☁☁

64 2 1
                                    

Dostlarım olduğuna inandırmışdım özümü,həm dostlarım,həm də sinif yoldaşlarım olan doğma insanlar idilər mənə.

Amma sonra başa düşdüm ki, onlar üçün elə deyilmiş. Sadəcə tək qalmamaq üçün "dostluq" qurublarmış,işləri düşəndə istifadə etmək üçünmüş hamısı.

Ehtiyacları olan zaman bütün işimi atıb onlara kömək olduğum halda, çətin vaxtımda biri də vaxt tapa bilmirdi mənə.

Susurdum,dostluğumuza hörmət etdiyim üçün susurdum.Amma sonra başa düşdüm ki, susmaqla hörmətsizlik edirəmmiş,ən böyük pisliyi edirəmmiş özümə.

Zamanımı dəyərsiz insanlar üçün xərcləməməli idim.Özümü arxa plana atmamalı idim.Mən özümü arxa plana atdıqca onlar da məni arxa plana atırmış sən demə.

"Dost"larım sayəsində çox böyük həyat dərsi aldım.Birtərəfli dostluq olmur.Dostluq qarşılıqlı olmalıdır. Bunun əksi olduqda tərəflərdən biri o birini sadəcə istifadə edir.

Olanlar 16 yaşımda dostluğa inamımı itirməyimə səbəb olmuşdu.

Bir gün qarşılaşdığım möcüzəvi bir şey dostluğa inamımı qazandırdı, hər yeni günə başqa gözlə baxmağıma səbəb oldu,içimdəki əsl "Mən"i ,kim olduğumu başa saldı mənə, istəklərimi, xəyallarımı gerçəkləşdirməyə həvəs verdi.

Hər şey bir gecə ilə başladı,o qəribə yuxunu gördüyüm gecə...

Qaranlıqda qaçırdım,təngnəfəs olmuşdum,çətinliklə nəfəs alırdım.

"Bura haradır,niyə hər yer belə qaranlıqdır,mən hara qaçıram,başa düşmürəm"deyə düşünürdüm,bunun sadəcə yuxu olduğunu bilirdim,amma düşünməkdən,həyəcanlanmaqdan və titrəməkdən özümü saxlaya bilmirdim.

Sonsuz qaranlığın içində ikən birdən-birə yerdə kiçik bir işıq aydınlandı və göydə hərlənib səmaya doğru uçaraq orada aypara şəklini aldı və zərif səsli biri "Mari" deyərək adımı çağırdı.O an tam səs tərəfə dönüb "O"nu görəcəkdim ki, buna başqa bir səs mane oldu, başqa nə ola bilərdi axı😑Zəngli saat🔊⏰7:00
Zəngli saatın səsinə yuxudan ayıldım.

İyul ayı artıq 7 gün idi ki,başlamışdı.Yay tətilində idim.Həyatımdakı hər şey həmişəki kimi idi.Dəyişikliklər olmadan monoton keçən tətil günləri.Dostlarıma görə hələ də depressifliyim vardı üzərimdə.Həmin gün oyananda hava gözəl idi.

Gözlərimi güclə açıb zəngli saatı söndürdüm,sonra gözlərimi yumub yuxum barədə düşünməyə başladım:"Axı bu nə ola bilərdi",qəribə gəlmişdi hər şey.Amma yuxum barədə ən çox xoşuma gələn şey 🌙ayparanı görməyim olmuşdu.Uşaqlıqdan bəri aypara 🌒və dolunaya qarşı🌕 sevgim vardı.

Bir müddət yerimdə mürgülədikdən sonra ayağa qalxdım,yatağımı səliqəyə saldım.Valideynlərim bir neçə aylıq istirahətə çıxdıqları üçün evdə tək qalırdım.

Gündəlik işlərimi tamamladıqdan sonra otağıma qayıtdım.Kitab rəfimdən oxumağa kitab götürəcəkdim ki, orda gördüyüm şey məni təəccübləndirdi.

Kiçicik,şirin bir varlıq mənim kitablarımın arasında yuxuya getmişdi ...💤😴💤😴💤😴💤

Kitablarımın arasında mürgüləyən şirin varlıq...

Baxırdım,diqqətlə baxırdım,gözlərimi dəfələrlə yumub açmağıma baxmayaraq yoxa çıxmırdı, bu nə idi,axı nə ola bilərdi,yoxsa mən dəli olmuşdum,başa düşə bilmirdim.

Sonra cəsarətimi topladım və ona yaxınlaşmaq istədim,onu əlimə götürüb yaxından baxacaqdım ki, qəfildən gözlərini açdı.Bayaqdan şirin-şirin yatan bu varlıq gözlərini açanda göstərdiyi baxışları heç də şirin deyildi😒😒süzən gözləri ilə mənə baxırdı.Mən isə o an donub qalmışdım,əllərim ona çox yaxın məsafədə idi,amma havada hərəkətsiz qalmışdı.Mən həmin an həyəcandan nə edəcəyimi bilmirdim,amma o, mənə ürküdücü baxışlarından sonra yenidən gözlərini yumub yatmağa başladı.O an düşündüyüm ilk şey isə"Mən həyəcan içində dəli olacam,amma bundakı rahatlığa bax".

Qəribə vəziyyət idi,sevinməlimi idim, yenidən yuxuya getdiyinə görə,yoxsa yenidən oyanacağına görə qorxmalımı idim,tərəddüd içində qalmışdım.Balaca şirin varlıq, axı ondan niyə qorxmalı idim ki,düşüncələrim bir-birinə qarışmışdı.

O, yenidən yatanda özümü biraz toplamağa çalışdım. Nə olduğunu bilmədiyim varlıq mənim kitablarımın arasında idi və mən də ona baxırdım.Gülməli vəziyyət idi,həqiqətən,o qədər boşu-boşuna baxmaqla nə anlayacaqdım ki, bilmirdim.

Bir saata yaxın heçnə etmədən ona baxdım.Sonra onu əlimə aldım,yastığımın üzərinə qoyub, üstünü kiçik parça ilə örtdüm.O an onu əlimə alanda yenə oyanacaq deyə çox həyəcanlanırdım ,yuxusunu yenə bölmək istəmirdim, amma şükürlər olsun ki, oyanmadı.

Nələr baş verdiyini anlamasam da, boş-boş baxmağın bir şeyi dəyişdirməyəcəyini anlamışdım və buna görə nəsə etməli idim,amma nə...O kiçik varlığın nə olduğunu bilməsəm də, əmin olduğum bir şey vardı: heç nə onun mənim evimdə qonaq olduğunu dəyişdirməyəcəkdi.Nə qədər müddət qalacağını ,ya da tez bir müddətdə yoxa çıxıb-çıxmayacağını bilməsəm də, gördüyüm şeyi gizli saxlamaq və ona yaxşı davranmaq qərarına gəlmişdim.

Onunla göz-gözə gələrkən gördüyüm baxışları məni ürkütsə də, yatarkən aldığı görkəm o qədər şirin idi ki, ona pis davranmağa,qovmağa ürəyim gəlməzdi.

(ilk təsəvvürlərim belə idi, 😅 amma sonraaa...)

Ardı var...

Moonlight  FriendsWhere stories live. Discover now