Birinci hissə : 16-cı əsr və gözəl şahzadə qız.

75 5 1
                                    

Jungkook_Sonya bratıma həsr olunmuşdur :D

-Kookie hazırsan?- Jin hyung o biri otaqdan Jungkooku səsləyir.
-Hə hyung, bir dəqiqə.
Jungkook bütün əşyalarını və çamadanı götürüb otağından çıxır. Hamı onu qonaq otağında gözləyirdi. Sonunda hamı hazırlaşandan sonra manager ilə birlikdə maşına minib yola düşürlər. Jungkook qulaqcıqları qulağına taxıb üzünü pəncərəyə çevirir. Bir neçə saatdan sonra maşın airporta çatır. Fanlar hər yerə yığışmışdı.Hamı əşyalarını götürüb qırağı çıxır. Qızların qışqırıq səsləri eşidilir. Bts həmişəki göz qamaşdırıcı gülümsəmələriylə fanlara əl eləyirdilər. Qızlardan bəziləri onları qucaqlamağa çalışırdı,amma ordakı polis və cangüdənlər onları yaxın buraxmırdı. Artıq hava qaralmışdı. Yay olduğuna görə indi də hava isti idi. Bts'in təyyarəsi orda idi. Fanlar son dəfə onların şəklini çəkdikdən sonra oğlanlar təyyarəyə mindilər. Qapılar bağlandı. Oturacaqdakı kəmərlər bağladıqdan sonra təyyarə hava almağa başladı. Jungkook əlləriylə oturacağın qol qoymaqçün olan yerindən yapışdı. Gözlərin bağladı. Və budur təyyarə sabitcə havada uçurdu.
-Hər şey yaxşıdı?- Yanında oturan V soruşdu.
-Hə hyung. -Jungkook gülümsəyib telefonunu cibindən çıxardı.
-Ona hyung deyən təkcə sənsən.- qonşu oturacaqlardan Rap monster qəh-qəhə çəkərək gülürdü.
-hə düzdü ahahaha.-daldan Jimin gülərək Jungkookun oturacağını təpikləyirdi.
-yaaa! Eləmə! -Jungkook öldürücü baxışlarla Jiminə döndərib deyir.
-fanlar olsaydı bilirsən nə deyərdi bu üzünə?-Jimin hələ də gülərək Kookun üzün göstərir.
-Nə?-arxadan Jhope'un səsi eşidildi.
-Oppa you're so sexy~ . -Jimin qız səsi elədikdən sonra hamı gülməyə başladı.
-aniyooo,burda ən sexy mənəm.- Suga arxadan dilləndi.
-yox sən ən swag'sən. - Jin gülə -gülə deyir.
-hə o da düzdü.
-əslində ən sexy mənəm! Yəni bunu bütün fanlar bilir.- V "sexy" üz elədikdən sonra Rapmon gülməkdən yerdə fırlanırdı.
-Yaa! Necə bütün fanlar? Army mənimdi!- Jimin gözlərin qısıb oğlanlara baxdı.
-Nə!?Army sənin ola bilməz çünki mənimdi! Ancaq mənim!- Jhope Jiminə əlindəki yumşaq oyuncağı atdı.
-Onlar məni sevir, məni!- Jin ayağa qalxıb özünü alqışlayır, sonra da aegyo eliyir. -çünki mən ən şirinəm.
-hyung yaxşısan?-suga şübhə ilə ona baxır.
-əlbəttə, amma jungkooka baxın,o heç danışmırda.
-çünki yatıb. - V barmağıyla Kookun yanağına basdı,amma o yatmışdı.
Hamı yenə qısa gülüş attıqdan sonra sakitləşib, kimi öz işiylə məşqul oldu, kimisə yatdılar.
-ah,neynirsən...məncə bununçün tezdi...ah,yaxşı necə istəyirsən...mən həmişə hazıram...
-taehyung o nədi?-Rap monster şübhə ilə Jungkooka baxdı.
-heçnə,yuxuda yenə qız görür yəqin.-V önəmsəməz baxışlarıyla telefonunda twitterə öz şəklini atırdı.

