2 üzlü ölüm

64 7 2
                                    

Beynin və ürəyin funksiyalarının dayanması, orqanların çökməsi, sinir sisteminin, metabolizmanın bir daha işə yaramaması...  Ölüm budurmu? Bəli biokimyəvi mənada ölüm budur. Ancaq ölüm bioloji, kimyəvi olduğu qədər eyni zamanda sosial hadisədir. İnsanlar birini bir daha görə bilməyəcəklərini anladıqlarında yas tutarlar ve ölümün yas tutulan tərəfi də elə sosial tərəfidir. Heç kim birinin sinir sistemi bir daha çalışmayacaq deyə yas tutmaz, ya da heç bir cənazə marşı bir daha istilik enerjisi yarada bilməyəcək orqanizm üçün yaranmamışdır. Bu nöqtədən sonra ölümü ələ aldıqda ölüm bir neçə mənanı özünde cəmləyir. Fizioloji, kimyəvi ölümə baxdıqda hər kəsin eyni cür ölmədiyini görürük. Ölüm bir insanın ürəyi dayandıqda üzərinə çökən bir ağırlıq deyildir ( ya da beyni ). Agony deyə bir söz var, agony ölüm iztirabı kimi də tərcümə oluna bilər və ölümə çox yaxınlaşan insanın son anlarında yaşadıqlarını təsvir edir. Yəni ölümünə az qalmış bir xəstə eyni zamanda ölümü bir neçə dəfə yaşayır. Əsas ölümə gəlmədən öncə insan şüurunu bir neçə dəfə itirir, və yenə bir neçə dəfə orqanizmi ölmüş kimi reaksiya verir. Ölümə biokimyəvi aspektden yanaşmadan öncə sosial anlamda ölümün nə olduğunu yaxından incələyək.
İnsanlar sosial canlılardır ve insanların çox çox çox az bir qismi sosial olmamağı bacarır. İnsan həyatı boyu ətrafındakıların onu necə görməsilə yaxından maraqlanır, yəni, sosiallıq bunu gərəktirir. Beyin sosial ağrılara da fiziki ağrılar kimi reaksiya verir. Belə ki, sosial iztirablar beyinde fiziki ağrılarla eyni yeri tətikləyir. Bu da o deməkdir ki, beyin sevdiyiniz birindən ayrıldığınız zaman keçirdiyiniz mənəvi iztirabla normalda qolunuzun qopmasının yaratdığı ağrını eyni qəbul edir. Bu da bu səbəbdən olur ki, insan təkamülü boyunca birlikdə olaraq həyatda qalmış bir canlıdır ve tək qaldığında beyni ona bir şeylərin yolunda olmadığı mesajını verir. Və bu şey insan üçün qolunun qopması qədər dəyərli ola bilir. Bu səbəbdəndir ki, çox yüksək sosial ağrılar yaşayırıq və yenə bu səbəbdəndir ki, insanlar arasında gözdən düşmək bizim üçün bir çox şeydən daha önəmli gəlir. Buna görə ikili münasibətlərdən sonra dözülməz sancılar yaşayırıq və bu sancılar həqiqi ağrıdır. Ölüm o qədər geri döndürülə bilməz prosesdir ki, insanın ölümə göstərdiyi reaksiyaların  sosiallıqla heç bir əlaqəsi yoxdur. Xərçəngi çox irəliləmiş bir xəstənin yaxınlarını ətrafına yığıb danışdığını düşünün, həmin dəqiqə o, qarşısındakıların bundan sonrakı həyatlarından tutmuş üzərindəki yorğanın üzərini örtmə bucağına qədər hər şeyi düşünə bilər. Bir anda xəstəmizin halı pisləşsə, geri döndürülməsi imkansız olan o yola girsə nə baş verəcək? Bu zaman xəstəmiz artıq ətrafındakıları düşünmədiyi, onları görmədiyi və yalnız özü ilə maraqlandığı vəziyyətə gəlir. Bundan sonra məndən başqa heç kim yoxdur dediyi, artıq mənə heç kim kömək edə bilməz düşündüyü o an artıq sosiallıq bitir. Ölüm insan üçün həyatı boyu fərdi yaşamalı olduğu ikinci hadisədir. Doğum anında da eyni şeyləri hiss edirdi və ölüm anında da eyni şeyləri hiss edir. İnsanlar heyatları boyu yalnız 2 dəfə fərdi olurlar.
İndi də ölümün fizioloji olaraq nə olduğuna, şüura necə təsir etdiyinə nəzər yetirək. Ölüm başladığı an cerebral cortex funksiyasını dayandırır və artıq ətrafdan heç bir mesajı ala bilməzsiniz. Kök beyninizde epifiz vəz deyə bir vəz var (pineal gland). Onurğa beyniniz epifiz vəzinizə artıq öləcəyinizi deyər və epifiziniz bu mesajı aldıqdan sonra DMT ifraz edər. DMT normal zamanlarda da ifraz olunmasına baxmayaraq sadəcə iki məqamda ( doğum ve ölüm ) bu qədər yüksək miqdarda ifraz olunur. DMT-nin şüura nələr etdiyi hər nə qədər bilinməsə də şizofren xəstələrin orqanizmlərində DMT miqdarının çox olmağı ve onların ətraf aləmə qapanıq həyat tərzi sürmələri DMT-nin əslində bu dünyayla əlaqəli bir şeylər etmədiyi nəticəsini verir. Şizofreniyası illər keçdikcə artan Louis Wain-in çəkdiyi pişik rəsimlərindən DMT miqdarının  artması ilə ətrafı necə anladığımız haqqında bəzi məlumatlar əldə edirik. Wain-in çəkdiyi pişiklərə baxdıqda öncələr rəsmler normal olsa da DMT-nin zaman keçdikce ( şizofreniyası və bədənindəki DMT miqdarı artdıqca) pişiyin məkan ölçüsünü dəyişməsinə, çəkdiyi pişiklərin məkanlarının yavaş-yavaş yox olub pişiyə daxil olmasına, pişiyin tək bir şəkil almasına və Wain-in ətrafındakı məkanın da pişiyə daxil olduğuna inanmasına səbəb olan təsirini görürük. DMT ətrafı anlama şəklimizi kökdən dəyişməklə, irəli səviyyə şizofrenlərin sosiumla əlaqələrinin bu qədər çətinləşməsinə səbəb olur. DMT miqdarı və şizofreniya arasındakı korrelyasiya təsdiq olunarsa bu ölüm anında hər birimizin şizofren olduğumuzu göstərir və biz bu andan etibarən ətrafı tək bir nöqtə, tək bir şəkildən anlama yoluna giririk. Ölümün sosiallığı bitib fərdiliyinə dönüldükdə o fərdiliyin də əslində təkliklə əlaqəli olduğunu görürük. Bu prizmadan baxdıqda ölüm müşahidəçinin gözündə aynaya baxıbda aynadakının yalnızca bir əks olduğunu, özünün isə bir əks olmadığını anlama anıdır

You've reached the end of published parts.

⏰ Last updated: Sep 12, 2017 ⏰

Add this story to your Library to get notified about new parts!

Universal LogikaWhere stories live. Discover now