Saraya qayıtdıqdan sonra ,hər iki gənc bir-birinin üzünə baxa bilmirdi. Şahzadə Sonya,öz anasının hüzuruna,Kook isə otağına yönəldi. Kook əynini dəyişib,sarayda geydiyi paltarı geyindi. Telefonunu əlinə alıb ekrana baxdı. 18% enerjisi qalmışdı.
-zibil! Neynəyəcəm mən!?
Belə baxanda ,burda Kooka telefon telefon heç lazım olmayacaqdı. Amma o hələ,geriyə necə qayıdacağını düşünür və ümid edirdi. O,geri qayıdmalıydı,daha doğrusu gələcəyə. Yaşadıqları gözünün qabağından keçirdi. Qrup,fanlar,şirkət, konsertlər və mahnılar. Onun həyatı bu idi. Həmişə təkrarlanan proses kimi. Gecədən sonra,gündüzün gəlməsi və yenə gecənin,daha sonra isə gündüzün gəlməsi kimi. Təkrar və təkrar. Amma o, buna o qədər öyrəşmişdi ki,indi bunlar olmadan yaşaya bilməyəcəyini düşünürdü. Bir tərəfdən də şahzadə qızı düşünürdü. "Amma o, adi qız idi. Elələrindən milyon dənə vardı." Jungkook özünü belə təsəlli edirdi. Jungkookun bir hissəsi belə düşünürdü. Digəri isə bu qızın adi olduğunu fikirləşmirdi. O gözəl,və ağıllı,həm də şahzadə idi. Nə də olsa,kim zamanda geri düşüb,belə bir şahzadəyə aşiq ola bilərdi? Bəlkə də bu qismət idi. Geri dönməyə ,yol tapana qədər burda qalacaqdı. İstəsə də,istəməsə də. Sonrasını isə bilmirdi.
Yerdə sərilmiş isti,tüklü xalçaya əyləşdi. Yayda bu çox istilik verirdi. "Bizim evimiz olsaydı,kondisioneri yandırardım.". Beynindən keçirdi. Üstdə olan pəncəyi çıxarıb,köynəyin yaxasını açdı. Pəncərələrdən sərin külək vurub Jungkookun saçlarını dağıdırdı.
Qapı döyüntüsü eşidildi. Jungkookdan cavab gəlməmiş, qapı açıldı və qulluqçu əlində padnosda yeməklərlə içəri girdi. Bu Katy deyildi. Cavan bir sarı saçlı qız idi. Qız ,Jungkookun köynəyinin yaxası açıq olduğunu görəndə tez üzünü o biri tərəfə çevirdi.
-oh,üzr istəyirəm.-qız sakit səslə dedi.
Jungkook tez köynəyin düymələrini bağladı.
-mənim günahımdı. -oğlan saçını düzəlsərək dedi.
-Nəysə, buyurun yeməyiniz.-qız asta addımlarla gəlib padnosu oğlanın yanına buraxdı və gəldiyi yöndə,qapıya doğru addımladı.
-eee,Katy...əvvəlki qulluqçu...o,yoxdu?
-hə,o məşquldur. Sabah Kraliçanın qızları Fransadan qayıdır. Bununçün çox xidmətçilər məşquldu.
-nə? Kraliçanın qızları?-Kook qaşların çatıb soruşdu.
-hə,şahzadə Sofia və Katrin. Bilmirdiz?
-ah,yox.-Kook utancaq təbəssümlə gülümsədi.
-hm...yaxşı. Nəysə,mən də getməliyəm. Sizə nuş olsun.
-təşəkkürlər.
Qulluqçu getdikdən sonra, Jungkook düşüncəli halda yeməyini yeməyə başladı. Günorta heç nə yemədiyi indi yadına düşürdü.
-heç nə olmaz,onsuzda bu yeməklər məni kökəldir.-öz-özünə dedi.
