Həyatımızın necə və nə vaxt dəyişəcəyi heç vaxt bilinməz . Hər şey çox gözəl olduğu bir anda həyatın yerlə yeksan olar . Ya da viranə bir haldan birdən birə cənnət məkanına düşərsən . Atam tərəfindən qovulmuş , onun tərəfindən sahib çıxılmışdım . Evimiz gözdən itdi . Piyada gəzmək istəmişdim . Tanımadığım ,adını bilmədiyim bir küçədə düşdük maşından . Küçə soyuq , qaranlıq , sakit idi .
- Hə cənab daş dövründən qalma adam buraxın əlimi . Sən də necə həvəslisən ey əlimdən tutmağa .
- Bir , mən sənin əlini tutmadım , sən özün məndən yapışdın . İki , mənim həvəsli olduğum şeylərə sənin yaşın çatmır .
- Telefonunu verə bilərsən ? Məlum mənimki generalda qaldı . Hüseyinlə danışmaq istəyirəm .
Bir neçə çağırışdan sonra qarşı tərəfdən cavab gəldi .
- Alo Toğrul ? Nəsə problem var ? Bu vaxt xeyir olsun ?
- Hüseyin ....
Nə deyəcəyimi bilmədim . İnsan necə deyə bilərdi ki " Atam evdən qovdu , sadəcə əmrləri düzgün yerinə yetirmədiyim üçün həm də "
- Sofi ??? Sən ... Hardasan gəlirəm yanına.
- Boynu bükük tərk edilmiş hansısa küçədə .
- Bədbəxt olanda belə xoşbəxt rolunu oynamaq üzrə sənə tarixin ən yaxşı qadın aktrisası mükafatına layiqsən . Şəhzadəm .
- Rolumuzu ən yaxşı şəkildə həyata keçirmək borcumuzdur Hüseyinim . Mən sənə olduğum mövqeni göndərəcəm . Gələndə danışarıq .
Ən pis , ən çıxılmaz və ümidsiz halda yanınızda olacaq biri varsa siz seçilmiş insanların siyahısındasız . Üstəlik bu insan ailəndən biri isə sənin şansın iki dəfə çox gətirib dünyada . Zaman bəzən axıb getməz . Dayanar. İndi olduğu kimi. Zaman niyə dayanmışdı ? Hər şey gözəl olduğu halda su kimi axıb gedir, ancaq nələrsə yolunda olmayanda buz kəsilər vaxt . Buz kəsilib bizi kəsir zaman. Şaxtada yalın ayaqla gəzməyə məhkum kimsəsiz uşaqlar kimi ortada qalırıq. Zaman bizə mehriban düşmən idi. Bəlkədə biz zaman və məkan anlayışının içində məhv olmuşduq. Küçənin sakitliyi tənhalığı insanın üzünə vururdu . Atillatoğrul məndən arxada dayanmışdı. Sanki içimdəki müharibəyə qarışmaq istəmirdi . Bir müddət sonra sakitliyi avtomobil səsi pozdu. Hüseyin gəlmişdi.
- Şahzadəm ...
- Hüseyinim...
Qucaqladım . Varlığını hiss etdim . Qollarından güc alırdım . Bir kiçik nəvaziş belə bir qadını xoşbəxt edə bilər. Əgər düzgün insandan və doğru zamanda gəlsə bu qayğı . Şanslı idim . Ata , ana , dost sahibi olmamışdım , ancaq Hüseyin həm atam ,həm anam həm də dostum qardaşım olmuşdu . Və sırf bunun üçün Tanrıya milyonlarla dəfə təşəkkür edirəm .
- İndi gözlərini yum . Kiçik bir süpriz var sənə çatacaq .
- Yaxşı ... Bir az tez ol , maraqdan öləcəm yoxsa .
- Aha , buyur . Yavaşca üç addım qabağa gəl , və aç gözünü .
- Hüseyin ... Sən ... Sən tanıdığım ən ən ən möhtəşəm insansan . Səni fəza boşluğu qədər çox sevirəm .
Yerə salınmış kiçik süfrə , üstündə jelibom , 2 butulka pivə ,1 şokoladlı süd və bir neçə kinder yumurtaları var idi . Bu insan məni xoşbəxt etməyi hər zaman bacarmışdı . Aşağı oturmaq istədim .
- Şahzadəm bu süfrə arxasında oturmaq üçün bir neçə şərti yerinə yetirmək lazımdır. Əvvəlcə gülümsəmək , daha sonra bütün problemləri bir müddətlik unutmaq . Və sonda kiçik öpücük . Şərtlərə əməl etdikdən sonra otura bilərsən .
Bütün şərtlərə əməl etdikdən sonra soyuq , tənha , sakit və qaranlıq küçənin ortasında açılmış süfrə arxasında oturduq . Hüseyin və Atillatoğrul pivənin dadından zövq alırdılar . Ancaq onlar əsl həzzin şokoladlı süd olduğunu bilməyəcək qədər dünyadan bixəbər idilər . Hüseyinin telefonundan sevdiyim musiqi parçasını açdım . Teoman " Eylül akşamı " söyləyirdi . Mahnı çox romantik və xoş təsir göstərirdi mənə . Qar çoxdan dayanmışdı . Yerində insanı kəsən soyoq qalmışdı . Heç nə olanları yaddan çıxarmağıma kömək olmurdu . Bələkdə Hüseyin mənə tanrı tərəfindən göndərilən mələk idi . Hər zaman məni qoruyan , yanımda dağ kimi duran qoruyucu mələk . Körpə uşaq tək qayğıma qalırdı .
- Şəhzadəm , bilirəm , rəqs üçün yolun ortası çox mənasız yerdi ancaq əfvinizə sığınaraq sizi rəqsə dəvət edirəm .
- Sizin kimi centlmenə yox demək Amerikada tox oturub Afrika üçün ağlamaq qədər ədalətsiz olar .
Musiqi ikinci bəlkə də üçüncü təkrarını edirdi . Rəqsimiz hələ də davam edirdi .
- Şahzadəm indi danış , səni bu qədər qəmgin edən səbəb nədir ?
- General məni cəzalandırmaq üçün evdən qovdu , qərarına qarşı çıxdıqda vurmağa cəht etdi , Atillatoğrul olmasa hər halda indi döyülmüş vəziyyətdə hardasa olardım . Üstə gəl Atillatoğrul işdən çıxdı , mənim pul qabım , telefonum da cənab Bədəlbəyli də qaldı .
- Sən ciddi sən ?- Təbiki .
Hüseyin əsəbi şəkildə məndən ayrıldı .
- Bu dəfə onu öldürəcəm . Nə istəyir bizdən ? Niyə axı ? İnsan olmaq bu qədər çətindir ? Valideyn olmaq ? Onu indi heç kəs əlimdən ala bilməz !
- Hüseyin sakitləş . Heçnə etməyəcəksən ona , hətta o , həyatımızda yox kimi davranmalıyıq .
- Sənə zərər vermədi ki?
- Yox Atillatoğrul sağolsun .
Hüseyin sakit təbiətli insan idi . Çox nadir hallarda səsini yüksəldər, əsəbləşərdi . Onu öldürməyi məndə çox fikirləşmişdim , uşaqlıqdan bu yana , ancaq hər dəfə fikrimdən daşındım . Çünki cənab Bədəlbəyli ölümə belə laiq deyildi ...
_________________
Qeyd : Qaranın göy qurşağını oxuyan hər kəsə təşəkkür edirəm. Oxuyub fikir bildirməyi unutmayın . Əlimdən gəldikcə tez yeni bölüm hazırlayacam . Hələlik.