Bura Haradır? #2

35 1 0
                                    

Maşın son sürətlə hərəkət edirdi. Gülaya zəng etmək istəsəm də, bu fikir beynimdən bir andaca uçub getdi. Başımı çevirmədən sol tərəfdəki sükan arxasında oturan yad adama baxdım. Qəribədir, indi heç də yad gəlmirdi. Gözlərimi yumdum və başımı geriyə atdım. Öz pəncərəsini açdığını hiss elədim. Maşın indi çox sürətlə getməsə də, azı 90 var idi deyə anidən sərin külək üzümə vurdu. Saçlarım havalanaraq üzümə vuranda, istər-istəməz titrədim. Gözlərimi açanda onu hazırlıqsız tutmuşdum deyəsən. Azı 90'la gedən maşını yola baxmadan idarə edirdi, çünki başını yana yatırıb məni izləyirdi. Qəribəsi budur ki nə o, nə də mən baxışlarımı qaçırmadım. Yenə gələn sərin əsinti ilə qollarımı qucaqladım titrəyərək. Nəhayət, mənə sonsuzmuş kimi gələn bu sükutu ilk pozan o oldu.

-"Soyuqdur?"

-"Bir az..."- deyə bildim çəkinərək.

Bayaqkı dəli cəsarətim yavaş-yavaş çantasını yığıb gedirdi.

-"Hava almaq üçün açmışdım. Gözlə, gəlirəm."- deyib maşını qırağa çəkdi.

Qapını yüngül bir hərəkətlə açarkən, qapılar yuxarı doğru qalxdı və adını bilmədiyim yad adam maşından endi. Yolun kənarında dayanan maşının dayanmasını heç istəmirdim sanki. Yorğunuydum, heç o qədər də çox gəzməmişdim halbu ki. Çox keçməmiş sükan arxasındakı yerinə geri qayıtdı. Əlində yaşıl və qara damalı ədyal var idi.

-"Bunu baqajda saxlayıram, hər ehtimala qarşı."- dedi üstümdən əyilib kiçik ədyalı çiynimə salmağa çalışarkən.

Təhlükəsizlik kəməri ədyalın kürəyimdə qalmasına mane olur deyə, özümü bir az qabağa əydim. Əyməz olaydım. Onun möhtəşəm parfümü məni özünə çəkərkən, gözlərim gözlərinə zilləndi. O indi mənə çox... Lənət olsun, çox yaxın idi... Meyxoşluğumla birləşən sərin əsinti sanki "özünə gəl, Lalə!" deyə vururdu həqiqətləri üzümə. Mən niyə bu maşında idim axı? Bilmirəm. Bilmək də istəmirəm.

-"Adın nədir?"- deyə pıçıldadı. 

-"Səsin..."

Heç nə demədən baxırdı üzümə.

-"Səsin deyirəm, yuxumu gətirir..."- deyə tamamladım artıq gözlərim yumularkən.

Heç bu qədər çox yuxumun gəldiyini xatırlamırdım. Göz qapaqlarımın üstündə sanki tonlarla ağırlıq var idi və mən heç cür bağlanmalarına mane ola bilmirdim. Və təslim oldum Bakının işıqlı gecəsində pəncərədən parıldayan bina işıqlarının yansımasına...

***

Burnuma dolan qəribə qoxu ilə açdım gözlərimi. Çox tanış idi bu ətir mənə. Elə bil... Elə bil kiminsə parfümü... Maşın... Mən... O oğlan... Ən son yuxum gəlirdi. Bir dəqiqə, kimsə mənə burda nə baş verdiyini başa sala bilər?

Gözlərimi açdım tərəddüdlə və budur, qorxduğum başıma gəldi. Bura haradır axı? Başqa yataq, başqa şkaflar, başqa pəncərə, başqa mənzərə, başqa otaq, başqa ev. Yerimdə oturub tutqun göy rəngli nazik yorğanı üstümdən açdım və çarpayıdan qalxdım. Paltarım əzilib-büzülmüşdü. Ayaqqabılarımı yerdə gördüm, 2 barmağımı keçirib götürdüm onları yerdən. Maraqla otağı gözdən keçirdim. Yəqin ki, bura onun otağı idi. Bizim bütün evdəki otaqların toplamından da böyük idi onun şəxsi otağı. Boz və göyün müxtəlif tonları vardı hər yerdə. Bütöv divarı tutan qara qarderobun güzgüsündə öz əksimi gördüm birdən. Bu, qətiyyən mən deyildim. Lalə ola bilməzdi bu. Əynimdəki dar, əzildiyi üçün daha da qısalan paltar əxlaqsızlıq qoxurdu sanki. Əlimdə anamın heç vaxt mənə geyindirə bilməyəcəyini iddia etdiyim dikdaban ayaqqabılar, üzümdə dağılmış makiyaj... Ağlamaq istədim birdən. Mən niyə özümü bu hala salmışdım ki? Qara rəngli qapıya yaxınlaşıb yavaşca açdım qapını. Məni birbaşa pilləkənlər qarşıladı. Sol tərəfdə 2 otaq daha var idi, amma qapı bağlı idi deyə nə otağı olduqlarını anlaya bilmədim. Pilləkənlərlə aşağı enərkən, evdən səs gəldiyini eşitdim. Səs gələn tərəfə döndükdə, birbaşa mətbəxə girdiyimi anladım. Və bu...

Fake RichWhere stories live. Discover now