"Demək kraliçanın başqa qızları da var? Onda tək şahzadə Sonya deyil? Bu haqda mənə heç kim,heç nə deməyib... "Səhər açılanda Jungkook səs-küyə oyandı. Tez yatağından qalxıb,pəncərəyə yaxınlaşdı və baxdı. Bir neçə fayton və çoxlu adamlar vardı. Girişin yanındakı faytonun qapıları açılanda,ordan bir qız çıxdı arxasıyca da başqa bir qız. İkisi də gülərək nəisə müzakirə edirdilər. Şahzadələr bu olmalıydı. İkisi də Sonya qədər cavan idi. Birazdan sarayın qapılarında kraliça göründü. Öz göz alıcı yerişi ilə qızlara doğru yönəldi. Qızlar onu görüb sevindilər və qucaqladılar. Deyəsən doğrudan da onlar idi şahzadə. Anası onları bir-bir öpüb qucaqladı. Sonra qapılarda Sonya göründü. Qızın gözləri gülürdü. Hər iki qız ona qaçıb,qucaqladılar. Sonra kraliça və şahzadələr içəri girib,Jungkook nəzərindən itdilər. Jungkook tez işlərini həll edib,hazırlandı. Bir neçə dəqiqədən sonra qapı döyüldü.
-girin.
Qapı açılanda,Jungkook bunun dünənki qulluqçu olduğunu gördü.
-Kraliça sizi səhər yeməyinə çağırır.
-hə,...gedə bilərik.-Jungkook çarpayının yanındakı stuldan qalxıb,qapıya tərəf addımladı.
Dəhlizdə çoxlu adam dolaşırdı. Keçərkən hamı Kooka salam verirdi. O,təəccüblənmişdi. Hər halda insanlar ona ,kraliça ilə münasibəti yaxşı olduğuna görə hörmət göstərirdilər. Lakin,nə vəxt bunu çatdırmışdı. Bu biraz ona qəribə gəlirdi.
Sonunda səhər yeməyi yeyiləcək otağa çatanda,qulluqçu kraliçaya baş əyib harasa getdi. Jungkook da baş əyib otağa daxil oldu. Stolun üstündə həmişəki kimi min cür yemək vardı. Kraliçadan başqa bir neçə adam daha vardı,amma Jungkook onları tanımırdı. Şahzadələr isə yox idi. Jungkook gözlərindəki marağı gizlədib,stol arxasına oturdu. Ona bu haqda danışacaqlar? Yoxsa özü sual verməliydi? Həm də ,bunun Kookla bir əlaqəsi yoxdur. Danışmasalar belə normal olardı.
Qapıdan içəri sevincli halda şahzadələr girəndə hamı ayağa qalxdı. Jungkook da tez ayağa qalxdı. Sonya həmişəki kimi gözəl idi. Parıldayan gözləri isə bu gün daha parlaq idi. Onun sağ və sol tərəfində iki qız durmuşdu. Biri tünd sarı,qızılı rəngdə saçları və mavi gözləri olan qız idi. O, Sonyadan boyca biraz hündür idi. Digəri isə açıq qəhvəyi rəngdə saçları və tünd rəngdə gözləri olan qız idi. O Sonyadan və sarı saçlı qızdan boyca kiçik idi. İkisinində Sonya kimi ağ dərisi vardı. Bacı olduqları açıq-aydın görünürdü. Birinci qızın əynində yasəmən rəngdə,bənövşəyi naxışlarla bəzədilmiş paltar vardı. Qızın uzun və düz saçları belinin ortasına qədər çatırdı. Saçının aralarında bir neçə kiçik hörük vardı. İkinci qızın əynində isə açıq çəhrayı,krujevalı paltar vardı. Saçları çiyninə qədər və dalğalıydı. "Oğlanların onlardan xoşu gələrdi." Fikirləşdi Kook.
-salam!-hamısı salam verib stola yaxınlaşdılar.
-salam.-Kook tətəccüblə dedi.
-tanış olun bu mənim bacılarımdır.-Sonya sevincək səslə qızları göstərdi.-Sofia və Katrin.
Qızlar ikisi də gülümsədilər. Qəhvəyi saçlı qızın adı Sofia,sarı saç qızın adı isə Katrin idi.
-Bu isə Jungkookdur,sarayımızda bir neçə vaxtlıq qalır,və korealıdır. Aktyordur. Və də,...demək olar ki,müğənni.
