Alqış səsləri yenidən Jungkookun qulaqlarına dolurdu. Amma o özünü itirmişdi. Nə etməli idi? Rolu nə idi?
Tamaşaçıların oturmaq üçün yerləri səhnənin kənarlarında iki mərtəbəliydi.
-yaah,mənim rolum nədi?-Kook səhnənin kənarında duran işçiyə yavaşca səsləndi.
-oğlan, nə rol? Bu günlük mahnı oxumalısan.
-nə mahnı?
-nə olacaq,sevgi haqqında.
-amma mən...hə yaxşı, sağol.-Jungkook tez təşəkkür eləyib hisslərinə qayıtdı.
Mahmı oxumalı idi. Bunu yaxşı bacarır. "Allahım...nə mahmı oxumalıyam...hmm... bəlkə Lost Stars? Hə,əla fikirdi."
Jungkookun fikrini şahzadə dağıdırdı. O heç vaxt belə gözəl qız görməmişdi. Düzdü gözəl qız görmüşdü,amma bu fərqli idi. Nədənsə şahzadəyə baxanda gözlərində qığılcım yaranırdı sanki. Sonunda şahzadənin gözlərindən gözlərini çəkib fikrini toplamağa çalışdı.
Səhnənin digər kənarında orkestra vardı,və hamı onu gözləyirdi. Onun oxuyacağı mahnının ritminə uyğun çalacaq idilər.
-hazırsız?-birdən kraliça öz məxmər səsi ilə soruşdu.
Qadın da ən az öz qızı qədər gözəl idi.
-bəli...-Kook cavab verdi.
Jungkook gözlərini bağlayıb yavaşca mahnını oxumağa başladı. Hamı ona baxırdı. Hər şey yaxşı idi. O gözlərini açmağa başladı. Ona baxanları indiyənə qədər belə aydın görməmişdi. Hətta qulaq asanlar yerlərində yavaşca başlarını sallamağa başlamışdılar. Orkestra çoxdan ritmə uyğun çalırdı. O özünə gülümsədi. Şahzadənin də ona baxdığını gördü. Qız sehirlənmiş kimi baxırdı. Bu uzun göz kontaktı qızı gülümsətdi. Kook dodağını dişləyib oxumağa davam edirdi. Sonda hamı yüksək səsli alqışlar yağdırdı. Jungkook avtomatik olaraq səhnədə baş əydi.
-əla!-kraliça yerindən qalxıb alqışladı.
Arxasıyca şahzadə də qalxdı.
-bura yaxınlaşın zəhmət olmasa. -Kraliça gülümsəyərək Jungkooku yanına çağırdı.
Oğlanın gözləri təəəccübdən böyüdü. Yanındakı işçi başıyla ged işarəsi verdi. Səhnənin yan tərəfindəki pilləkənlərlə aşağı düşərək Jungkook kraliçanın qarşısına çıxdı. Kraliçanın yanındakı qulluqçulardan biri gözlərin bərəldib ona baş əyməsini bildirdi. Jungkook yavaşca baş əydi.
-adın nədi?-Kraliça əlində şərab olan bokaldan bir qurtum aldı.
-Jeon Jungkook.
-Koreyalısan?
-ah,hardan bildiz. ehem ehem,yəni bəli.
-adından bildim. Səsin çox gözəldi,səni kim öyrədib,yəni müəllimin kim olub?
-əslində səsim əvvəldən yaxşı idi,sonra staj dövrümdə çoxlu məşqlərdən sonra daha da yaxşılaşdım. Debut edəndən sonra da çox şey öyrənmişəm. Müəllimlərimiz çox olub,rəqs müəllimi,vokal müəllimi,dərs keçən müəllimlər.
Hamı təəccüb və anlaşılmazlıqla oğlana baxırdı.
-kxm,nə?-şahzadə danışdı.
"Rapmon hyung demişkən,oh shit! Əgər doğrudan da 16-cı əsrə düşmüşəmsə ,yəqinki indi danışdığım şeylər haqqında onların anlayışı yoxdur."
