Səssiz İfa~♪♪~

212 31 27
                                    


Dərsə daha da gecikməmək üçün addımlarını bir az daha sürətləndirməli oldu. Sinifin qapısının önünə çatdıqda içəri girmək üçün əlini qapının dəstəyinə doğru aparsada çox keçmədən əlini geri çəkdi. Buna səbəb isə qapının yanında olan lövhədən asılmış elan idi.

Vərəqin ən başına böyük hərflərlə "Konsert" , aşağıya isə konsertdə iştirak edəcək tələbələrin ad və soyadları yazılmışdı.

Təbii ki, konsertdə iştirak edəcək hər tələbə kimi, o , da konsertdə iştirak edəcəyindən xəbərdar idi. Yəni adının bu siyahıda olmasından adı kimi əmin idi. Lakin yenə də baxmaq istədi.

Gözlərini kağızın üzərində yuxarıdan aşağıya doğru gəzdirsə də oxuduğu adlar içində öz adını görə bilmədi.

Bütün diqqətini toplayıb siyahını yenidən nəzərdə keçirdi. Yenə də uğursuz alınmışdı axtarışı.

Artıq onuncu dəfə idi ki, siyahını nəzərdən keçirirdi. Demək olar ki, bütün iştirakçıların ad və soyadını əzbərləmişdi. Lakin öz adını hələ də tapmamışdı.

Əvvəlcə bunun gözlərinin ona oynadığı oyun kimi düşünsə də, sonra, siyahı hazırlanarkən bir yanlışlığın olduğu qərarına gəldi.

Bu fikir onu bir qədər sakitləşdirsə də içindəki narahatlıq get - gedə böyüyürdü. Bu əlində tutduğu əsəri barmaqları arasında burmağından anlaşılırdı.

Nəhayət, boş-boş vərəqə baxmağın heç nəyi həll etməyəcəyini anlayıb elan lövhəsinin qarşısından çəkildi. Böyük həyəcanla az öncə qarşısında durduğu sinifin qapısın açıb içəri daxil oldu

-Salam, müəllimə. Konsertin elanında adımı görə bilmədim. Deyəsən, adımı yazmağı unudublar.

-Salam. Yox, unutmayıblar. Təəssüf edirəm, amma sən bu konsertdə çıxış edə bilməyəcəksən.

- Necə yəni? Keçən dərs gözəl , hətta mükəmməl ifa etdiyimi söyləmişdiz, elə siz özünüz.

- Əlbətdə ki, ifana söz ola bilməz. Ancaq bu ifanla bağlı bir şey deyil. Geyimin, yəni hicabın səhnə üçün uyğun deyil.

Son cümləni eşitdikdən sonra bayaqdan bəri əlində bir təhər etdiyi əsərə verdiyi işgəncəni dayandırdı. Gözlərindəki həyəcan artıq sönmüşdü.

İki qaşını da yuxarı qaldıraraq dodağını bir-birinə sıxdı. Yanaqları bir qədər hava ilə dolmuşdu. Yanaqlarındakı havanı buraxaraq "Təxmin etməliydim..." dedi.

-Hər kəs konsertdə çıxış etməlidir deyə bir şey yoxdu. Sən də mən də bilirik ki, çox gözəl ifa edirsən. Üzülmə ... İstəsən qonaq kimi gəlib izləyə bilərsən konserti.

-Yox, üzülmürəm. Alışdım artıq- üzünə suni bir gülümsəmə yerləşdirdi. Daha sonra əlavə etdi ;

-İcazənizlə artıq mən gedim.

-Buyur, gedə bilərsən.

Otağı tərk etdikdən sonra ilk işi ən yaxınında olan zibil qutusunu tapmaq idi. Çox keçmədi ki, istəyinə nail oldu. Bu gün barmaqları arasında çox yorulmuş əsərə son zərbəni onu zibil qutusu ilə tanış etməklə vurmuş oldu.

Gözlərində dərin kədər, dodaqlarında saxta təbəssümlə "Yadımda saxladım, vaxtım olanda bunun üçün ağlayacam. Sağol, dostum..." dedi, zibil qutusuna baxaraq.






Səssiz İfaWhere stories live. Discover now