Selene

39 2 2
                                    

Balaca qonağım yatdığı müddət ərzində evdəki işlərimi gördüm,hətta yemək belə bişirdim.Ev işlərimi gördükcə olanlar barədə düşündüm, səbəb axtarmağa çalışdım ,axırda düşünməkdən əl çəkib
otağıma qayıtmaq qərarına gəldim.

Otağın qapısını açmazdan əvvəl bir az tərəddüd etdim,bir əlim qapının dəstəyində ,o biri əlim çənəmdə düşündüm:

"Birdən oyaq olar,onda ona nə deməliyəm?","Birdən oyaq olmasa,bəs onda nə etməliyəm?" "Uff,gözləməkdən bezdim,bəlkə yuxudan oyadım?","Ya da ki, ən yaxşısı,onunla ünsiyyətə girim,kim olduğunu öyrənim " və başqa bunun kimi fikirlər.

Bir az belə düşündükdən sonra otağın qapısını açıb içəri keçdim.

Bayaqdan şirin-şirin yatan bu balaca "cücə" mənim yastığımın üstündə gülə-gülə tullanırdı.Kitab-dəftərim stolun üstünə,yerə səpələnmiş halda idi.Paltarlarım otağın hər yerində idi:stolun üzərində,stulun başında,döşəmədə,yatağımda,şkafın qapılarında...

O an o qədər əsəbləşdim ki, qapını açmazdan qabaq düşündüklərimin hamısını bir kənara atıb acıqlı halda ona qışqırdım :

- "Mənim otağımda nə edirsən sən!!!!!!"

O, bir anlıq donub - qaldı,gözlərimə kövrəlmiş şəkildə baxdı,əvvəlcə dodaqlarını büzdü,sonra gözləri doldu, bir andaca göz yaşları damla- damla yanağından axmağa başladı .Əvvəlcə yavaş və titrək səslə ağlayan balaca birdən - birə dəhşət baş ağrıdan səslə qışqıra-qışqıra ağlamağa başladı ,sanki körpə uşaq idi qarşımdakı,ağladıqca yanağından süzülən göz yaşları çənəsindən damla- damla düşürdü, bir tərəfdən ağlayırdı,digər tərəfdən də ağladıqca göz yaşlarını bapbalaca şirin əlləri ilə silməyə çalışırdı.

Özümü vicdansız kimi hiss etdim o ağlayanda,axı niyə qışqırdım ona,balaca şirin varlıqdı,necə ürəyim gəldi onun qəlbini qırmağa,özüm də bilmirəm.

Tez bir zamanda onu susdurmalı,könlünü almalı idim,amma nə edim bilmirdim. Yanına yaxınlaşdım,yatağımda oturdum və yastığımın üzərində göz yaşlarına boğulan balacanın başını sığallamağa başladım.

Başını sığallayanda susdu,əllərini gözündən çəkib qızarmış sulu gözləri ilə gözümün içinə baxdı,bir anlıq sükut çökdü və artıq ağlamadığına görə tam sevinmişdim ki,😑😑😑 yenə ağlamağa başladı.

Onu sakitləşdirə bilməyəcəyimi başa düşdüm, buna görə də ayağa qalxıb otaqdan çıxmaq qərarına gəldim.Qapının dəstəyini burub otaqdan çıxacaqdım ki,
arxadan adımı eşitdim: "Mari"

Sanki dejavu yaşayırdım,səs çox tanış gəlirdi,amma daha əvvəl harada eşitdiyimi xatırlaya bilmirdim ,sonra birdən yuxum yadıma düşdü ."Deməli,yuxumda adımı çağıran o imiş? Necə ola bilər axı? Bəs adımı necə,haradan bilir?".Beynimdə çoxlu sual işarələri yarandı,heç birini dəqiq bilməsəm də, bircə şeyi bildim ki, yuxumla bu balaca arasında mütləq əlaqə var və bunun nə olduğunu öyrənməliyəm.

Başımı arxaya çevirəndə balaca yenə mənimlə danışdı: -"Mari, getmə,məni tək buraxma".Mənə bunları deyəndə ağlamaqdan qızarmış gözləri ilə kövrəlmiş şəkildə mənə baxırdı.

Və üzümü arxaya çevirəndə təəccübləndiyim tək şey onun mənlə danışmağı yox,həmçinin biraz əvvəl dağınıq halda olan otağımın bir anda necə belə səliqəli hala düşdüyü olmuşdu ,hətta əvvəlkindən də daha təmiz və aydın olmuşdu hər yer.

O şirin gözlər hələ də titrəyərək gözümün içinə baxırdı,mən isə hələ də onun səsinin təsirində qalmışdım,sanki o zərif, məlahətli səs qəlbimə toxunmuşdu .

Moonlight  FriendsWhere stories live. Discover now