Qəlbiniz qırılıb uşaq kimi ağlamaq istədiyiniz məqam olub heç ? Hönkürtü ilə avazınız çıxana qədər ağlamaq ? Yada bu qədər pis vəziyyətdə olarkən boğazınızda yaranan düyünü udmağa cəht etmisiz ? Bir neçə dəfə mən cəht etmişəm . İndi də cəht etdim və bacardım . Onun kimi daş dövründən qalan adam üçün bir damcı göz yaşı axıtmağa dəyməz . Evə qayıtmaq lazım idi . Ancaq bir dəqiqə , mən niyə eve qayıdıram ki ? Yenidən yuxarı qalxdım . Qapının zəngini basdım .
- Nə var əl çək də .
-Mənə bir dənə bıçaq ver .
- Niyə öldürməyi düşünürsən məni ???
-Yox sadəcə lazımdı .
-Yaxşı gözlə .
Bir az sonra daş dövrünün qədim nüsxəsi əlində bıçaq ilə yenidən qapıya geldi . Sakitcə götürdüm bıçağı . Yerdə oturdum . Tortu qabağıma çəkdim. Şamları yenidən yandırıb dilək tutdum . İlk dəfədən hamısını keçirməyi bacardığım üçün özümü alqışladım. Atillatoğrul dəli görmüş kimi baxırdı mənə. Ama bu mənim vecimə də deyil.
-Sən nə edirsən axı ?
- Tort kəsirəm gözlərin görmür sənin ?
- Bunun hamısını sən tək yeyəcəksən ???
- Hə . Bəs necə . Mən bu şokoladlı xoşbəxtliyə düz 60 manat pul vermişəm . Bunu atası deyiləm .
-Hamısını tək ?
- Hə sənin deyəsən qulaqlarında ağır eşidir . Bayaq dedim axı . Hə hamısı tək mənim . Heç kəsə olmaz .
- Bəs sən bilmirsən ki , eşqin gözü kor qulaqları kar olur ?
- Eşqin də özün kimi xəstədir .
İlk dilimi kəsdim . Çox dadlı idi . Şokolad və kakao birləşdiyi zaman möhtəşəm olur . İkinci dilimi də kəsdim . Ancaq qapıda dayanıb mənə baxan daş dövründən qalan adama yenədə təklif etməyi düşündüm .
- Gəl bax senin üçün alınıb bu ən azından dadına bax .
- Əslində yeməzdim bundan ama sırf səni düşündüyümdən . Sonra kilo alıb evdə qalıb eliyərsən . Keç içəri . Bura soyoqdu .
- Yox istəmirəm . Bura əladır .
İçəridən iki boşqab və çay gətirdi . Yanımda oturdu . Bir müddət sükutdan sora dilləndi .
- Necə öyrəndin bunu ?
- Xatırladıram cənab Cavadzadə atam və qardaşım güc strukturlarının nümayəndələri . Mən isə hüquqşünas . Nəyisə tapmaq çətin deyil heçdə .
-Bəs niyə qayıtdın ? Getməyini istəmişdim .
- Getməyimi istəsəydin indi burda yanımda oturmazdın .
- Qayıdacağını bilirdim .
Susdu. Susdum . Sorucmaq istədiyim suallar var idi alacağım cavablardan qorxduğum . Ancaq qorxu hec neye kömək etmir . Ən sadə sualda cəsarətimi topladım .
- Ad gününü nə üçün qeyd etmirsən ?
- Sənə nə ?
- Bir suala sualla cavab vermirlər . İki bu bir cavab deyil .
- Çünki mənasızdır ad günləri . Doğulmaq ya da ölmək . Bu dünyada olan hər kəsin başına gələn təbii prosesdir . Yaşamaq üçün hər kəs doğulur , yaşayır və ölür . Bunu məxsusi olaraq qeyd etməyi gərək duymuram .
- Sənin fikrincə doğulmaq və ölmək mənasızdır ?
- Yox Sofi sadəcə yaşamaq mənasızdır , kimisə ehtirasının və şəhvətinin qurbanı olmaq mənasızdır . Bir neçə müddətlik zövqün qurbanı olmamalıdı uşaq . Uşaq sevgidən əmələ gəlməlidir . Hə bax əgər sevgidən dünyaya gəlmisənsə yaş günüdə yas günüdə keçirtməyə dəyər .
- Başa düşdüm . Bağışla .
- Tort dadlı idi . Təşəkkür edirəm . Bəs o kutuda nə var . Saat ?
- Yox .
