Göz Yaşı

67 9 0
                                    

Uzun zaman oldu paylaşım etmiyəni.. Ona görə də bu gecə 2 qısa məzmunlu hekayə paylaşacam sizlərlə.. Dəstəyinizi əsirgəməyin.. :)

Göz yaşı, içimizdəki bütün sıxıntıdan bizi qurtaran yeganə şey... 2 damcı axması belə rahatladır insanı... Birdə ağladıqdan sonra geriyə qalan şişmiş, qızarmış gözlər olmasaydı.. Nə çox ağlardıq kim bilir.. Çünki, bilirik biri görsə açıqlama verməliyik.. Halbuki, bir açıqlaması, səbəbi yoxdur... Sadəcə içimiz boşalsın deyə azad buraxırıq damlaları.. Hər dəfəsində fərqli məkanlar seçərik... Günah iş görürmüş kimi eyni yerdə ağlamarıq.. Bu, gecə yarısı bir ağacın yanında da ola bilir, sübh tezdən duşda da, güzgü önündə də, hətta yorğanın altında da.. Dodaqlarıvı biri-birinə sıxıb nəfəssiz qalana qədər ağlarsan.. Bəzən bir səs saxlayar göz yaşlarımızın axmasını, bəzən bir zəng, bəzən də bir pişik miyoltusu.. Zamanla o səslərin hamısında bir məna axtarmağa başlayar insan... Bəli, ağıla belə gəlməyən mənalar yükləyir sırf təsəlli olsun deyə..

Kəpənəyin YuxusuWhere stories live. Discover now