Onun Qoxusu

88 11 1
                                    

Biz istəmədən aşiq olduq..  Heç düşünmədiyimiz anda..  Eşq bütünlüklə təsadüfdür deyirdilər,  inanmırdım.. Bugün isə o təsadüfü yaşıyıram,  eşqi yaşıyıram..  O ülvi hissi..  Mənimdirmi bilmirəm,  olacaqmı onuda bilmirəm..  Sadəcə bu an onu düşünürək çox xoşbəxt olduğumu bilirəm..  İnanın ki,  bu belə yetir insana..  Qulaqcıqda onun hədiyyə etdiyi mahnı..  Digər yandan qulağımda onun səsi cingildəyir.. Xoşbəxtlik bu olsa gərək.. Zamanın axışına buraxıram özümü..  Səssizcə yatağımda onun yazacağı anı gözləyirəm.. Çünki mən artıq darıxmağın nə olduğunu da öyrənmişəm.. Çox darıxıram, dəlicəsinə onu istəyirəm.. Bugün onun qoxusunu təsəvvür etməyə çalışdım..  Necə ətirdən istifadə edirdi görəsən? Şirin yoxsa daha sərt qoxusu vardımı? Amma nədənsə mən onun ətirsiz sadəcə öz qoxusunu istədim.. Bircə kərə yanında qoxusunu nəfəsimlə içimə çəkə bilsəydim, dünyalar mənim olardı hər halda..

Kəpənəyin YuxusuWhere stories live. Discover now