Düşünmədən atdığım addım onu sevindirmək əvəzinə kədərləndirmişdi . Artıq heç nə soruşmağa gərək yox idi . Gözlerim yavaş yavaş örtülüdü . Əngəl olmaq istəsəmdə yuxu mənə qalib gəlirdi . Səhər telefonun səsi ilə oyandım. Ətraf tanış deyildi . Tanış olan tək şey o qoxu idi . Saata baxdım . 06 : 30 Zəng edən Hüseyin idi .
- Alo Hüseyin sabahın xeyir .
-Nə sabahın xeyir Şəhzadə ??? Sən bu vaxt hardasan ?
Atillatoğrulun evində deyə bilməzdim .
-Şey ... Mən səhər lap tez qalxmışdım . Sahildəyəm narahat olma .
- Yaxşı evə gələndə danışarıq . Ona qədər daha tutarlı bəhanə hazırla Şəhzadə . Özünə diqqət et .
Hə inanmamışdı . Narahat deyildim . Çünki hər şeyi dəqiq xatırlayırdım . Məni sadəcə yuxu tutmuşdu . Otaqdan çıxdım bütün otaqlara baxdım ancaq Atillatoğrul heç yanda yox idi . Hər halda gecə başqa yerdə qalıb . Vanna otağının qapısın açıb içəri keçdim . Gördüyüm görüntü gülünc idi . 1.85 boyunda dağ boyda adam balaca duş kabinin içində qıvrılıb yatırdı . Başqa zaman olsa heç nə etməzdim ama dünən məni qovşağının heyfini çıxmaq lazım idi . Kabinə yaxınlaşıb soyoq suyu açdım . Yuxudan dik atıldı . Gözləri hədəqəsindən çıxmış uşaq kimi qışqır bağır salan Atillatoğrul çox ama çox gülməli idi . Axırki suyu bağladı . Əsəbi olduğu alnında çıxan damardan bilinirdi. Gülüşümün üzümdə solduğunu hiss edirdim . Yaxınlaşdı mənə . Düz qabağımda dayandı .
- Bunu . Niyə . Belə . Etdin ?
- Dünən etdiyinin əvəzi idi . Dedim qorxa qorxa .
- Bu dəfə haqlı idin deyə heçnə etmirəm . Təkrarının necə olacağını düşünmək istəməzsən . İndi isə çantanı götür çıxaq. Ofisə vaxtında çatmaq lazımdır . Hə birdə o qutuda olan nədir demək fikrin yoxdur ?
- Günün bitməsinə çox var.
Şəhərə dümağ qar yağırdı . Deyəsən gecədən bəri yağıb hər tərəf sehirli bir ağ rəngə boyanmışdı . Evdəkilərə görünmədən otağıma çıxdım . Belə gözəl mənzərəni ofisdə puç edəsi deyildim .
- Qar oynamaq üçün sakit ve gözəl yer tanıyırsan ?
- Nə üçün sorucarsan ? Bu yaşda qar oynayacaqsan ???
- Gedəndə bilərsən . Əgər kutu sənə maraqlıdırsa .
Şəhərdən bir az kənarında kiçik meşəliyə oxşar yer idi bura . Ancaq çox gözəl yer idi .
- Nə heykəl kimi durmusan orda tək oynayası deyiləm ki . Gəl . Bax tanış edim bu qardı . Onu elinə alıb sıxıb qarşındakına atmalısan .
- Hə nə durmusan başla görək çempion.
Kutunu açıb içindən hədiyyəni götürdüm qar topu nun içinə qoyub daş dövründən qalan adama atdım .Və düz hədəfə dəydi . Qarın əzələləri möhkəm ağrıdı deyəsən .
- Sofi sən dəlisən ? Atdığın qar idi ya dəmir yığını ? İndi bunun üçün keçərli səbəbin yoxdursa canını mənnən qurtarmağın yolunu tap !!!
- Dayan bax izah edə bilərəm . Onun içində hədiyyən var idi . Sakitləş .
Yerə əyilib qar topasından qalan hissələrə baxdı . Hədiyyəsini götürdü . Ciddi olub olmadığımı başa düşmədi .
- Hədiyyə budur ???
- Hə .
- Axı bu adi daş parçası ???
- Xeyr o sənə özəl daş parçası . Gəldiyin dövrü unutma və darıxma deyə .
- Deməli belə .... Qaçmağa cəhd etmə .
Qarın üstə iki balaca uşaq kimi oynamaqdan daha zövqlü bir şey varsa əgər oda qarın üstə qoxusunu sevdiyin adamla uşaq kimi oynamaqdır.....