Üçüncü hissə : Sözsüz o, ecazkar idi.

11 2 0
                                    

Günəşin parlaq şüaları qalın pərdələrin aralı yerlərindən otağa dolaraq onu aydınladırdı. Jungkook əlində yastıq yerdəki xalçanın üstündə yatmışdı. Çiyninə dəyən tələbkar toxunuşlardan oyanaraq gözlərini açdı.
-şahzadə?!-qızı görən kimi tez yerində doğruldu və oturdu.
-yox,nə şahzadə? Mənəm Katty'yəm.-qulluqçu anlamazca oğlanın üzünə baxdı.
-oh,üzr istəyirəm...Bəli?
Qulluqçu qəribə baxışlar attıqdan sonra davam etdi.
-səhər yeməyinə çağırmaq üçün gəldim.
-hm?
-Kraliça sizi masaya dəvət edir. Tələssəz yaxşı olar.
-hə,anladım- Kookie tez ayağa qalxdı.- təşəkkürlər.
Qulluqçu oğlana başdan ayağa baxıb dedi :
-Daha uyğun bir şey geyinməyinizi məsləhət görürəm.-bunu söylədikdən sonra otaqdan çıxdı.
Jungkok saçlarını qarışdırdıqdan sonra aynaya yaxınlaşıb baxdı.
-Zibil! Makiyajım axıb.-gözünün yayılmış qarasına baxıb dərindən nəfəs aldı.
Üzünü yuduqdan sonra yenidən güzgüyə baxdı.
-aah! Çox eybəcərəm! Məni heç kim sevməyəcək!-üzün əlləriylə tutdu. -Yaxşı ,yeniyetmə qızlar kimi davranmağı kəs,hər şey yaxşıdı. -sonra özümə təsəlli verməyə başladı. -amma bu burun nədi,bu burun!?
Jungkook yenidən özünü yatağa atıb yastıqla üzünü qapadı.
-belə onların qarşısına çıxa bilmərəm,yanımda da kosmetikadan heç nə yoxdu. Ok,Jungkook fikirləş...aishhh beynimə heç nə gəlmir. Gecikəcəm. Öf.
Jungkook qalxıb qarderobu açdı. İndi olduğu dövrə aid paltarlar vardı. Onların içindən bir neçəsini geyinib baxdı.
-pff ahahhaha! Bunun şəklini çəkməliyəm. -Jungkook telefonunu götürəndə ekranına baxdı. -nə 31% enerji!? Allahım,bu qurtarandan sonra necə dolduracam!? İndiki dövrdə hələ icad olunmayıb axı!
Sonra Jungkookun beyninə fikir gəldi.
-bunu əvvəl niyə fikirləşməmişdim? Zəng edim oğlanlara burda ilişdiyimi deməliyəm! Ah,ağılsız Kook! Düzdü bilmirəm kim mənə inanacaq,amma bu önəmli deyil.
Jungkook telefonda Jinin nömrəsini tapdı,yığıb ,telefonu qulağına tutdu. Amma yalnızca operatorun səsi gəlirdi.
-Nə!? Siqnal yoxdu!? Lənət olsun! P** parçası! Oh,yaxşı Jungkook,özünü ələ al. Əvvəl axır burdan qurtulacam...yəqin ki.
Əynindəki paltarı düz geyindiyinə əmin olduqdan sonra otaqdan çıxdı. Səhər yeməyinin harda keçirildiyini bilmirdi. Həmin koridorlar boyunca irəliləməyə başladı . Qulluqçu Katty qarşısına çıxdıqda isə tez dedi :
-Kraliça harda yemək yeyirlər?
-birinci mərtəbədə.
-hansı otaq...ee apara bilərsiz? Mən sarayı yaxşı tanımıram,hər yer bir-birinə oxşayır.
-yaxşı,gedək.-qadın üzündə ciddi ifadəni saxlayaraq,Jungkookla irəliləməyə başladı. Sonunda qonaq otağına çatdıqda,Kraliçaya baş əyib ordan uzaqlaşdı. Jungkook da baş əyərək içəri keçdi. Bir neçə yer boş idi. Harda oturacağına qərar verə bilmirdi.
