Proloq

23 3 4
                                    

Murad yenə işdən yarimçiq çıxdı. Ozanın dayəsi ona zəng eləmiş,  təcili getməli imiş. Axır vaxtlar çox problemlər çıxır bu dayə ilə, gah kimsə xəstələnir evində, gah da təcili getməli olur. Bu işi yoluna qoymaq lazımdır,  həm də çox təcili.
Evə çatanda uşağın ağlamağını eşitdi: "Yenə!" deyə içindən bir hirs keçdi. Qapını açdı, Ozanın dayəsi artıq hazırlanmış və onu görən kimi evdən "Sabah gəlməyim alinmayacaq" deyərək onun cavabını gözləmədən qapını çırpdı. İçindən ikinci dalğa hirs keçdi. Dayəyə ürəyindən keçənləri deyə bilmədiyi üçün hirsi daha da artdı.
Amma o dəqiqə Ozana yaxınlaşıb qucağına aldı. "Canım, gəldim mən" dedu.
İki yaşında uşağa necə izah edəsən ki, mən evdə olmayanda da səni sevirəm. O qadın səni sevmir, çünki sənin anan deyil, baxıcındir. Seni sevən bir anan var idi. O sən doğulmadan öncə sənə o qədər mahnılar oxumuş, o qədər nağıllar söyləmiş, nəvazişli sözlər pıçıldamış ki.. bu qədər ağlağan olman çox təbiidir. Darıxman, onu axtarman çox təbiidir.
Murad hərdən düşünürdü ki kim Ayladan ötrü daha çox darıxır? Ozanmı yoxsa o özümü? Hər halda o ağlamır Ozan kimi.  Üzdə ağlamır, heç kim göz yaşını görməmiş o qara gündən sonra.  Ozanın ağlamasına heç dözə bilmirdi, Ayla gəlirdi gözünün qarşısına: həm güclü darıxmaq hissi, həm də sanki onun gözlərindəki  məzəmmət hissi Muradı çox kədərləndirirdi. Əlbəttə Ozana anasını əvəz edə bilməzdi. Amma Aylaya verdiyi bir söz vardı, nə zamansa o spzümyerinə yetirəcəkdi.
Yavaş yavaş Ozan sakitləşdi. Murad özündən asılı olmadan Aylanın sevdiyi mahnılardan birini zümzümə edirdi. "Anan seni çox sevirdi", deyirdi ürəyində Ozana, "Sən onun ürəyi idin, həyatı idin."  Ozanı yatağına qoyub ona baxmağa başladı. Nə qədər hüzur dolu,  ama o qədər də narahat yatışı Muradı sakitləşməyə qoymurdu. Daha bir yuxusuz gecənin onu gözlədiyinə heç şübhə etmirdi.

..... bəli, hamının bildiyi bəsit bir mövzu və önyarğılı

Adsız Sevgi (Birinci Bölüm) Where stories live. Discover now