Bugün gözəl yağışın şahidi olduq.. İldə bir dəfə düşür bu cür yağışda islanmaq imkanı.. O, da rusların pasxa bayramının hesabına.. Amma o yağışdan zövq almıyanlar oldu.. Məsələn küçədə qaçaraq saxlanacaq köşk ya da taksi axtaranlar.. Və yaxud da hava şəraitindən xəbəri olub çantasında çətir gəzdirənlər.. ən sevdiyi kitabı başlarına tutanlarda az deyildi.. Birdə kafelərdə oturub yağışı gördükdən sonra küçəyə axışanlar vardı.. İsti evdən çıxıb başını səmaya qaldıranlar.. Yağış yağarkən Allah dərgasının üzünə açıq olduğunu bilib dua edənlər.. Sevdiyinin əlindən tutub Allaha şükür edənlər.. Xəstə anasını yaxud da atasını
pəncərəyə yaxınlaşdırıb, yağışı seyr etdirənlər.. İlk dəfə yağışla tanış olan körpəsini video lentə alanlarda həmçinin.. Hər şeyə rəğmən yaşanmalı hisslər idi.. Nə xoşbəxt yaşamağı bacaranlara... :)
YOU ARE READING
Kəpənəyin Yuxusu
RomanceHər bölüm də ayrı mövzu var.. Bu hekayədə Sahibsiz sətirlərə şahid olacağsız.. Oxumağa dəyər!..