-bura əyləşin.-stol arxasındakı "önəmli" adamlardan biri dilləndi.
Jungkook hə mənasında başını sallayıb onun dediyi yerə oturdu. Bu, həmin adam və şahzadə Sonyanın arasında idi. Jungkook qıza yavaşca baş əyib,utanaraq salam verdi. Sonya da utanaraq qarşılıq verdi.
-gecə necə yatmısız?-Kraliça söhbət başlatmaq üçün danışdı.
Kook şahzadəyə qısa baxış atdıqdan sonra dedi :
-yaxşı yatmışam. Təşəkkürlər.
-yeri gəlmişkən,deməliyəm ki, bu geyim sizə çox yaraşıb. Çox...fərqli görünürsüz.
-ah,çox sağolun.
Jungkook bütün bu vaxtı onun makiyajsız daha eybəcər göründüyünü fikirləşirdi.
-bu gün doğrudan da başqa cür görünürsüz.- şahzadə üzünü oğlana tutub həzin səsiylə dedi.
Daha sonra yaxınlaşıb üzünə diqqətlə baxdı. Jungkook tez geri çəkildi.
-hə,bu makiyaja görədir. Sadec bu gün üzümdə heç nə yoxdur.-utancaq gülümsəməylə güldü.
-makiyaj?-qız anlamazca üzünə baxmağa davam edirdi.-siz makiyajdan istifadə edirsiz?
-ee...hə.
Bu sözdən sonra stol arxasında olan kişilər təəccüblə Jungkooka baxdı.
-kişilərin makiyaj elədiyini bilmirdim.- Kraliça meyvə şirəsini içərək dedi.
-yoox,yox. Sadecə səhnədə üzümüzün daha yaxşı görünməsi üçün.
-yəni insanları bununla aldadırsız?-şahzadə soruşdu.
-hə,hər kim makiyaj istifadə etsə gözəl ola bilər. -digər adam da söhbətə qoşuldu.
-məncə bu ədalətsizlikdi.-başqa bir qadın söylədi.
-hə,məncə də.- onun yanında oturan həyat yoldaşı da danışdı.
Jungkook nə deyəcəyini bilmirdi.
-bunu mən fikirləşməmişəm. Bu ümumiyyətlə əmrdir.-sonunda beyninə fikir gəldi.
-aha,onda başqa məsələ.-hərəsi belə bir şey deyib susdular.
Jungkook rahat nəfəs alıb yeməyə davam elədi. Əlbəttə bu yeməklər biraz yad idi,amma başqa seçimi yoxdur.
Yemək yeyildikdən hamı qalxıb,vədalaşıb getdilər. Jungkook getmək istəyəndə kraliça onu səsləyərək dayandırdı.
-cənab Jungkook.
Oğlan dərhal qadına baxdı.
-bəli?
-axşam vaxtı Sonya xalq arasına çıxacaq...
-nə?- Kook anlamağa çalışırdı.
-başa düşürsüz,sadecə bəzən başqa paltar geyinib saray adamları xalqın arasına qarışır. Onlarda vəziyyətin necə olduğunu,nə hadisələrin baş verdiyini və hakimiyyət haqqında nə düşündüklərini öyrənməkçün. Bu adətən lazımlı şeyləri öyrənməyin ən asan yoludur. Həm də yerli əhali ilə ünsiyyət qurmaq və maraqlı şeylər bilmək olar.
Jungkook başını razılıqla salladı.
-Sadecə Sonyanın tək getməsini istəmirəm. Saray işçiləri isə bir neçə gündən sonra olcaq ball'a hazırlaşır. Onunla getməyiniiz rica edərdim.
Bu sözdən sonra kraliçanın yanında dayanan şahzadə ,anasının qoluna,öz qoluyla vurur.
-Sonya,inan mənə belə daha güvənli olacaq.
-ana,mən tək də gedə bilərəm.
-yox,bilirsən bu təhlükəlidi.
-anaa!
-mənə qarşı gəlmə,dediyimi elə!-deyərək kraliça oranı tərk elədi.