-demək istədim ki,müəllimim çox olub və uzun zaman ərzində çox şeylə məşqul olmuşam.
-hmm,imperator sarayındansan hə?
"İmperator sarayı? Nə ? Eee...əgər BigHit imperator sarayıdısa,mən də BigHit'dənəmsə..."
-elədi ki, var.
-Mənə çinli aktyor gələcəyin demişdilər. Amma deyəsən nəisə dəyişiklik olub,və mənim xəbərim yoxdur.
Jungkook nə deyəcəyini bilmirdi.
-Nəysə,mən qarşı deyiləm. Geri qayıdanda imperatora təşəkkürlərimi bildirərsiz. Və ölkənizdə baş verən yaponlarla müharibəyə təəssüf etdiyimi deyərsiz. Hələlik isə bizim sarayda qalacaqsınız.
"Nə!? Yaponlarla müharibə!? Aishhh,tarix dərsini yaxşı oxumalıydım."
-hə,əlbəttə.
-Katy,sizi otağınıza qədər ötürəcək.-Kraliça qulluqçuya üzünü tutub dedi.
Jungkook gözlərini şahzadədən ayırıb qulluqçu ilə birlikdə getdi. Uzun dəhlizləri,bəzəkli divarları keçərək,pilləkənlərdən çıxıb böyük ,naxışlı taxta qapının qarşısında dayandılar.
-Buyurun.-qulluqçu qız qapını açıb Kooku içəri saldı və özü də girdi.
Jungkook başını qaldırıb ,maraqla otağın hər santimetrinə baxmağa başladı. Otaq bej və açıq yaşıl tonlarda idi. Eleqant görünürdü. Qulluqçu başdan aşağı Kooka nəzər yetirib dedi:
-təəssüf ki, bizdə sizin paltarlarınız kimi paltarlar yoxdu. Zəhmət olmasa qarderobda olanlarla kifəyətlənin.
-ah,sağol.- Jungkook qıza gülümsədi.
Qız bu təbəssümün qarşısında özünü itirməməkçün vədalaşıb çıxdı.
Qız çıxdıqdan sonra Jungkook özünü yatağa atdı. Başının altındakı başaltılar çox yumşaq idi. Çarpayıdan o biri tərəfdəki pəncərəyə-göyün üzünə baxdı.
"Neynəyəcəm? Hələ də bunun zarafat olmadığına inanana bilmirəm. Belə şey necə gerçəkləşə bilər. Zamanda səhayət? Keçid? Yerdəyişmə? Allahım."
Jungkook olan şeyi fikirləşərək yuxuya getdi. O oyananda gecə yarısı idi. Tez yatağından qalxıb pəncərəyə yaxınlaşdı. Göydə bədirlənmiş ayla bərabər ulduzlar parıldayırdı. Ən parlağı isə qütb ulduzuydu. Yavaş addımlarla otağından çıxıb dəhliz boyunca irəliləməyə başladı. Növbəti döngəni döndükdə kimləsə toqqaşdı.
"Ah ,yenə kiməsə ilişdim!"
-oh,üzr istəyirəm sizi görmədim.-gözəl qız səsi eşidildi.
Jungkook başını qaldırıb şahzadəni gördü. Qızın uzun buruq saçları tökülü idi,əynində isə ağ rəngdə, uzun gecəlik vardı.
-yox,yox. Hər şey yaxşıdı.-Jungkook əynini düzəltdi.
-ah, misye Jungkook?-qız oğlanı görəndə hörmət mənasında baş əydi.
-"misye?" Bəli.- Kook da baş əydi.
-soruşmaq olar,bu vaxtı niyə oyaqsınız?-şahzadə maraqla oğlana baxdı.
-ee...yuxum...yoxdu. "nə yuxum yoxdu? Təzə durmuşam"
-hm,aydındı.
Jungkook soruşmaq istəyirdi "bəs siz?" . Amma bunu hörmətsizlik mənasında başa düşərlər deyə dillənmədi.
-mən də yata bilmirəm. Yuxarı pəncərələrdən ulduzlara baxmağa çıxmışdım. Onlar bu gecə heyrətamizdir.-şahzadə xəyalpərəst görünüşlə əlavə elədi.
