Evə qayıdanda artıq gecə düşmüşdü.
Çox yorğun idim,qolumu qaldıracaq gücüm yox idi.
Yatağımın aşağısıda oturmuş, başımı divara söykəmişdim.Güclə nəfəs alırdım,başım ağrıdan çartlayırdı.Selly isə büzüşüb yastığımın üzərində yuxuya getmişdi.
Başımı ona tərəf çevirib , diqqətlə baxmağa başladım. Səhərkindən fərqli olaraq, bu dəfə yatanda ətrafa işıq saçırdı."Deməli, gecələr yatarkən işıldayır",-deyə öz-özümə düşündüm.
Düşünərkən yavaş - yavaş göz qapaqlarım ağırlaşmağa başladı.Gözlərimi açmağa çalışırdım,amma göz qapaqlarımın ağırlığı imkan vermirdi ki, gözlərimi açım, elə o vəziyyətdəcə yuxuya getdim.
- "Oyan,oyan,tez ol",- səsləri yuxumu böldü,gözlərimi güclə qıyaraq açdım,otağın hər yeri Günəş işığı ilə aydınlanmışdı, parlaq idi hər yer.Selly isə bapbalaca barmaqları ilə yanağımı dartmağa çalışırdı.Hələ də yuxulu olduğumdan gözlərimi bağladım.
Bu an o səsinin tonunu artırmağa başladı,həqiqətən çox başağrıdıcı səs tonu idi.
"Aaayyy,sus da",- deyərək səsimi qaldırdım və gözlərimi açmadan onu əlimə alaraq yatağımın yanında yerə qoydum.
O an susmayacağını bilirdim əslində,amma nəsə edəcəyini düşünməmişdim...
-"Bunu özün istədin"- dedi və birdən - birə özümü boşluqda hiss elədim.O an gözlərimi açdım və təəccübləndim , otağımda tavana çox yaxın idim.Sehirli gücü ilə məni yatağımdan havaya qaldırmışdı.
"Günə otağımda havadan asılı qalaraq başlamaq...hmm.. o qədər də pis deyil"-, deyə düşündüm əvvəlcə, sonra isə
hər istədiyinə göz yummamalıyam deyə düşündüyümdən,- " Nə edirsən, tez ol məni aşağı endir",-deyərək səs tonumu bir az qaldırdım.
-"Yaxşı,necə istəyirsənsə, elə də edərəm",- deyərək qəhqəhə çəkməyə başladı.
Birdən özümü buludların arasında,masmavi səmada tapdım.Yüksək hündürlükdən sürətlə aşağı düşürdüm.
O an nədənsə qorxmurdum, əvvəl- axır məni otağıma qaytaracağını bilirdim.Bu əminlik hissi nə idi, haradan yaranmışdı,yoxsa ona güvənməyəmi başlamışdım, bilmirdim. Bu qədər qısa müddətdə necə oldu ki, inamımı qazandı,hmmm...qəribə idi...
"Öz gücünü və mənə nələr edə biləcəyini göstərməyə çalışır",- deyə düşündüm.
Hündürlükdən düşməyi təcrübə etmək həmişə istədiyim bir şey idi , amma bu qədər maraqlı olduğunu bilmirdim,havanın müqavimətini bütün bədənimlə hiss edirdim, sanki aşağıya doğru irəlilədikcə hər dəfə güclü bir hava təbəqəsini deşərək aşağı enirdim.
Qollarımı yanlara doğru geniş şəkildə açmışdım,amma hava ikən qollarımı hərəkət etdirmək çox çətin idi.
Paltarım, saçlarım hamısı yuxarıya doğru istiqamətlənmişdi,güclü külək səsinə oxşayırdı paltarımın havada ikən hərəkətlənməsindən çıxan səs.
Yarım saata yaxın havada qaldım.
Diqqətimi o qədər vermişdim ki, yüksəklikdən düşərkən hiss etdiklərimə,Selly'nin mənim yaxınımda olduğuna fikir verməmişdim.
Selly paltarımın yaxasından yapışıbmış və başından bəri havada mənimlə bir yerdə imiş.
-"Bu günlük bu qədər bəsdir",- dedi və birdən özümü yataq otağımda havada tapdım.