-narahat olmayın,mənə güvənə bilərsiz!-Kook qadının arxasıyxa qışqırdı.
Nə vaxt belə yaxın olmuşdular. Və niyə Jungkook şahzadəyə daya yaxın olmaq istəyirdi.
Sonya ilə Jungkook bir-birinə baxıb utandırıcı səssizliyi qorumağa davam edirdilər.
-görürəm istəklisən?-qız bu sözü deyib Jungkookun ağrılı yerindən vurdu.
Jungkook yanaqlarının qızardığını hiss edirdi.
-y-yox,sadecə kraliça...kraliçanın xahişini yerinə yetirirəm.-baxışlarını qaçırıb,yerə baxaraq dedi.
-inandım.- (irəli Sonik! :D) -nəysə.
Şahzadə də ordan getdikdən sonra Jungkook rahat nəfəs aldı.
Qızın işvəkar səsi hələ də qulaqlarında əks-səda verirdi. Sözsüz o, ecazkar idi.

Günorta hamı yatan vaxt,Jungkook otağından çıxdı. Əlində telefon siqnal tutmağa çalışırdı,bundan başqa bura necə gəldiyini öyrənmək istəyirdi. Telefonla bütün ümidlərini itirdikdən sonra otağında çarpayının üstünə qoydu və bayırdakı axtarışlarına davam etdi. Dəhlizləri keçərək ,pilləkənlərdən aşağı düşdü. Amma gözə çarpan,və ya şübhəli bir yer görmədi. Daş divarlar,taxta qapılar... Beləliklə yenidən otağına qayıtmalı oldu. Axşama qədər heçnə ilə məşqul idi. Sonunda otağının qapısı döyüldü.
-girin.-Kookie başını qaldırıb qapıya baxdı.
Qapı aralandı,bu şahzadə idi.
Jungkook tez yataqdan qalxdı.
-narahat elədim?-qız otağa daxil olaraq soruşdu.-geyinməyiniz üçün paltar gətirmişdim.
-yox,heç də. Elə belə uzanmışdım.
Jungkook yaxınlaşıb qızdan paltarı aldı və təşəkkür etdi. Şahzadə bayıra çıxıb onun geyinməyini gözlədi.
-girə bilərsiz.-birazdan Kookun səsi eşidildi.
-hazırsız? -içəri girib dedi.
-h-hə,bir dəqiqə.
Jungkook aynada özünə baxıb saçını düzəltdi. Sonya bunu görüb qısa gülüş atdı. Oğlan üzünü çevirib Sonyaya təəccüblə baxdı.
-nə?
-heç,heç!-qız gözlərini qaçırdaraq dedi.
-doğrudan?
-haha,sadecə...saçını elə düzəldirsən...
-necə?
-qız kimi.-bunu deyib o,yenə güldü.
-aishh,jinjja!
-nə? Mən sizin dildə anlamıram. Nəysə gedək, əgər "qurtardızsa"?
-hə,gedə bilərik.
Jungkook yatağın yanındakı şkafın üstündən telefonunu götürdü və onlar otaqdan çıxıb getməyə başladılar.
-o nədi?-şahzadə oğlanın əlindəki telefonu işarə elədi.
-bu?ah,heçnə. "Telefonu göstərməliyəm? Göstərsəm nə olduğunu soruşacaq,amma o hələ icad olunmayıb. Bilmirəm bunu eləsəm nə baş verər. Ən yaxşısı lazım deyil." Sadecə oyuncaq.-deyə Kookie cavab verdi.
-hmm,heç vaxt görməmişəm. -qız çiyin sallayıb dedi.
Sonunda addımlayaraq saraydan çıxdılar və faytonlu arabaya mindilər. Jungkook büün bunlara təəccüblə baxırdı. Əsas da Sonyaya . O bu gün kənd paltarı geyinmişdi. Düzünə qalsa belə də gözəl idi. Və bundan başqa özü də kəndli geyimində idi. Sonya üzərindəki baxışlardan narahat olub,yalandan öskürdü. Jungkook tez başqa yerə baxmağa başladı. Fayton getməyə başlayanda,araba yırğalanırdı. Sonya ilə Jungkook qarşı-qarşıya oturmuşdular.
