Bölüm -7-

48 9 0
                                    

Salam əziz və dəyərli Qaranın göy qurşağı ailəsi . İlk öncə hamınıza çox təşəkkür edirəm . Yanvarın 31 kitabımızın 1 ayı tamam oldu . Bu bir ay ərzində dəstək olan , bəyənib oxuyan hər kəsə çox çox sağ ol deyirəm . Sizdən tək istəyim oxuduğunuz hər bölüm üçün rəylərinizi yazmağınız . İrad və təkliflərinizi bildirməyiniz . Əslində hekayənin çox əvvəlindəyik . Məncə səbr edib oxumağa davam etsəz peşman olmazsınız. İndi isə keçək yeni bölüme .
__________________________________________


Qar günahsız bir bədən yada təmiz vicdan kimidir . Səmada olduğu vaxt gözəl olur , yerə düşdükdə isə çirkaba batıb , əriyib , yox olmağa məhkum olur. Mən yox olmuş vicdanlar ölkəsində ədalət deyə qışqıran uşaq kimi idim . Bəs ədalət nə idi ? Bəxtim gətirməmişdi zəhrimar həyatda . Hər şeyim var idi ,heç nəyim olmayan insanlar sayəsində. Amma birdən birə Atillatoğrul çıxmışdı. Keçirtmədiyim uşaqlığımı , solub gedən gülüşümü də özü ilə bərabər gətirmişdi. Ən son 7 yaşım olanda bu cür oynayıb əyləşmişdim . İllər sonra yenə xoşbəxt olmaq əvəzsiz hiss idi . Yan yana oturmuşduq . Atillatoğrulun xəyalı uzaqlarda səfər edirdi . Artıq demək olar ki, axşam düşürdü . Soyoq insanı kəsirdi.
- Sofi , getmək istəmirsən ?

- Yox .

- Yaxşı .

Qarın üstə uzandım , bunun heç bir başqa mənası yox idi . Sadəcə yağan qarı daha rahat görmək üçün belə etdim . Çox gözəl idi dümağ qar . Bir müddət sonra o da qarın üstə uzandı . Demək olar ki, yan yana idik , qısa məsafəni nəzərə almasaq . Onunla danışmaq istəyirdim .

- Qəşəng görünür elə ?

- Hə .

- Amma sonrası pis olur . Çirkab.

- Hə .

- Hə ? Başqa söz istifadə etmək haqqında fikirləşirsən ?

- Hə .

Əsəblərimlə yaxşı oynamağı bacarırdı . Sükutdan və gözəllikdən zövq almaq qərarına gəldim . Düşünürdüm . Keçmişi, bu günü və gələcəyi . Keçmiş..... Keçib gedən zaman ancaq keçməyən yaralar . Qabığ tutan ancaq ən kiçik zərbədə yenidən və yenidən qanayan . Keçib gedən 24 ildə nələr olmamışdı ki ? Hər şey şəhvətin qurbanı olan bir hamiləlikdən başlamışdı . Arvadından boşanıb məşuqəsi ilə evlənməyə hazırlaşan Ziya Bədəlbəyliyə xoşa gəlməz süpriz idim . Məcburi evliliyin günahını sonralar Hüseyin və mən öz aramızda bölüşdük . Elə məhz bu səbəbdən də yatılı məktəblərdə təhsil almışdıq . Məsələn mənim anam bilmir qaranlıqdan qorxduğumu yada atam , çizgi filmləri nə qədər xoşladığımı , sevdiyim yemək , kitab , rəsm əsəri , musiqi və daha nələr heç biri haqqında ən kiçik təsəvvürləri belə yoxdur . Onlar görəsən adımdan başqa nə bilirdilər haqqımda ? Xoşbəxt ailələrin bir birinə oxşamaları , bədbəxt ailələrin isə fərqli hekayələrinin olması düzgün fikir idi , ancaq xoşbəxt kimi görünən amma bədbəxt olan ailələrin hekayələri ? Bax bu haqda isə heç bir məlumat yoxdur . Gecə düşürdü . Getmək istəməsəm də getməyə məcbur idim .