"Nə aktyor? Mən müğənniyəm,idol!"
-tanışlığımıza şad oldum.-Jungkook baş əydi.
-biz də.-qızlar da baş əydilər. -Sonya sizin haqqınızda məktubda yazırdı. Bizi də maraq tutdu ki, kimsiniz.-qızlar əlləriylə ağızlarını tutub gülüşdülər.
Jungkook təəccüblə qaşlarını qaldırıb Sonyaya baxdı. Qız gözlərini qaçıraraq yerə baxırdı.
-eee...sənin,yəni sizin bacınız olduğunu bilmirdim.-Jungkook hələ də qıza baxaraq söylədi.
-hə,bağışlayın deməmişdim.
-əyləşin. -kraliça gülümsəyərək onlara dedi.
Hamı stol arxasına əyləşib yemək yeməyə başladılar. Stolda olan insanlar qızlarla Fransa haqqında danışıb necə olduğunu soruşurdular.
-fransızların danışığı çox gözəldir.-kök və bığlı bir kişi dedi.-həmişə fransız dilini öyrənməyi arzulamışam.
-hə,bu düzdür. Amma nədənsə mənim ispan dili daha çox xoşuma gəlir.
-hə,İspaniya demişkən. İspanlar İngiltərəyə Müharibə elan ediblər. -sarı saqqalı başqa bir kişi dedi.
-nə?-kraliça təəccüblə ona baxdı. -cənab Jorge,bu doğrudur?
-bəli kraliçam. Bunu dünən qayıtdığım səyahət ərzində gəmiçilərdən eşitmişdim.
-məncə bu doğru ola bilməz.- digər,başında ağ parik olan adam danışdı.-İngiltərədə olanda bu haqda heç eşitməmişəm.
Söhbətlər əsnasında bu kişinin ingiltərəli olduğu Jungkooka aydın oldu. O hamıya qulaq asaraq,susub oturmuşdu. Və halbuki çox adam yeməyini bitirmişdi,onlar yenə də otururdular.
-demək ki,yaxşı qulaq asmamısız.-həmin sarı saqqalı olan kişi kinayə ilə danışdı.
-cənab Jorge,əgər bu belədirsə, və İspaniya ilə İngiltərə arasında müharibə başlasa,biz də qatılmalı olacağıq.-Sonya ciddi üz ifadəsiylə dilləndi.Jungkook bu an ona baxmaya bilmədi. Sonya isə onun baxışlarını görsə də üzünü ona tərəf çevirmədi.
-düzdür,çünki bizim İngiltərə ilə politiki və maddi əlaqəmiz var. -kraliça gizgahalrını ovuşduraraq dedi.
-ümumiyyətlə,İngiltərə onsuz da Şotlandiya ilə əlaqəlidir. Biz qardaş ölkəyik. Və birimizin başına bəla gəldikdə ,digərimiz ona kömək edirik.-səsində eyni ciddiyyəti qoruyaraq Sonya söylədi.
Bütün bunlar Jungkookun,ona bir daha valeh olmasını təmin edirdi. Jungkook danışılanların 80% -ini anlamasa da,o ,da ciddi üzlə oturub,özünü bu şəklin bir hissəsi hesab edirdi.
Bir neçə saniyə boyu səssizlik çökmüşdü. Sonyanın yanında oturan bacısı Katrin, onun qoluna ,öz qoluyla vurub sakitcə deyirdi :
-Sonya,gedək burdan! Mən darıxıram!
Sonya cavabında ona nəisə pıçıldadı. Sonra üzünü qonaqlara tutdu.
-üzr istəyirəm. Düşünürəm ki,biz doyduq. İcazənizlə süfrədən qalxmalı olacağıq. Bəzi işlərimiz var.-deyib o,ayağa qalxdı və gülümsədi.
Hamı razılıqla başını salladı. Daha sonra Sonyanın bacıları da qalxdı və ordan ayrılıb,çıxışa tərəf getdilər. Jungkook onların arxasıyca baxırdı. İndi o birda tək qalacaqdı? Bə bu söhbətlərə qulaq asmalı oıacaqdı?
