını surətləndirdi. Korriganın yuvasında idi. Bu düşüncə onu daha çox qorxutdu. Bir anlıq buranın o məxluqdansa, nəhəng bir köstəbək yuvası olmasını dilədi. " Jasmin?"

Ağlama səsi kəsildi. " Buradayam." – dedi qız pıçıltı ilə. " Buradayam."

Sevgilisinin səsi oğlana daha çox ümid verdi. Dərhal səs gələn tərəfə getdi. Məşəl yalnız önünü aydınlatdığı üçün ətrafında nələrin olduğundan xəbərsiz idi. " Jasmin?"

" Daniel? Bu sənsən?"

Jasmin kəsilmək üçün növbəsini gözləyən bir toyuq kimi qəfəsin içində idi. Daniel əvvəlcə təəccüblənsə də, sonradan dəftərdən oxuduğu bir cümləni xatırladı. Bir insan qədər ağıllıdırlar. Bu düşüncə bədənində bir titrəmənin yaranmasına səbəb oldu. Daniel qəfəsə yaxınlaşıb məşəli yerə qoydu. Qapısını açan kimi Jasmine oğlanın boynuna sarıldı. Daniel ağrıdığını bəlli edən bir səs çıxarınca qız geri çəkildi. " Yaxşısan?" Boynundan asılmış qolunu gördü. " Yaxşısan?" – soruşdu yenidən.

Daniel alnını qızın qanlı alnına dayadı. " Mən yaxşıyam, sevgilim." Digər əli ilə saçına sığal çəkib " sən yaxşısan?" - əlavə etdi. " Bir kəsik, ya cırmaq..."

Qız başını iki yana tərpətdi. " Yaxşıyam."

Oğlan azacıq rahatlayıb gülümsədi. " Səni qoruyacağımı demişdim." Dodaqlarına bir öpüş qondurdu, bunun bəlkə də onların son öpüşməsi olduğunu qəbul edərək. " Tələs buradan çıxmalıyıq."

" Digərləri" – dedi Jasmin. " Digərləri də burada olmalıdı."

Daniel o an dostlarını unutduğu üçün özünə lənət oxudu. Bəlkə də bu artıq onların sağ olmadığını düşündüyündən irəli gəlirdi. Məşəli qıza verərək baltanı daha bərk sıxdı. Nəm və buz kimi soyuq mağaranın içərisində dar bir keçiddən keçdilər. Bura az öncəki yerdən daha iri idi. Jasmin ona nəyinsə dəydiyini hiss edən kimi dərhal yerindən sıçrayıb məşəli həmin istiqamətə uzatdı. Gördüyü mənzərə qarşısında gözləri hədəqəsindən çıxacaq dərəcədə bərəldi. Daha çox dayana bilməyib başını oğlanın sinəsinə basdıraraq ağladı.

Bu Chris idi. Başından girərək çənəsindən çıxan əyri bir dəmir ilə havada sallanırdı. Daniel məşəli əlinə alıb sağ olma ehtimalına qarşı daha dəqiq baxdı. Elə o andaca bu fikrin nə qədər bərbat olduğunu anladı. Dostunun sinəsi sümükləri görünəcək dərəcədə parçalanmışdı. Qusmamaq üçün özünü güclə saxlayan Daniel qızın əlindən tutub dərhal onun yanından uzaqlaşdı. Ürəyinə bir yumruq kimi oturan ağrı ilə Amandanın axtarışına çıxdı. Jasmin səssizcə ağlamağa davam edirdi. Buradan canlı olaraq çıxacağına ümidi yox idi, lakin bu baş versə belə, dostunun o görünüşü ömür boyu gözünün qarşısından getməyəcəkdi.

Ürküdücü səssizliyi pozan sızıltı səsləri ilə Daniel və Jasmin bir-birlərinə baxdılar. Bu Amanda olmalı idi. Vaxt itirmədən həmin tərəfə yollandılar. Daniel gözləri açıq bir şəkildə daşa söykənən Amandanı görüb ona yaxınlaşdı. Başını əlləri arasına alıb qucaqladı. " Amanda, yaxşısan?" Amandanın gözlərində bir parıltı yaransa da, qız heç bir cavab verə bilmədi.

Danielin arxasınca gələn Jasmin əlindəki məşəlin işığı ilə oranı aydınlatarkən Amandanın oğlanın sualına cavab verməsinə ehtiyac belə qalmamışdı. Amandanın qarnından aşağıda bir zamanlar orada bir cüt ayağın olduğunu xatırladan heç nə qalmamışdı. Daniel gözündən axan bir damla yaş ilə dostunu öpdü. " Məni ... öldür..." – dedi çətinliklə Amanda. " Öldür..."