- Gedək ?

- Gedək .

Hər şey bir kənara , bu daş dövründən qalan adamın hərəkətlərini başa düşmürdüm . Bəzən günəş qədər isti , bəzən buz kimi soyoq .

- Havanın təsirinə düşüb deyəsən səndə buz olmusan ?

- İsti olmağıma səbəb yoxdur !

- Normal ol bəsti .

- Mənə bu cür olmaq xoşdu . Bəyənmək məcburiyyətində deyilsən . Və mənim sənin üçün dəyişmək fikrim də yoxdur .

- Çünki sən daş dövründən bu günə qədər gəlib çıxan tək nüsxəsən .

Daha bir kəlmə də kəsmədik . Artıq evə çatmışdıq . Saat gecə on ikinin yarısı idi . Bu o deməkdir ki, evdə təntənəli izahat vermə mərasimi məni gözləyir . Bu evin qapısı ilk dəfə mən çalmadan açılmışdı . Və ilk dəfə atam məni qarşılayırdı .

- Bu vaxda qədər hansı cəhənnəmdə idin?

- Axşamın xeyir ata , yaxşıyam çox sağ ol, sən necəsən ?

- Küçük qudurmusan ? Sənnən deyiləm mən ? Hara rədd olmusan səhər açılandan ?

- Hə ata gözəl gün idi , sənin vaxtın necə keçdi ?

Qapının kandarında duran üzümə nifrətlə baxan adam çox təssüf ki , mənim atam idi .

- Ata gəl açıq danışaq , narahat olmuş rolunuzu nəyə borcluyuq ? Nə vaxdan sən uşaqların üçün narahatlıq hiss edirsən ? Əgər mənim üçün çox narahat olsa idin buyurub zəng edə bilərdin . İndi isə yorğunam . Otağıma çıxıb dincəlmək istəyirəm .

- Sənə kim dediki evə keçə bilərsən ? Üstündə olan açar , telefon , pul nə varsa hamısını mənə ver !

- Niyə ? Xeyirdir ?

- Bir gecə çöldə qal ağlın başına gələr . Sonra bilərsən işin , evin qiymətini . Ağlın istədiyi kimi hərəkət etməzsən .

İnana bilmirdim . Tək bir gün onun əmrlərini yerinə yetirməmişdim deyə məni qovurdu . Hər zaman ki kimi susmaq fikrim yox idi .

- İndiyə qədər susmuşam etdiklərinə , ama bəsdir daha . Sənin məni qovmağa haqqın yoxdur . Nə mənəvi nədə ki hüquqi cəhətdən .

Üzümə atanın övlada baxması kimi baxmırdı . Sanki qan düşməni idim onun. Əlini havaya qaldırdı . Üzümə tuşlanan şillə mənə dəymədən havada asılı qaldı , səbəb Atillatoğrul idi .

- Sofi keç maşına . Mən də indi gəlirəm .

- Çek əlini !!! Ə sən kimsən mənə qarşı gəlirsən ? Qızım bilər mən bilərəm . Cəhənnəm ol .

- Qızın ??? Qızın kimi davran onda . Və mənim işim budur . Onu qorumağı məndən istəmişdin . Mən də onu qoruyuram !

- Dünənki cücə mənə cik cik öyrədir . Mənim pulumu yeyib mənə qarşı gəlirsən ?

- Nə sənin işin nədə sənin pulun lazım deyil . Sənin dediyin kimi el məsəli ilə cavab vermək gərəkdirsə " Topal xoruz ele bilir ki , o , olmasa səhər açılmaz . Gəl Sofi sənin çolaq xoruzlara ehtiyacın yoxdur .

Bu dəfə onun uzatdığı əli mən tutdum . Məni qorumuşdu . Sahib çıxmışdı . Atillatoğrul haqlı idi . Bəlkə beləcə yeni həyata başlaya bilərdim .

Qaranın göy qurşağı ...Hikayelerin yaşadığı yer. Şimdi keşfedin