Mərkəz #4

65 1 0
                                    

Stolun üstündə nə var-nə yox hamısını bir tozsoran kimi süpürdükdən sonra otağıma qaçdıq. Gülər də mənə yeməkləri süpürməyə kömək etmiş, anam isə "bunlar insan ola bilməz" baxışları ilə bizi izləmişdi. Vaxtı keçirmək üçün etmədiyimiz şey qalmamışdı. Uşaqlıqda oynadığımız, çox zaman üstündə dalaşdığımız legolarımın qutusunu tapdım şkafımın dərinliklərindən. Qutunu açıb yerə tökmüşdük hamısını və 3-4 saat oynamışdıq. Üstəlik, bir neçə dəfə dalaşmışdıq da. Anladığım tək bir şey var idi, o da hər şeyə rəğmən, biz hələ böyüməmişdik.

-"15 dəqiqə qaldı gecəyarısına, şükür."- dedi saata 138652694-cü dəfə (rəqəmi oxumadan keçdinsə, bizdənsən) baxdıqdan sonra nəhayət Gülər dedi.

Mən də telefonumu götürüb baxmaqçun əlimi yana atanda, qırıq bir parketə ilişdi əlim. Unutmuşdum yenə, amma ən qısa zamanda yeni telefonumu anamla tanış etməli idim. Gülər halıma gülərkən, ajkdkfkfllsüü...

-"Nə oldu?"- deyə soruşdu Gülər.

-"Qəribə səslər çıxarmağa başladın, içinə cin filan girməyib ki?"

-"Hahahaa... Yox, gülürdüm sadəcə. İçimdən sənin adın... Nəysə. Boş ver. Qalx hazırlaş."

-"Hazırlaş deyəndə? Toya getmirəme, Gülər."

-"Bir halına bax güzgüdə, səncanı."

Çevrilib paltar şkafımı açdım və qapının iç tərəfinə nə vaxtsa bərkidilmiş, indi isə sanki hər an üstümə aşacaqmış kimi duran güzgüyə baxdım. Pijamalarım və dağılmış, boşqabdakı makaronları xatırladan saçlarımla möhtəşəm görünürdüm.

-"Məncə, çox gözələm."- dedim və çarpayıma tərəf addımlayıb özümü məni səsləyən yumşaq döşəyə buraxdım.

-"Hə, o qədər gözəlsən ki, güzgü də çartladı səni görəndə."- deyib güzgünün çoxdan qırıılmış bir hissəsini göstərərkən Gülər, məni ayaqlarımdan tutub sürüdü və nəticədə, yerə yıxıldım.

-"Gülər, 5 dəqiqə yatım da, nolar... Çox yuxum gəliiir..."

-"Olmaz dedim! Qalx, geyin, tez ol."

-"Ee... Axı 3-nü də eyni anda edə bilmərəm... Bir şans da verin, o biri komanda ilə oynayım, Acun bəy..."

-"Nə? Dur, tez ol!"- deyə bir səs gəldikdən sonra bu dəfə doğrudan da, kimsə məni yerdə sürüyürdü.

-"Gecikəcəksən, saat 23.50 oldu artıq."

-"Nə?"- deyə qışqıran mən idim bu dəfə.

Belə qısa müddətdə heç vaxt hazırlaşa bilməzdim. Mən böyük fəlakət üz veribmiş kimi ağzıaçıq halda dərd çəkərkən, kimsə üstümə nəsə atdı. Başıma düşən köynək üzümü örtdüyündən, hər tərəf qaranlıq oldu.

-"Hey! İşıqları kim söndürdü? Kimsən?"- deyərək, digər tərəfdən də başıma keçən köynəkdən azad olmağa çalışırdım.

-"Ay mal, mənəm də, başqa kim olacaq? Off... Mən çıxıram, sən də geyin, qapını tıqqıldad. Qapının arxasında anan gəlməsin deyə gözləyəcəyəm. Sən xəbər verəndə gələrəm."

-"Hə, yaxşı."- deyib, Güləri otaqdan qovdum.

10 dəqiqə sonra Gülər mənim saçlarımı darıyırıdı, mənsə sol gözümü açıq tutmağa çalışırdım. Hə, sağ gözüm çoxdan yumulmuşdu.

-"Hazırsan. O qəribə cihazını da götür, tullan pəncərədən."

-"Nə? Möhtəşəm yüzillik qaçış planın bu idi?"

You've reached the end of published parts.

⏰ Last updated: Sep 19, 2019 ⏰

Add this story to your Library to get notified about new parts!

Fake RichWhere stories live. Discover now