-"Gecikdim yenə, lənət olsun!"
Bir əlimdə diş fırçası, digər əlimdə daraqla mətbəxə dalanda hamı mənə göydən düşən yad cisimmişəm kimi baxdı. Təkcə bir nəfərdən başqa. Çünki o, gülməklə məşğul idi.
-"Ha ha... Lalə, birinci sinifdə ilk dərs gününə də gecikmişdin, indi də son zənginə gecikirsən. Ha ha ha..."
-"Ana, niyə mən? Bəlkə övladlığam, hə, ona görə mənimlə belə davranırsız?"
-"Yox, qızım, sadəcə nə baş verdiyini anlamağa çalışıram. Bir azdan doğulduğun xəstəxanaya zəng vuracağam."
-"Nöyə?"
-"Göyə?"
-"Yoxe... Deyirəm ki, niyə?"
Nə vaxt oturduğumu bilmədiyim mətbəx stulunda bir tərəfdən saçımı darayır, digər tərəfdən dişlərimi fırçalayırdım deyə, dediyimi başa düşməmişdi. Ayağa qalxdım və hamam otağına əvəzinə niyə buraya gəldiyimi düşünməyə çalışdınm. Hə, təəssüflər olsun ki, bizim evdə vanna otağı villalardakı kimi deyildi. Orta səviyyəli ailə idik və hamamla ayaqyolu ikisi bir otaqda idi.
-"Soruşacağam ki, səhvən bizə başqa uşaq verməyiblər ki?"- deyə gülərək cavabladı anam məni.
-"Anamın yüksək zarafat anlayışı qarşısında baş əyək. Alqışları eşitmirəm, buyurun, buyurun."- dedim və əlimi ürəyimə qoyub baş əydim yalandan.
Masanın arxasında - düz anamın yanında əyləşən və gülməkdən ağzındakı pendirləri süfrəyə uçuran Gülayın fərqinə vardığımda, bunun niyə burada olduğunu sorğuladım bir anlıq.
-"Sən nə vaxt gəlmisən?"
-"Səhərdən buradayam."
-"Hıı..."
Hə, belə qəribə dialoqlarımız olurdu onunla. Gülay, bizim qonşumuz, həm də mənim ən yaxın dostum idi. Bizdən 1 mərtəbə aşağıda qalırdılar. Birdən son zəngə gecikdiyim yadıma düşdü. Cəld qaçaraq vanna otağına gəldim və dişlərimi yudum. Hə, bayaqdan ağzımdan diş məcunu daşa-daşa danışırdım. Ağzımı təmiz yuduqdan sonra öz otağıma qayıtdım. Şkafı açıb qara ətəyimi tapdım. Ağ köynəyimi isə anam gecədən ütüləyib, stulun başına atmışdı. Necə geyindiyimi bilməsəm də, bir neçə saniyəyə özümü artıq güzgüdə geyinmiş halda gördüm. Saçlarımı da boş şəkildə arxadan hörüb, çantamı götürdüm. İçi boş idi, sadəcə kürəyimdə çantam olmasa, özümü narahat hiss edirdim. Telefonumu da çantamın cibinə qoyub, otaqdan çıxdım və anamla Gülayın məni artıq karidorda gözlədiyini gördüm. Əlini uzatdı anam çantamı almaq üçün, mən isə çantamı Gülayın üstünə atdım. Sifətinə dəyən çantanın - ki içi hər nə qədər boş olsa da - ağrısından üzünü büzüşdürdü. Düzü, onsuz da yalandan belə etdiyi bilirdim. Artistliyi sevirdi Gülay. Ağ rəngli idman ayaqqabılarımı geyinib, iplərini bağladıqdan sonra çantamı qucağından götürdüm.
-"Gedə bilərik."- dedim qapını qaçaraq.
-"Ayy... İndi ağlayacağam... Qızım böyüyüb mənim, məzun olur?"
-"Yox, gedirəm ki, yoxlayım görüm məzun olmaq necə bir şeydir, sonra əgər vaxtım olsa, gələn il bəlkə məzun olaram."
-"Zarafatcıldır da mənim qızım, neyniyim."- deyə qucaqladı anam məni və Gülayı.
Təbii ki, 1.70' lik qızları qucaqlamağa çalışan 1.50' lik anam öz analıq borcunun altında əzilməli oldu.
-"Çəkin saçınızı, nəfəs ala bilmirəm. Gülay, sən nə qədər yemisən? Qarnın səhər gələndən 2 kilo böyüyüb."
YOU ARE READING
Fake Rich
HumorXəyalların bir təsadüflə gerçəkləşsə, neynərsən? İnanmazsan, hə? Lalə də inanmamışdı. O gün başına tam olaraq bu gəlmişdi. Sadəcə bir gün, rich yaşamaq istəmişdi və birdən-birə özünü yalanlarla dolu saxta dünyada tapmışdı. Həmin an nə olduğunu xatır...