DMT triptamin ailəsinin ən güclüsü və eyni zamanda dünyanın ən güclü halüsinogenidir. Səbəbi hər nə qədər bilinməsə də çox qəribə təsirlə özünü göstərən bu maddə dmt ilə ən aktiv bölgə olan epifiz vəzdə ifraz olunur. DMT-nin insan üzərində LSD(Dietilamid Lizergin turşusu) təsirinə bənzər təsiri var. Sinir sistəmi olan ya olmayan yer üzərindəki hər bir canlıda tapılan bu maddənin son zamanlara qədər bitkilər vasitəsilə orqanizmə düşdüyü zənn edilərək dmt tərkibli maddələrə qadağa qoyulmuşdu. Lakin sonradan orqanizm daxilində yarandığı öyrənilmişdir. Bəs dmt nə zaman yaranır? Yuxuda(əsasən də rəm yuxusunda) cox az miqdarlarda yaranan dmt yuxunu digər yuxulardan fərqləndirir, beləki açıq şəkildə bir mesaj verdiyini düşündüyümüz və heç zaman unutmadığımız yuxuların hamsı dmt təsirində baş verir. Dmt-nin cox yüksək dozada ifraz olunduğu 2 hadisə daha varki bunlar da doğum və ölümdür. Doğuş zamanı ana da uşaq da dmt təsirində olur. Melotonin hormonuyla bir əlaqəsinin olduğu düşünülür lakin bu hələ isbatını tapmamışdır. Həm şizofrenlər(bədənlərində yüksək səviyədə dmt var) və həm də dmt-ni kənardan qəbul edən insanlar üzərində aparılan araşdırmalarda melotonin və dmt ilə başlayan halüsinasiyalar ilə melotonin olmadan başlayan halüsinasiyalar arasında nəzərəçarpan fərqlər qeydə alınmışdır. Halüsinasiyalar insandan insana dəyişən bir psixoloji nüans olsa da dmt istifadə edərək bu transa girən insanlar ortaq bir fikirdə qərar tuturlar. Bu trans halında olan insanın ətrafı görərək anlamaq xüsüsiyyəti tamamilə dəyişir və insanda qarşısıalınmaz bir 1-lik hissi yaranır. Bu informasiyanın dillə deyilə bilmədiyini izah oluna bilmədiyini yalnızca yoxlayaraq necə olduğunu anlamaq olduğu deyilir. Bəhs olunan trans halında insanın ətrafı anlamaq xüsusiyyəti haqda bu sözləri demək olar : dünya bir müşahidəçinin onu izləməsindən ibarət olan bir illuziyadır. Transda olan insanlar həmin müşahidəçinin mişahidəni anladığı hal kimi qələmə verirlər həmin anları. Trans halında olan insanların hamısı öldüklərindən əmin halda olmaqla yanaşı ölüm sonrası üzləşmənin və bu üzləşmənin də rahatlıqla nəticələndiyini düşünürlər. Bu ölümdən dönən insanların gördükləri işiqlı tunel, və tunel sonunda onları çağıran birini görmələridir. Dmt istifadə edənlər ilk öncələr trans halındaykən öz şüurlarından daha üstün bir şüurla kontakta kəçdiklərini dmt istifadəsi artıqca isə bu şüurun elə öz şüurları olduğunu deyirlər. Şüurun insan beynində olmadığını kənarda bir yerdə olduğunu göstərən təcrübələri də nəzərə alsaq transda olan insanların bu şüurun bu dünyada olmadığını və bu dünyanın da əslində o şüurun bır illuziyası olduğunu iddia etmələri olduqca qəribə gələ bilər. Bu insanlar haqqında bəhs olunan şüurun saf toxunulmaz olduğunu deyərlər. Günümüz səmavi dinlərinə nəzər yetirsək Musəvilikdə Rəbbin İslamda Allahın son adı olaraq keçən bir ifadə vardır ki, bu sözə yəni son ada hər iki dində fərqli baxış prizması var. Beləki Musəviliyə görə bu ad ağızdan çıxan an dünyanın dağıldığını islamdasa bu adı dəyən zaman istədiyiniz şeyin ola biləcəyi haqda fikirlər var. Yəni Bu ad ağızdan cıxarıldığı an bu dünyanı dəyişə yada məhv edə bilərsiz. Hər iki din də bu dünyanın həqiqət olmadığını bir holoqram olduğunu söylər. Dinlərdəki merac, yaradanla, tək olanla birləşmə halı yada buddizmdəki nirvana və s. də bu transın əslində o trans olduğunu göstərir. Bütün pəyğəmbərlərin temporal lop epilepsiyasına bağlı şizofren adlandırıldıqlarını bilirsiniz. Peyğəmbər xəstəliyi olaraq da deyilən bu xəstəlikdəki halüsinasiyaları tətikləyən temporal lop epilepsiyası və bunun da yenə dmt artışı ilə əlaqəli şizofrenik sanrılar olduğu deyilir. Bütün dərvişlər, sufilər, şamanlar, peyğəmbərlər, hamısı eyni şeyləri deyirlər : bu dünya bir illuziya və bir müşahidəçinin buna baxmağından ibarətdir. Yəni əslində biz yoxuq və ya müşahidəçinin imitasiyalarıyıq. Bu qədər danışdıqlarımız bir bilim-kurqu janrında film kimi gəlsə də trans halındakıların bu halın yəni transın əslində deyilə ya da izah oluna bilmədiyini deməkdədirlər. Yəni əslini yalnızca yoxlamaqla öyrənmək olar. Və əslində bu bizə bütün dinlərin son nöqtəsini, çıxış nöqtəsini verir : müşahidə. Bütün dünya bir illuziyadan ibarətdir və bütün dinlər əslində nə qədər fərqli görünsələr də eyni şeyi deyirlər. Fərqli görünmələrinə səbəb bu düşüncənin yəni kainatın bir holoqram olduğu düşüncəsinin fərqli izahlarıdır, səbəbsə az öncə də dediyim kimi bu transın əslində ifadə oluna bilinməməsidir. Bu informasiya izah oluna bilmədikdə də monoteist ya da politeist kimi eqonun daha yüksək qatlarına xidmət edən formalara bürünür. Günümüz dinlərinə ateistlərin də baxış bucaqları bu formadadır. Kiçicik bir hormonun insan həyatına göstərdiyi təsiri umid edirəmki təfərruatı ilə izah edə bildim...