Səhərə doğru artıq təyyarə limana çatmışdı. Bts növbəti dəfə başqa ölkəyə gedirdi. Bu dəfə şirkətin seçimi avropa ölkəsi olan Şotlandiyaya düşür. Burda hava çox vaxt sərin olur,hətta yayda da. Bundan başqa burda qalalar və tarixi abidələr var. Gəldikdən sonra Bts həmişəki kimi işlərini bitirib, qaldıqları yerə gəzintiyə çıxırlar.Kiçik qəsəbədə olsalar da yanlarında Highland adlanan dağlıq ərazi vardı. Sonra isə məlum olur ki, Highland'də ,qala var. Bu qəsrin adı Eilean Donan (Eylien Donan) idi. Bts öz marağı ilə bu qalaya baxmağa gedirlər. Qala böyük olduğundan hərəsi ayrılıb müxtəlif yerləri gəzir. Burda onlardan başqa heç kəs görünmürdü. Qəsr deyəsən atılmış idi. Qrupun maknae'si Jungkook,hyungların olmadığı yerə tərəf irəlləyir. Qarşısına dəmir qapılı otaq çıxır. Qapını açır,bu mirzəmi idi. Qaranlıq və soyuq. Pilləkənlərlə aşağı düşür. Artıq sökülmüş daşlardan ibarət olan koridorlarla irəliləyir.Yerin altı olduğuna görə heç bir pəncərə yox idi. Qaranlıq qatılaşdığına görə telefonunu çıxarıb işıq salır. Getdiyi koridorlar çox qarışıq yerləşirdi."Ümid edirem geri qayıdanda yolu tapa biləm."Deyə düşündü. Koridorlarda bir döngəni də döndükdən sonra qarşısında sökük taxta qapı peyda olur.Qapını açıb açmamaq arasında qalır. Maknae Kook sonunda cəsarətini toplayıb qapının dəstəyini aşağı çəkir.Qapı açılır və o daxil olur.Gözünə işıq vurduğun agörə gözləri qamaşır,bu zaman kimsə ona ilişir və o yerə yıxılır.Jungkook dərhal ayağa qalxır.
-Bax hara gedirsən!Ortada işsiz fırlanma!-əlində padnos olan qulluqçu paltarlı kök kişi deyib keçir.
-Yaa!-Jungkook əsəbi şəkildə ayağa qalxır.
Sonra isə təəccüb içində ətrafına baxır.
O çoxlu adamlar olan böyük ziyafət zalında idi.Hamı nədənsə tarixi kitablarda olan şəkillərdəki kimi köhnə amma möhtəşəm paltarlar geyinmişdi.
-Orkestra,musiqi!-sözləri eşidildi.
Birazdan klassik və sakit musiqi səsi gəlməyə başladı.Hamı bir yerə yığılıb cərgə halında düzülmüşdü.
-Sizlərə 16-cı əsrin ən gözəli olan şahzadə Sonya Anderson'u təqdim etməyə qürur duyuram.
Bundan sonra zalın böyük qapıları açılır,bir neçə qulluqçu ilə birlikdə şahzadə paltarında gözəl və incə qız içəri daxil olur.
Və alqış səsləri eşidilir.
Jungkook heyrətlə olanları izləyir və tək bir şey deyə bilir.-WTF!?