Daniel başının üstündə donub qalan Jasminə baxdı

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Daniel başının üstündə donub qalan Jasminə baxdı. " Bunu etməliyik." Yerə əyildi Jasmin. Rəfiqəsini qucaqladı. " Səni sevirəm, Amanda." Amanda güclə göz qapaqlarını qırpıb gülümsədi.

Oğlan yanında bir bıcağın olmasını daha çox istədi o anda. Lakin əlində baltadan başqa heç nə yox idi. Daniel daha çox incitmədən Amandadan geri qalanları yerə uzatdı. Amanda barmağını tərpədərək hazır olduğunu işarə etdi və gözlərini bağladı. Daniel üçün bu hər nə qədər çətin olsa da, dostunun daha çox əzab çəkməsinə göz yuma bilməzdi. Jasminə üzünü digər tərəfə çevirməsini dedikdən sonra baltanı havaya qaldırdı. Ağlayaraq sağ əli ilə bacardığı qədər güclü zərbə endirib qızın başını bədənindən ayıraraq acısına son verdi. Jasmine sevgilisini qucaqladı. Sözlərin belə aciz qaldığı zamanlar vardır, Jasmin məhz o zamanlardan birində olduqlarını bilirdi.

Daniel başını silkələyərək özünə gəlməyə çalışdı. Artıq olanları geridə qoymaq lazım idi, çünki korrigan gəlmədən bu lənətə gəlmiş yuvadan çıxmalı və sevgilisinə verdiyi sözü tutmalı idi.

Ayağa qalxdı. Baltanı əlinə götürüb Jasminin əlindən tutdu. Girintili-çıxıntılı qayalıqların yaratdığı mağaraya baxıb başqa çıxış yeri olmadığını gördü. Bunun üçün geri qayadaraq təsadüfən də olsa, buraya düşdüyü yerdən geri çıxmalı idilər. " Tələs." – dedi səsinin titrək çıxmasından qorxaraq. " Onlar gəlmədən çıxmalıyıq." Jasmin sadəcə başını tərpətməklə kifayətlənib qanlı əlləri ilə göz yaşlarını silərək sevgilisinin yanınca addımladı. Daş mağaradan çıxıb həmin torpaq yerə çatdılar. Daniel düşdüyü yerin nə qədər dərin olduğuna baxdı. Zənn etdiyi qədər deyilmiş. " İlk mən çıxacam. Ətrafın təhlükəsiz olduğundan əmin olduqdan sonra səni çıxardacam. Və buradan cəhənnəm olub gedəcəyik." Qızın alnından öpdü. " Razılaşdıq?" Jasmin yenə sadəcə başını hərəkət etdirdi.

Daniel aşağı əyilib var gücü ilə yuxarı tullandı. Ancaq alınmadı. Dırmaşmaq üçün kifayət qədər hündürə tullanmamışdı. Yenidən cəhd etdi. Yenidən alınmadı. " Lənət olsun."

Jasmin heç nə demədən irəli gəlib bir dizini yerə qoydu. " Belimə çıx." – dedi. Daniel bunu ona heç vaxt etməzdi, bunu qızın özü də bilirdi. " Mübahisə etməyə vaxtımız yoxdur, Daniel. Çiynimə çıx və bu quyudan bizi xilas et." İstəməsə belə, qızın haqlı olduğunu bilirdi. Daniel bir ayağını qaldırıb qızın çiyninə qoydu. Jasmin xəfif bir inləmə səsi çıxartdı. Daniel digər ayağını da qoyub tullandı. Və nəhayət əlini düşdüyü çuxurun çölünə çıxardıb tutmağı bacardı. Qırıq qolu və ayaqları ilə onu əhatə edən torpaqdan dəstək alaraq özünü quyudan çölə atdı. Dərhal qalxıb ətrafına baxdı. Korriganlardan heç bir iz görməyib quyuya yaxınlaşdı. Yerə yatıb əlini quyunun içinə uzatdı. Jasmin əlindəki məşəli bərk-bərk tutub digər əli ilə Danielin qolundan yapışdı. Oğlan bütün gücünü toplayıb qızı oradan xilas etdi.

SONSUZ GECƏ  #Watty_Aze2016Where stories live. Discover now