-bu yolların hamar olmamasındandı.-Sonya başa saldı.
"əlbəttə,axı asfaltın nə olduğunu bilmirsiz."
Bir neçə vaxtdan sonra araba dayandı,Sonya bir qolunda səbətlə qapını açıb çıxdı. Arxasıyca Jungkook təəccüblə çıxdı. Burda çoxlu adamlar vardı. Buranın bazar olduğunu anlayanda Jungkookun gözləri daha da böyüdü.
-Mənim adım Elizabeth Skyler'di,başa düşdün?-Sonya üzünü Jungkooka çevirib gülümsədi.
Jungkook itkin şəkildə başını aşağı-yuxarı salladı.
-maraqlı insanlara rast gəlmənin ən yaxşı yolu,bazara getməkdir.-müəllim kimi bir barmağını qaldırıb dedi.
Daha sonra irəliləməyə başladılar. Ətrafda insanlar çoxlu şeylər satırdı. Paltarlar, zavahirat,daş-qaş və qızıllar,ərzaqlar,mətbəx ləvazimatları və s. Həmişə Sonya dayanıb kimləsə nəisə danışırdı. Gülümsəyərək insanlarla söhbət edir,satılıq şeylərin qiymətini soruşur və bəzən də hiss olunmaz şəkildə Kraliçadan söhbət açıb,hakimiyyət haqda soruşurdu. Sonra yenidən yolla addımlayıb ,hansısa köhnə kitab dükanı tərəfə gedirdilər. Onların yanından bir neçə uşaq dəstəsi qaçırdı. Qaçarkən onları itələdilər,və Jungkook qızın üstünə aşdı. Qızın arxasında divar vardı,Jungkook isə Sonyanın üstünə düşməməkçün tez əlini divara söykədi. Sonyanın gözləri təəccübdən böyüdü. İkisi də nə deyəcəklərini bilmirdilər. Jungkook ürəyinin necə sürət aldığını hiss edirdi. Bir-birinin gözünün içinə baxanda sanki zaman dayanmışdı. Jungkook,Sonyanın gözündə milyard ulduzların parıltısını görürdü. Və böyüyən göz bəbəklərində öz əksini. Onu qorxudar deyə heç bir hərəkət eləmirdi. Hətta nəfəsini tutmuşdu. Şahzadə isə oğlanın üzünü indi hər incəlikləriylə görürdü. Oğlanın gözləri o qədər tünd idi ki,göz bəbəyini fərqləndirə bilmirdi. Və qızın üzünün bəyaz dərisinə yanaqlarının qızarmağı rəng qatırdı.
Jungkook bir daha sakitcə qıza doğru uzandı. Sonya gözlərini qapadı. Qızın yarı açıq,çəhrayı dodaqları Jungkookun dodaqları ilə birləşməsinə az qalmışdı. Amma bu an yaxınlıqdan keçən bir neçə adam Jungkooka dəydi,və təsadüfən onları araladı.
-ah,üzr istəyirəm.-həmin adamlardan biri Kooka dedi.
Jungkook yalandan öskürüb cavab verdi:
-hər şey yaxşıdı.
Daha sonra oğlan Sonyaya baxdı.
-gedək...?-Sonya hələ də utancaq olan səsiylə söylədi.
-hə.-Oğlan üst-başını təmizləyib əllərini geyindiyi jaketin ciblərinə qoydu.
Sonya qarşıda irəliləyərək dükana daxil oldular. Masa arxasında qoca ağ saçlı kişi oturmuşdu.
-salam,buyurun.- onların gəldiyini görəndə xırıltılı ,amma xoş səslə dedi.
-salam.-Sonya deyib,qarşılıqlı gülümsədi.
Sonya kitablara baxarkən yaşlı satıcı kitab seçməyə kömək edirdi. "Kitab alacağımızı bilmirdim" düşündü Jungkook. Kitab dükanında işləri bitirdikdən sonra faytonla gəldikləri yerə qayıdıb,arabaya mindilər və saraya qayıtdılar.

Princess And IdolМесто, где живут истории. Откройте их для себя