Evim, Gözəl Evim #3

30 1 0
                                    

-"Sən Səlimi haradan tanıyırsan?"- deyə soruşdu Rəsul.

Səlim məni Rəsula tapşırmış, indi də onun gəldiyi qara ciplə geri qayıdırdıq. Hər nə qədər məni yaxşı olduğuna inandırmağa çalışsa da, onu o halda qoyub getmək istəmirdim. Nəhayət, Rəsul həkim olan bir dostuna zəng edib Səlimgilə çağırandan sonra bir az da olsa, arxayınlaşmışdım. Yenə də, fikrim Səlimdə idi, bütün yol boyu beynimdən çıxmırdı. Maşını, bayaq baş verən atışma ilə kontrast yaradan bir səbrlə idarə edən Rəsula baxdım. Səlimin dediyinə görə onun vəzifəsi, məni evimə "sağ-salamat" aparmaq idi.

-"Heç özüm də bilmirəm, vallah."- dedim dərin nəfəs alarkən.

Baxışlarını yoldan ayırıb başını sağa çevirdi və mənə baxdı gülərək.

-"Hmm... Demək belə... Onda gəl mən sənə necə tanış olduğunuzu deyim."

Fasilə verdi bir müddət. Yolun soluna diqqətlə baxdı və döndükdən sonra danışmağa davam etdi.

-"Yəqin ki, hansısa barda tanış olmusuz. Sən içkili idin və yüksək ehtimalla bu səhərə kimi Səlimin adını belə xatırlamırdın. Və bir anda gözünü onun otağında açdın. Amma, nə əcəbsə, Səlim səni səhər tezdən öz evinə yola salmaq əvəzinə, evində günortaya kimi qalmağına icazə verib."

-"Qırmızı işıqda maşınlarımız yan-yana dayanmışdı, biz də yarışdıq. Sonra sürət həddini aşdığımıza görə polis saxladı. Və Səlim tanışlıqla bizi xilas etdi. Sonrası yadımda deyil."

-"Bəs səhər?"- deyə bu dəfə başını mənə çevirmədən soruşdu.

Səsində açıq-aydın maraq hiss olunurdu.

-"Səhər oyandım, Səlimi necə görsəm yaxşıdır?"

Sol əli ilə sükanı tutarkən, sağ əlini havaya qaldırıb "dayan" kimi yellədi.

-"Iyyy... Lalə, sus, xahiş edirəm. Oralarını dinləmək istəmirəm. Ayda... Niyə axı bütün qızlar gəlib eyni şeyi danışır mənə? Off..."- deyərək havada qalan əlini üzünə vurdu yavaşca.

Bu halına gülmədən dayana bilmədim. Dediklərinə baxsaq, doğrudan da bu söhbətlərdən bezdiyi görünürdü.

-"Yox, sən səhv başa düşdün, deyəsən. Biz... Yəni mən oyananda yanımda Səlim yox idi."

-"Heyvan səni gözləmədən ayılıb getmişdi, hə?"

Mən necə başa salım axı heç nəyin baş vermədiyini. Görünür bu, onlar üçün adi bir şey idi amma mən olmadığını belə etiraf etməyə utanırdım.

-"Yox e , başa düşmürsən. Demək istəyirəm ki, gecə... Yəni, dünən heç nə olmayıb aramızda."- deyib mümkün qədər səssiz dərin bir nəfəs aldım.

Amma, bu dəfə də Rəsul təəccüblənmişdi sanki verdiyim cavaba.

-"Olmamısız?"

Əstahfrullah... Bu dəqiqə qızardığıma əminəm. Yanaqlarım yanarkən, sadəcə başımı sola-sağa tərpətdim. Başımı da aşağı əydim ki, saçlarım üzümü örtsün. Rəsul isə, gözləri bir yolda-bir məndə, bir əlilə çənəmdən tutub başımı yuxarı qaldırdı. Və güldü.

-"Lalə, niyə qızarmısan? Hahaha... Lalə?"

Cavab vermədiyimi görüb ciddiləşdi.

-"Utanırsan? Sən etmədiyin bir şeyə görə utanırsan?"- deyə soruşdu təəccüblə?

-"Hə."- deyə bildim bu dəfə.

-"Qəribəsən. Burada nə var ki? Denən ki, heç nə olmayıb da... Amma, yenə də qəribədir, Səlim sən oyananda harada idi ki?"

Fake RichDonde viven las historias. Descúbrelo ahora