II fəsil Murad

25 5 0
                                    

Murad Ozanın yeməyini verdi,  sabahı düşünməyə başladi. İşləri axsamağa başlayırdı, avtoservisində müraciət edənlərin sayı günü gündən artırdı. Xoşbəxtlikdən son illər atası da kiçik emalatxanasını bağlayıb onun şirkətinə qoşulmuşdu. Birinci müəllimi atasi idi, bütün gəncliyi onun emalatxanasında keçmiş, hər şeyi öyrənməyə, mənasını bilməyə çalışmışdı. Atası sovet maşınlarından başlamışdı, çilingərıik, rəngsazliq, balans hər işə əl atardı, Murad öyrənməyə başladıqda çoxlu yapon və alman maşınları bazara gətilimiş, kompütürli diaqnostika və yoxlamalar lazım olurdu. Murad bunları öyrənməyi qarşısına məqsəd qoydusa yerinə yetirərdi. Texniki unitersitetə daxil olması onun bu öyrənmə işlərini asanlaşdırır, əvvəl  problemi yalnız tez həll etməyə çalışardısa, indi səbəblərini və daha hansı hissələrə təsir edə biləcəyini də araşdırırdı. Son 5 il ona çox uğurlu olmuşdu. Əlbəttə işdə. Ailəsində bunu demək çox çətin idi. Həyatının mənası idi Ayla. Çox çətinliklə də olsu bir neçə ilə evlənə bildilər. Aylanın valideynləri çox qarşı getmişdilər bu evliliyə: əvvəla Aylalin rayonundan olmaması böyük bir "maneə" imiş. Bu Aylanın Anasının sözü idi. Adi bir ailə yığıncağında da özünü dövlət tədbirində kimi hiss edirdi bu insan. İkincisi "müasir iqtisadi inkişaf prosesində" Murad heç bir dövlət qurumunda olmadığı və quruculuq prosesində iştirak etmədiyi üçün bu böyük insanın həyatında ona yer yox idi. Muradın işini qaraj adlandırırdı. Amma bura 21-ci əsr Azərbaycanı idi, qızlar "Bəli !" sözünü söyləmək üçün valideynlərinin ağzına yox , öz ürəklərinə baxırdılar.
Evləndikdən sonra o qədər xoşbəxt idilər ki, quruculuq proseslərində iştirak etməmələri heç veclərinə deyildi. Muradın illər uzunu qazandığı pullara aldığı ən önəmli şey yəni ev bütün vaxtlarını alırdı. 3 otaqlı evlə məşğul olamaq üçün bu qədər mi çox vaxt lazım ola bilər? Bütün bu qayğılarən fonunda.. Daha bir qayğı var idi uşaq. Heyatları  düzənə düşsə də bir böyük probləm var idi uşaqları olmurdu. Hər vaxtından 1 gün keçcə Aylanın qayğılandığını 1 2 günə xəstələnəcəm deməsini və bu vəziyyəti dəyişə bilməməsi həyatinu qaraldırdı. Uzun uzun danışardılar, nə desə də Ayla həmişə düşünərdi ki, uşaq olmazsa çox çətin olar onlara.   Çox müalicələr keçdikdən sonra sonunda uşaq olacağı xəbərini aldıqda Ayladan sevindi ən çox da Aylanın xoşbəxt olmasına çox sevindi.
....
Amma o qara gündə həyatında bir şey sınmışdı. Heç vaxt yapışdırlıb düzəldilməyən bir şüşə qab kimi həyatı sınıb min parça olmuşdu. Bu parçalari fiziki olaraq toplamaq birləşrimək onun ən çox  bacardığı iş idi. Gəl ki, daxilində necə rahatlıq tapacağını  hələ də anlamırdı
Murad həyatı ilə nə edəcəyini bilməyən çıxılmaz hala gəlmişdi. Çox güclü olmaq istəyirdi əslində. Əslində hər zaman füclü bir insan təsiri bağışlayardı, amma son illər ona göstərmişdi ki güclü ola bilərsən amma senə də həll esə bilmədiyin hadisələr səni sındırmağa çalışacaqlar. Bunları heç zaman heç kəslə danışmazdı. Valideynləri ona toxunmamaq fikrində idilər, bacı qardaşı isə hər şeyin yaxşı olacağına inanırdılar. Yaxşı olacaq bir durum yox idi. Vəzidələri var idi
Sonn hadisələr sifətinə elə bir ciddilik vermişdi ki onunla danışmağa qorxan insanlar var idi işində. Bazar günlər evlərinə gedərdi, Ozanı anasının yanına qoyardı. Bir gün də nənəsi ilə olsun, deyə işə gedər, axşam da hamı bir yerdə olardılar. Qardaşının ailəsi də anasıgillə bir blokda qalırdı.  Onların da bir oğlu var idi, amma Ozandan 2-3  yaş böyük Tale , sifətindən oyunbazlıq yağan bir uşaq idi. Həmişə baxanda gülməyin gələn, indi nə deyəcək nə olacaq hardan nə düşəcək deyə gözdə qulaqda olmalısan. Belə bir uşaq olsaydı Ozan başı çox qarışardı, həm də həyatı tam fərqli olardı. Ozan bir iki söz söylərə bilsə də çox narahat uşaq idi,
İndi yenidən Ozana dayə axtarmaq və yaxşı dayə olmasına çalışmaq. Bunlar xeyli vaxtını alır və ən əsası da uşaq çox əziyyət çəkirdı.
Avtoservisi olması həmişə insanlarla əlaqədə olmaq demək idi. Ya maşınıarının servis vaxtı çatır, ya bir yerində problem yaranır ya da maşın h
Nəticədə hər ay eyni adamları görürsün, əvvəl daha çox adamlarla işləyərdi.
İndi son dövrdə biznes daha da genişləndiyi üçün marketinq menecer de götürmüş, böyük şirkətlərə təkliflər  hazırlamış, yeni şirkətlərin maşınlarına xidmət zamanı endirimlər və bəzi başqa güzəştlər vasitəsilə sürətli tanınmağa və böyüməyə  çalışırdı.  Həyatında başqa heç nə yox idi. Ozan haric. Əlacı olsa uşağı da alıb elə şirkətdə yaşayardl. Amma Aylaya bir söz vermişdi. Ozan xoşbəxt olacaqdı və normal bir insan tapıb mütləq evlənəcəkdi. Hələ ki bu sözün yalnız birinci hissəsi üzərində çalışırdı. İkinci hissəsinin baş verməsi demək olar ki mümkün deyildi. Yəqin ki Ayla mənə çox hirslənir deyə.düşünərdi.

Axşam yuxarı mərtəbədə yaşayan qonşu ilə Həsənlə görüşdü. Evinə gəlmişdi. Maşınında bir problem vardı , sabah servisə gətirəcəkdi. Gedəndə Semanın müəlliməsini işdən çıxarıblar. Günel sənin haqda danışıb ona bazar ertesi, vaxtın olsa cümə günü gəlsinlər. Danışın. Hə çox yaxşı olar, deyib sevindi amma bəlli etmədi. Yalnız çox yaxın insanlar onun yaxşı tanıdıqdan sonra nə hisslər keçirdiyini bilirdilər.  Təyyarənin qara qutusundan nəsə öyrənmək olar, səndən dünya qopsa da heç  nə anlamaq olmur.
Həsın getdu. Düşünə düşünə bunun yaxşı xəbər olduğu qərarına gəəldi.







Adsız Sevgi (Birinci Bölüm) Where stories live. Discover now