Yarı yolda Sonya dayanıb üzünü onlara çevirdi.
-Jungkook,siz gəlirsiz!?-o da gələcəkmiş kimi səslə dedi. -sizinlə də işim var!
-nə?...ah,...h-hə? G-gəlirəm!-özünü itirmiş halda stuldan qalxıb baş əydi və şahzadələr tərəfə yönəldi.
Birlikdə qapıdan çıxıb dəhliz boyunca irəliləməyə başladı.
-yoxsa orda qalmaq istəyirdiniz?-Sonya qarşıya baxaraq dedi.
-y-yox,təşəkkürlər.-Jungkook utancaq səslə cavab verdi.
-neçə yaşınız var?-Katrin soruşdu.
-m-mənim?
-hə.
-18,hələ ki.
-uau,siz hələ çox cavansız.-qız gülümsəyərək Sonyaya baxdı.-Sonya kimi.
Bu zaman Sonya Katrinə ölümcül baxışlar atdı. O isə güldü.
-bəs,...sizin neçə yaşınız...var?-Jungkook bu sualı əminsizliklə verdi.
-mənim 19,Sofianın isə 20.-Katrin gülümsədi.
"Hıh,guya siz çox cavan deyilsiz" Jungkook beynində kinayə ilə fikirləşdi.
Onlar harasa irəliləyərək danışırdılar. Jungkookun, heç hara getdiklərini soruşmaq ağlına gəlməmişdi.
-əslində,bizə deyirlər ki,biz artıq evələnməliyik.-qayğılı halda Katrin danışdı.-amma,...evlənməyə adam tapılmayıb.
-əlbəttə,hər həftə saraya elçilər gəlir,müxtəlif ölkələrdən. Amma hər hansı birini seçib qərar verə bilmirik.-Sofia dedi.
-hə,bu düzdür. Deyin görüm,...Koreyada bütün oğlanlar sizin qədər yaraşıqlıdır?-Katrin maraqla soruşdu.
Jungkooku bu söz güldürmüşdü ,amma ağzını əliylə tutdu.
-hə,çoxsu.-səsini ciddi saxlamağa çalışaraq söylədi.
-oh,bəs imperatorun oğlu var? O yaraşıqlıdır?-Katrin növbəti sualı verdi.
-ee...hə,..yəqin ki.-burda Kook,tarix dərsini yadına saımağa çalışırdı.
16 əsrdə Koreyada imperator kim olub,və onun oğlu kim olub? Amma orda kimin yaraşıqlı və ya yaraşıqsız olduğu haqda heçnə yazılmamışdı.
-necə yəni,yəqin ki?-Katrin təəccüblə oğlana baxdı.-bəyəm,siz onu görməmisiniz?
-mən?əlbəttə görmüşəm. Sadecə... hərənin zövqü başqa cürdü,demək istəyirəm. Yəni,mənim fikrimcə kimsə yaraşıqlı ola bilər,başqasının fikrincə isə o, yaraşıqsız ola bilər.-deyib,söhbətdən birtəhər çıxdı.
-ah,doğru deyirsiz.-Sofia başıyla təsdiqlədi.
Onlar addımlayaraq,enli və böyük taxta qapıların qarşısına gəldilər.
-bura haradır?-Jungkook sonunda ağıl edib soruşdu ( :D ).
-mənim otağım.-Sofia sakit səslə dilləndi.
Qapıları açıb içəri girdilər. Jungkook baxışlarıyla otağı kəşfiyyat edirdi. Otaq, ağ rənglərdən ibarət idi. Yerdə boz rəngdə tüklü xalça vardı. Otağın sol tərəfində ,divarın yanında pərdələrlə olan böyük çarpayı vardı. Sağ tərəfdə isə güzgü və oturacaq yeri. Bundan başqa ağ,qalın pərdəli,uzun pəncərə vardı. Pəncərədən okeana mənzərə açılırdı. Pəncərənin yanında stol və stullar vardı. Jungkook heyrətlə okeanı izləyirdi. Uzaqdan kraliyyət gəmiləri görünürdü. Onların necə olduğu tam aydın deyildi. Ancaq böyük ağ yelkənləri və böyük sahəsi gözə çarpırdı.