-aah...Sonya-sshi,ee,yəni şahzadə Sonya ,sizinlə gələ bilərəm?-utanaraq soruşdu.
-əlbəttə,buyurun. -qız gülümsədi.
Onlar addımlayaraq qalanın yuxarı mərtəbəsinə çıxdılar. Sonra bir otağa girdilər. Burda qurğulara oxşar əşyalar vardı. İçələrində,Kook teleskopu tanıya bildi. Otağın pəncərəsinə yaxınlaşanda burdan səmanın daha aydın olduğu görünürdü. İkisi də stullarda oturub sakitcə ulduzlara baxırdılar. Sonra şahzadə teleskopu götürdü. Özü baxdıqdan sonra Kooka dedi:
-baxmaq istəmirsiz?
-h-hə...-Jungkook utancaq səslə teleskopu özünə tərəf çəkdi.
-bürcləri görürsən?
-aha, ora bax.- barmağıyla göydəki ulduz birləşimini göstərdi.
-oh,şir?
-aha.
-bəs onu görürsən?-qız barmağıyla başqa ulduz toplusunu göstərdi.
-ee...balıqlar?
-yoox,oxatan.-deyib şahzadə başını bulladı.
-əslində mən onu tək buynuzlu ata oxşatdım,amma nəysə.
-nə?-O, oğlana baxıb güldü.
Jungkook də güldü.
Bundan sonra utandırıcı səssizlik çökdü.
-yaxşıı,mən...-Kook necəsə mövzu açmaq istəyirdi.
Şahzadə ilə göz-gözə idilər. Və o, utanırdı. Amma bunda nə isə vardı. Kook qıza yaxınlaşdı,qız da yavaşca başını yaxınlaşdırdı. Oğlan daha da yaxınlaşdıqdan sonra gözlərini yumdu. Ancaq şahzadə geri çəkildi.
-ah,üzr istəyirəm.-qız üzr istəyib aralandı.
-nə?aah,yox ,bağışlayın. Bilmirəm mənə nə oldu.
-önəmli deyil.- deyəsən Sonya da utanırdı.
Şahzadə utanaraq ayağa qalxdı.
-o-onda mən g-gedim...sağolun.
-siz də sağolun.
Sağollaşdıqdan sonra qız getdi.
-aaah! Biabr oldum!-əsəbi halda saçlarını qarışdırdı. -indi mənim haqqımda nə fikirləşəcək!?Aishh! Ağılsız! Ağılsız Jungkook! Of.
Jungkook sakitləşib fikrini toplamaqçün gizgahlarını ovuşdurdu.
"Başa düş,hər qız səni sevmir,və görən kimi boynuna tullanmayacaq. Öf. Axırıncı dəfə belə 6-ci sinifdə biabr olmuşdum. Dərsdə yatıb,sevdiyim qız haqqında sayıqlayanda.Nəysə. Bunu unutmalıyam."
Bir neçə dəqiqədən sonra Jungkook ayağa qalxdı və otağına təərf getdi. Beyni bu fikirlərlə doluykən ayaqları özü ,onu otağına apardı. Yatağına uzanıb ,ordan yenə pəncərəyə baxdı. Daha sonra gözləri özü bağlanaraq yatdı. Sabah onu nəyin gözlədiyini bilmirdi.Səhvlər var bilirəm,sorry. Romantika ilə uzatmaq istəmədim. Bilmirəm bəlkə tez başladı. Nədə olsa sjsjsjs-di. Ahaha.
(bilən bilirㅇㅅㅇ)
ВЫ ЧИТАЕТЕ
Princess And Idol
Fiksi PenggemarMaknae Kook sonunda cəsarətini toplayıb qapının dəstəyini aşağı çəkir.Qapı açılır və o daxil olur.Gözünə işıq vurduğun agörə gözləri qamaşır,bu zaman kimsə ona ilişir və o yerə yıxılır.Jungkook dərhal ayağa qalxır. -Bax hara gedirsən!Ortada işsiz fı...