Qız addımlayaraq zalın başında olan taxta əyləşir. Hər kəs onun qarşısında baş əyir.
-Bu gün hamınızın burda olmağı məni sevindirir. Bir il daha sizinlə keçirdim, və 18-ci yaşımı da sizə xidmət etməkdə şərəflə başa vuracam. Məni dəstəklədiyiniz üçün təşəkkürlər xalqım... Beləliklə,ziyafət başlasın.
Daha bir alqış səsindən sonra musiqi sədaları altında insanlar rəqs etməyə başladı. Kookun gözləri şahzadənin üstündə idi. O isə təvəzökarca xidmətciylə danışırdı. Qızın uzun tünd qəhvəyi buruq saçları, qəhvəyi,alov rəngdə gözləri ,gözəl çəhrayı dodaqları, ağ dərisi vardı. Çoxlu insan arasında Jungkookun yenidən birinə ilişib yıxılmamaqçün oradan uzaqlaşmağı qərar verir. Sakitcə zal qapısından çıxıb oranı tərk edir. Dəhlizdə heç kəs yox idi. Jungkook fikrini toplamağa çalışırdı.
-yaxşı,...yaxşı...Aishhh heç nə yaxşı deyil! Mən hara düşmüşəm!? 16-cı əsr? Şahzədə? Xalqım!? Aishhh!!!- Jungkook əlləri ilə başını tutub gözlərini sıxır.
Dəhlizdə tavandan aşağıya doğru uzun və böyük pəncərələrin ətrafında məxmərdən tünd yaşıl rəngdə pərdə vardı. Divarlar daşdan idi. Yerdə isə tün qırmızı rəngsə bütün dəhliz boyu uzanan xalı vardı. Jungkook gizgahlarını ovuşdurduqdan sonra pəncərəyə yaxınlaşır. Bayırda günəş işıqlanıb adamın gözünü deşirdi. Aşağıda çoxlu fayton və atlar vardı. İnsanlar gəlməyə davam edirdi. Qabarıq saç düzümü olan gözəl qadınlar və pencəkdə kişilər.
-doğrudan mən hara düşmüşəm!? Və gecə idi axı. İshhh.
Jungkook pəncərədən gözünü ayırıb dəhliz boyu irəliləməyə başlayır. Qarşısına bir neçə qız qulluqçu çıxır.
-üzr istəyirəm,söz soruşa bilərəm?
Qızlar ona təəccüblə baxıb başlarını aşağı yuxarı bullayır.
-indi neçənci əsrdi?
-eee...16-cı,nolub yaddaşını itirmisən?-qızlardan biri gülərək deyir.
-16!? Zarafat edirsiz? Bəlkə burda tarixi kino çəkilir hə? Nədənsə kamera filan görmədim. Yaxşı gizlədilib,yəqin təbii olmaqcün...?
Jungkook ətrafına yenidən baxdı amma heçnə görmədi. Qızlar isə "bu yəqin dəlidi" baxışları atıb pıçıldaşaraq ordan uzaqlaşdılar.
-kimsə mənə desin ki bu düz deyil! Allahım! Doğrudan! Eeehh!mən bura necə gəlmişəm,bəlkə elə qayıda bilərəm. Bu qapıdan gəlmişəm də...
Jungkook bayaq çıxdığı zal qapısına yaxınlaşıb qapını açıb içəri girir. Eyni zal,eyni adamlar. Yenidən çıxır,və yenə içəri girir,amma heçnə dəyişməyib. Alınmır. Dəhlizə çıxıb koridor boyu addımlayaraq pilləkənlərdən aşağı düşür . Pilləkənlər kiçik və çoxlu idi.
-Çinli aktyorumuz hanı?Səhnə artıq hazırdı. Hara yoxa çıxdı!?- başında ağ parik olan kişi bir neçə adamla sinirli halda danışaraq pilləkənlərdən yuxarı çıxırdı. -Dayanın. -deyib,birdən hamını dayandırdı. -Siz! Bu sizsiz? Bayaqdan sizi axtarırıq.- deyib tez Jungkookun qolundan tutdu və yenidən yuxarı çıxmağa başladılar. -Gedək !
-Nə? Siz kimsiz!! Çinli aktyor? Mən çinli deyiləm! Mən Koreyalıyam.
Amma onlar Kooka qulaq asmayıb onu aparmağa davam edirdilər.
-hə,hə,fərqi nədi ya çinli ya koreyalı,hamsı qıyıq gözdü! Danışmağa vaxt yoxdu,gecikirik. Kralıça və şahzadə bizi gözləyirlər.
Jungkookun vəziyyətinə baxmayaraq bu sözlər onu qıcıqlandırmışdı.
-fərqi çoxdu,dil,görünüş,ölkə,fərqi daha çoxdu.
-ahaha ,hua şi şo hju onlar hamsi belə danışır.- kişi ələ salaraq dedikdən sonra hamı gülməyə başladı.
-yaa!səhvdi! Biz elə danışmırıq.
-mənimçün fərqi yoxdu, tez getməliyik....hmm bu paltar təzə kostyumdu? Heç vaxt beləsini görməmişəm.
Jungkookun əynində qara kurtka altında çəhrayı köynək və cins şalvar vardı.
-umm...həə...təzə...düzün deyin bu kino çəkilişidi?məni burda çəkmək istəyirsiz? Manager hyung heçnə deməmişdi bu haqda. Ümid edirəm Bighi'tlə danışmısız? Yoxsa problemlərimiz olacaq.
-siz nə danışırsız?manager? Bighit? Boşboğazlıq etməyin. Ümidvaram hazırsınız...?
-nəyə?-deyərkən Jungkooku artıq koridor boyunca irəliləyib hansısa otağa saldılar.
Burda çoxlu kostyumlar və maskalar vardı.
-bura haradı?
-səhnə arxası.
Bundan başqa bəzənmiş qadınlar və parikli kişilər harasa tələsirdilər.
-ooh! Bağışlayın!-Jungkooka bir qız ilişib üzr istədi.
-hər şey yaxşıdı.
Jungkook başını qaldırıb qıza baxanda qız gülümsədi. Qızın açıq qəhvəyi rəngdə saçları və göy gözləri vardı. Dodağında qırmızı rəngdə dodaq boyası vardı.
"Woah" deyə Kook beynindən keçirdi.
-çinli aktyor sizsiz?-qız soruşdu.
-çinli?yoox yox,mən...
Sözünü bitirməmiş qızı kimsə çağırdı,və o üzr istəyib getdi.
Qız Kookun yanından keçib getdi. Adamlar harasa tələsirdi. Birdən musiqi səsi gəlməyə başladı,və Jungkooku səhnəyə itələdilər. İşıqlar Jungkookun gözünə vururdu. Amma o buna öyrəşmişdi. Lakin qarşısında taxtda oturan kraliça və şahzədəyə öyrəşməmişdi.

Princess And IdolМесто, где живут истории. Откройте их для себя