-xoşuna gəlir?-Sonyanın səsi yanında eşidildi.
Jungkook təəccüblə üzünü çevirdi.
-h-hə.
Sonya gülümsəyib pəncərələri açdı. Sərin dəniz havası otağı bürüdü. Jungkook əllərini pəncərənin altına söykəyib,baxmaqçün başını çıxardı. Nəm hava onun saçlarını uçurdurdu. Aşağı diqqət yetirəndə, nəhəng dalğalar qayalıqlara vururdu.
-bu sarayda...- Jungkook sakitcə sözə başladı.-kral yoxdu? ( var Ahsdjkdd )
-o,...hə.Yoxdur.
Jungkook maraq dolu baxışlarını okean üzərində saxlayıb,susmuşdu.
-o,ölüb. Ona görə də,yoxdur.-Sonya çiyinlərini salladı.
-bağışla.-qıza baxmadan qəmgin səslə dedi.
-nəyə görə üzr istəyirsən? Sənin heç bir günahın yoxdur. O,xəstə idi. Müalicəsi yox idi. Ona görə də öldü.
Jungkook sual vermək istəsə də,bunu eləmədi. Sonya ordan uzaqlaşıb, bacılarının yanına getdi. Onlar xalçanın üzərində oturub söhbət edirdilər. Gəmilərin səsi getdikcə yaxınlaşırdı. Nəm küləkdən,oğlanın saçları dalğalanırdı.
-Jungkook,gəl bizlə söhbət edək.-qızlar onu yanına çağırdı.
"Məni adımla çağırırlar?yaxşı,aramızda məsafə yoxdu".
Jungkook asta addımlarla qızlara yaxınlaşdı.
-otur.-Katrin yerə əlilə vurub oturmasını göstərdi.
Jungkook utanaraq onların yanına əyləşdi.
-bizə özündən,və ölkəndən danış.-Katrin və qızlar maraqla onu izləyirdilər.
-hmmm,nə danışım? Adi ölkədi. Mən də adi adamam."əlbəttə,əlbəttə"
-səncə Sofia gözəldi?-Katrin dedi.
Jungkook bu sualı heç gözləmirdi. Deyəsən Sofia utanmışdı.
-h-hə...-o, əminsizliklə cavab verdi.
-bəs mən?-Katrin özünü göstərdi.
-hə,siz də.
-bəs...Sonya ?-Katrin gülüb dedi.
-Sonya...hə o, da çox gözəldi.-Jungkook yanaqları qızarmış və qaş-qabaqlı Sonyaya baxdı və gülümsədi.
Sonya isə Katrinin qolundan çimdiklədi.
-auch!-Katrin qışqırdı.
Sonra Sonyaya hiyləgər baxışlar atdı.
-yaaaxşıııı...Mənim Sofia ilə bir işim var. Biz hələlik gedək!-Katrin deyib Sofianın qoluna girdi və qalxıb qapıya tərəf getdilər.
Sonya gözlərini bərəldib,Katrinə ölümcül baxışlar atırdı.
-nə işimiz var?-təəccüblü səslə Sofia Katrinə dedi.
-yadında deyil,işimiz vardııı?
-nç,anlamıram.-bu vaxtı Katrin ona qoluyla vurdu və qapıdan çıxdılar.
-heeey!-Sonya onlara qışqırdı.
Jungkook təəccüblə qapıya tərəf baxırdı.
-off,nəysə.-Sonya ayağa qalxdı.
Jungkook da onu görüb utanaraq qalxdı.O,da gedəcəkdi?
Sonya çarpayıya oturdu.
-onlar yəqin məşquldurlar.-Jungkook çarpayının yanındakı divara söykənərək,yavaş səslə dedi.
-bəs necə.-Sonya kinayəli səslə dilləndi.
Sonra qız oturaq vəziyyətini pozub,uzandı. Jungkook özü bunu gözləməsə də, bir neçə saniyə səssizlikdən sonra,o,da qızın yanına uzandı. Səssizlik davam edirdi. Və onlar dənizin duzlu iyini alaraq,quşların səsinə qulaq asırdılar.
