Cazibə Qüvvəsi Haqqında...

158 14 5
                                    

Cazibə qanunu hamımız Newtonun başına düşən alma kimi xatırlayırıq. Əgər, Newtonun bu zaman yerin cazibə qüvvəsini tapdığını düşünürsünüzsə yanılırsınız, çünki Newton o sirli almayla bərabər yerin cazibə qanununu deyil, sadəcə olaraq yerin ayı cəzb etməsilə o almanı cəzb etməsinə səbəb olan qüvvənin eyni qüvvə olduğunu kəşf etmişdir. Yerin cazibə qüvvəsi haqda fikirlər Newtondan öncə də vardı. Yaxşı bəs görəsən bu qanun nədən ibarətdir? İşləmə mexanizmi necədir? İlk öncə bunu deməliyəm ki, az öncəki kimi bir xəyal qırıqlığına uğramaq istəmirsinizsə indiyəcən sizə öyrədilənləri unudun!!! Cazibə qanunu fikri ilk dəfə Isaac Newton tərəfinden ortaya atılmışdır. Newton bu qanunu-qravitasiyanı cisimlərin bir-birini hansısa görünməz bir qüvvə tərəfindən cəzb etməsi kimi qələmə almışdır. Newtona görə çəkisi olan hər bir cisim digər cisimlər tərəfindən az ya çox (məsafədən asılı olaraq) bu qüvvənin təsirinə məruz qalır. İlk baxışdan hər şey normalmış kimi görünsədə bu illuziyaya aldanmaq olmaz. Kosmosa diqqətlə nəzər saldıqda bu qanununun doğruluğunu şübhə altına alacaq suallarla qarşılaşmamaq əldə deyil. Fizikayla az belə olsa maraqlanan insan işığın kütləsinin olmadığını bilər. İşığın kütləsinin olmaması ve eyni zamanda Newtona görə cazibə qüvvəsinə məruz qalmaq üçün müəyyən bir kütləyə sahib olmaq gərəkdiyi şərti işığın kütləsi olmadığı halda qara dəliklərin cazibə qüvvəsinə necə olub da qapıldığı sualını meydana gətirir. Bəli Newton yanılmışdı. Bu suala cavab Einşteindən gəldi. Einştein zaman-məkan vəhdətini ələ alaraq cisimlərin fəzadakı vəziyyətini hər tərəfdən dartılan bir parçanın üzərində yerleşdirilən cisimlər kimi göstərmişdir. Cisimlər kütləsindən asılı olaraq bu parçanı müəyyən qədər əyirlər. Kütlə artdıqca bu əyilmə də getdikcə böyüyürdü. Fəzanın bükülən hissəsinin böyüklüyündən asılı olaraq ətrafdakı cisimlər bu bükülməyə reaksiya verirlər. Bu səbəbdəndir ki, işıq da məsələn günəşin ətrafından keçərkən günəşin fəzada yaratdığı bükülməyə daxil olduğu üçün bu bükülməni təqib edir. Günəşin arxasında olduğu üçün normalda görə bilməməyimiz gərəkən cisimləri işığın günəşin etrafından keçərkən günəşin cazibəsinin təsiri altında büküldüyü üçün onları görmək imkanımız olduğu öz təsdiqini tapmışdır. Qara dəliklər cazibə qüvvəsinin ən çox olduğu yerlərdir, və hətta, o qeder çox ki, qara dəliklər fəzanı bükməklə qalmır, həmdə yerləşdiyi hissədə fəzanı yırtır da. Bu yırtığ haqda paralel aləmlərə açılması və s. kimi fikirlər olsa da doğruluğu hələ təsdiqlənməyib. Qara dəlikləri görə bilməmə səbəbimiz də işığın belə, bu qədər böyük cazibe altında bu yırtıqdan çıxa bilməməsidir. Qalaktikamızın ən böyük cazibə qüvvəsinin, ətrafında güneş sistemi olaraq dövr etdiyimiz bir qara dəlik olduğunu düşünürük. Bu zaman bir sual meydana çıxa bilər ki, bəs bütün kainatı ətrafında dövr eleməyə məcbur edəcək qədər cazibəyə sahib ağırlıqda olan nədir? Kainatın big bangdən meydana gəldiyini hamımız bilirik, lakin CERN-də aparılan təcrübələrə əsasən big bangın necə baş verdiyini və buna əsasən də kainatın bir kütləyə sahib olmadığını deyə bilərik. Beləki big bangdən öncə hər şeyin bir nöqtədə olduğu zaman partlama anında hər şey ətrafa saçılmış kainat genişlənmişdir(indi də genişləməyə davam edir). Kainatı bir şar kimi düşünək : şarın üzərində bir neçə şəkil çəkibdə şərti olaraq kainatdakı her nə varsa adlandırdıqda, şarı doldurduqca bu cisimlərin bir-birindən uzaqlaşdığını müşahidə edəcəyik ki, buna genişləmə deyirik. Hər şey şarın üzərində yerləşirdisə, şərti olaraq şar misalıynan incələdiyimiz kainatın da sadəcə şarın ətrafından ibarət olduğunu anlamaq elədə çətin deyil. Kainatın ya da şarın mərkəzindəsə vakuum şəraitidir. Yəni kainatın mərkəzində heç nə yoxdur və bu səbəbdəndir ki, kainat bir kütləyə sahib deyil. Cazibə düşünülənin əksinə tam olaraq anlaşılmamış bir qüvvədir. Yəni hər an təsirinə məruz qaldığımız halda səbəbi hələ də müəmmalıdır. Higgs bozonu ya da kütlənin özü də deyil, çünki az öncə də dediyimiz kimi bir kütləyə sahib olmayan şeylərdə cazibə təsirinə məruz qalır. Bəs bu qüvvəyə səbəbiyyət verən nədir? Sicim teoremi buna açıqlama verir. Ancaq sicim teoremi əlimizdəki hər kəs tərəfindeşən qəbul olunmuş sabit bir sistem olmadığından dəhşətli bir sualla üz-üzə qalmaqdayıq. Bu sual kainatda izləyə bildiyimizdən başqa nələrinsə olduğunu qəbullanmağa məcbur edir bizi. Müşahidə apara bilmədiyimiz nələrinsə olması ile əlaqədar olaraqsa bəzi şeylerə təsir edə bilmirik. Müşahidə apara bildiyimiz hissə çox kiçik olduğundan kainatın izleye bilmədiyimiz yerlərində burdakı qanunların keçməmə ehtimalı da var. Lakin bir şey dəqiqdir ki, o da cazibə olmadan həyatın olmayacağıdır. Cazibəsiz şəraitdə insan əzələləri əriyər, sümüklər həssaslaşar ya da qanı bu cazibə qüvvəsinə uyğun olaraq nasoslayan ürək zəifləyər.

Universal LogikaWhere stories live. Discover now