Şah-Mat

106 10 2
                                    

- Şah!- deyə bayaqdan hökm sürən sükutu pozmuşdu rəqib oyunçu. Nə etməli, hansı həmləni etməli deyə düşünərkən fikrə dalmış halda fiqurlar aləmində gəzinirdi. Atın nə üçün L hərfi kimi hərəkət etdiyini ya da filin nə üçün dioqanallar üzrə hərəkət etdiyini soruşsaydı alacağı cavab nə olardı görəsən? Hmm... Fizika, bəli bəli fizika. Çox ehtimalki bu suala- bu ki təbii haldır, axı fizika qanunları belədir deyə cavab verərdilər. Bəs gedişlər? Görəsən etdikləri gedişlər haqqında düşünüblər? Görəsən onların etdikləri gedişlərin əslinde özlərindən zərrə qədər asılı olmadığının fərqindədirlərmi? Maraqlıdır bütün fiqurlar şahı qorumağa çalışır lakin niyə? -Çünki mən məğlub olmamaq üçün şahı qorumalıyam... Ancaq şahın qorunmağa ehtiyacı varmı?.. Birinin ölümü ya da yaşamına qərar verə biləcəyim an Tanrı olduğum andır demişdi Ted Bundy. Ancaq şah mənim özümə hardasa Tanrı belə deyə biləcəyim bir meydanda mənim, yəni Tanrının belə öldürə bilməyəcəyi bir mövqedədir... İşlər getdikcə qarmaşıqlaşır. Rəqib mənim şahımı təhdid edə bilər, sıxışdıra(pat) edə bilər, mat edə bilər, lakin öldürə bilməz. Meydanda iki şahın qaldığını fərz edək, yalnız iki şah qalarsa nə baş verər? Yəqinki digər fiqurların gücü çatmır şahı öldürməyə deyə düşünməyə belə dəyməz çünki sona qalan iki şah bir-birinə toxunmaz, bir- birinin yaxınına belə gəlməzlər. Bəs o zaman bu qədər fiquru nəyin uğrunda qurban verdilər? Bəs mən? Hətta mən belə şaha hər istədiyimi etdirə bildiyim halda onu öldürə bilmirəm... Şahı istədiyim kimi idarə edə bilərəm, lakin təhdid altında qoya ya da öldürə bilmərəm... Tanrı obrazında olan "Mən"-i belə idarə edən bir şahı qorumaq... Necə də məzəlidi  deyə düşündü. Meydanda hər fiqur bir-birini öldürə bilər, mənsə hər birini öldürə bilərəm lakin şah istisna... Mən belə ölürəm, lakin şah ölmür. O zaman bu bizim mi oyunumuz yoxsa şahlarınmı? Oyun bitər, məğlub olan belə mən olaram, lakin şaha heç nə olmaz, o yenə öz ordusunu toplayar... Və əgər  qarşı tərəfi silə bilmirsənsə bu savaş niyə?
-Ölümsüzlərin oyunu -deyə astadan pıçıldayaraq növbəti həmləni etmədən sakitcə yerindən durdu və onu bir daha şahmat meydanı üzərində görən olmadı...

Universal LogikaWhere stories live. Discover now