-Sevgilin...Sevdiyin var?-Jungkookun cəsarətini toplayıb,sualı səsləndirdi.
Qıza baxmırdı. Nə də,qız ona baxmırdı. Sonya gec cavab verdi :
-Yox...-deyəsən o, da təəccüblənmişdi.
-aydındır...
-bəs sənin?-qız qarşılıqlı sual verdi.
-mənim?...yox.
Yenidən səssizlik yarandı.Jungkook beynində əvvəlki münasibətlərini yadına salıb,müqayisə edir,və hər hansı birinin daha gerçəkçi olduğunu tapmağa çalışırdı.
-Sən kimsən?-Sonya ciddi səs tonunda sual verdi. -Düzünü de.
Jungkookun təəccübdən gözləri böyüdü ,və o, qıza baxdı.
-n-nə? Mən kiməm,deyirsən? Mən...
-hə,...yəni,...demək istəyirəm ki, sən fərqlisən. Millət və dil mənasında yox... Ümumiyyətlə. Sən başqalarına oxşamırsan,...-Sonya uyğun sözləri tapmağa çalışırdı.- düzdü,mən Koreyada olmamışam,və bilmirəm orda necə davranırlar. Amma əminliklə deyə bilərəm ki sən fərqlisən.
Jungkook dərindən nəfəs aldı.
-...hə? Ola bilər...
Sonya yanında uzanan oğlanın əlinə toxundu. Jungkook buna təəccüblənsə də qıza tərəf üzünü çevirmədi. Hər şeyi pozacağını bilirdi. Amma qız ona diqqətlə baxırdı. Jungkook Sonyanın əlini,öz əlinə aldı. Qızın əli soyuq və nəm idi. Bu gərginlikdən idi. Sonya utandığı üçün,üzünü çevirib pəncərəyə tərəf baxırdı. Oğlan isə gözlərini yumub,ağılsız kimi gülümsəyirdi.
Və bu zaman qapılar açıldı,Katrin və Sofia içəri girdi.
Sonya ilə Jungkook əllərini buraxıb,yerlərində atıldılar. Qızlar onlara böyük gözlərlə baxırdılar.
-eee,deyəsən yanlış vaxt gəldik.-deyib Katrin yalandan öskürdü.
Jungkook tez ayağa qalxdı.
-yox,...yox,düşündüyünüz kimi deyil.
-nə düşündüyümüzü hardan bilirsən?-Katrin,bir saniyəlik hiyləgər gülüşlə dedi.
-yox,demək istəyirəm ki,...
-Fərqi yoxdur,kraliça sizi görmək istəyir.-Katrin ciddi səslə söylədi.
-məni?-Jungkook qaşlarını çatdı.
-hə,səni.-Sofia hə mənasında salladı.
Sonya da yataqdan qalxdıqdan sonra,Jungkook, dalıyca da qızlar,kraliçanın hüzuruna yol tutdular. Kraliça taxtda oturmuşdu,yanında freylenlər* ,vəziri,və digər saray xitmətçiləri. Jungkook baş əyib ona tərəf yönəldi.
-buyurun.-Jungkook salam verib, dedi.
Kraliça da gülümsəyib,salam verdikdən sonra danışdı :
-Jungkook, bir həftədən sonra teatr təşkil olunacaq. Bacaracaqsız?
Jungkook artıq beynində ,həmin günü ,qalada,oğlanlardan ayrıldığına görə özünü söyürdü.
-hə,...əlbəttə.-əmin səslə o, dedi.Freylenlər*- Kraliçanın yanında şəxsi qulluqçular,-qadınlar və ya qızlar.
ВЫ ЧИТАЕТЕ
Princess And Idol
FanficMaknae Kook sonunda cəsarətini toplayıb qapının dəstəyini aşağı çəkir.Qapı açılır və o daxil olur.Gözünə işıq vurduğun agörə gözləri qamaşır,bu zaman kimsə ona ilişir və o yerə yıxılır.Jungkook dərhal ayağa qalxır. -Bax hara gedirsən!Ortada işsiz fı...